BƏXTİYAR TUNCAY
ALBAN (QAFQAZ) TÜRKCƏSİ SÖZLÜYÜ
÷
(ƏLYAZMA HÜQUQUNDA)
III Bölüm (C – dyakonus)
BAKI 2012
C
cadu (-nunq, -lar, -larnınq) ism. – cadu, ovsun, cadugər: Caduluxundan xatunlarnınq. Qadınların ovsunlarından. Yoxsa yaman adamlar da cadular ilgəri kelgəylər yamanlıxqa anda, bularğanlar da bulartsarlar (II Tim. 3: 13). Amma pis adamlar və cadugərlər aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar. Ki işitməgəy ol avazın cadununq cardar (çalıçınınq esli) da almağay ot otberüçi axillıdan (eslidən) (Məz. 57/58: 6). Belə ki, müdrik cadugərin (məharətli musiqiçinin) səsini eşitməyəcək və müdrik həkimdən ot almayacaq.
cadula ~ (-ğay, -sarmen, -sarsen, -sar) fel. – cadu etmək, ovsunlamaq
cadulan ~ fel. – cadugərlik ermək, ovsunçuluqla məşğul olmaq
cadulux (-nunq, -unq, -u, -undan, -larından) ism. – cadu, ovsun, maqgiya, sehr: Barça türlü caduluxlar. Bütün növ cadular. Cadulux etməx. Cadu etmək. Caduluxlarından cadularnnq. Cadugərlərin caduları. Türlü-türlü cadulux ya oğlanlarğa bağlarlar. Cürəbəcür cadular və ya oğlanlara bağlarlar.
Cahan x. ism. – albanlar arasında yayğın qadın adlarından biri
caht // caxt ism. (< azərb. cəhd < ər.) – cəhd: Caht etmən. Cəhd etməm. Caht bilə baxmax. Cəhd ilə baxmaq. Caht etər edi. Cəhd edirdi.
cahtlan ~ (-ma, -ıyım, -ınqız, -dım, -dıx, -dılar, -ıpmen, -ıyırmen, -ıp) // caxtlan ~ (-dım, -dı, -dılar, -ıyırmen, -ıyır) fel. – cəhd etmək: Caxtlanıyırmen, tecrübe olurum. Cəht edir, təcrübə edirəm.
cahtlik (-tir, -kə, -ni, -tə, -i, -inə, -imiz, -imizni, -inqiz) // caxtlik (-tir) ism. – cəhd etmə, çalışma, can atma: Esimə (Eskə) xoydum ki, həlbət, bu caxtliktir alnıma menim (Məz. 72/73: 16). Anladım ki, ciddi cəhd eməliyəm. Caatlik bilə. Cəhd etməkl. Cahtlik etməs edim. Cəhd etməzdim.
caxt Bax: caht
caxtlan ~ Bax: cahtlan ~
caxtlandir ~ fel. – cəhdə sövq etmək, cəhd etdirmək
calam ism. (?) – dəvəquşu:
-Xaysılardırlar toğruburnular?
-Puniq, calam, turna, toxlu, ləgləg, indik, pava, ördək, xoruz, keklik, turac, ğaqaroj, salamkeklik, hopal ya hrivaç, kügürçi, xumri, bedana (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”na XVl əsrdə Avedik tərəfindən edilmiş əlavədən)
-Düzdimdiklilər hansılardırlar?
-Feniks (simurğ) , dəvəquşu, duena, dovdaq, leylək, hind quşu, tovuz quşu, ördək, xoruz, kəklik, turac, boz kəklik, qarabağır, göy göyərçin və ya alabaxta, göyərçin, qumru, bildirçin. Bax: devəxuşu
calat (-nınq, -ğa, -qa, -lar, -larnınq, -larğa, -lardan, -ların) ism. (< azərb. cəllad < ər.) – cəllad
calatlıx ism. – cəlladlıq: Calatlıx etiyir üstümə. Mənə qarşı cəlladlıq edir (Mənə zülm edir).
cam I ism. (azrb. < cam < frs) – cam, şüşə: Cam tas. Şüşə fincan.
cam I // zruana camlar Bax: acəm və Zruan
camimni Bax: can (-ımnı)
can (-dır, -dırlar, -lardırlar, -nınq, -ğa, -nı, -da, -dan, -dandır, -ım, -ımnınq, -ıma, -ımnı, -ımda, -ımdan, -ınq, -ınınq, -ınqna, -nqnı, -ınqda, -ınqdan, -ı, -ıdır, -ınınq, -ına, -ın, -ını, -ından, -ımız, -ımıznınq, -ımızğa, -ımıznı, -ımızda, -ımızdan, -ınqız, -ınqznınq, -nqıznı, -lar, -lardırlar, -larnınq, -larğa, -larnı, -lardan, -larınq, -larımız, -larımıznınq, -larımızğa, -larımıznı, -larımızda, -larınqız, -larınqıznınq, -ları, -larınınq, -larına, -ların, -larında, -larından) ism. (< azərb. < fars.) – can, ruh:
-Xaysılardırlar üçünçi tensiz barlıxlar?
-Canları adamlarnınqdırlar (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”ndan).
-Üçüncü vücudsuz varlıqlar hansılardr?
-İnsanların canlarıdır.
Men anı tanman, hali da canımnı ağıitman. Mən bunu danmıram. İndi canımı ağrıtmaq isrəmirəm. Can anqmax. Ruhu anmaq. Xatınınınq canın da anqğay. (Rəhmətlik) arvadımın da ruhunu yad edək. Ari Can. Müqəddəs Ruh. Arıtıp canımıznı bizim xıyastan da yaman xılınmaxtan. Ruhumuzu zinadan və qəddarlıqdan təmizlə.
-Nedir çektiri canlarnınq adamlarnınq?
-Esli da sözlüdir, üç çonstkalı ki, sağışlamaxı çüstlü edi, suxlanmaxı da dir aruv da yaltrağan, xatılıp baylanğandır dört materialı ten bilə ortada bolmaxı bilə tınıxnınq da dır sürəti Tenqrininq (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”na XVl əsrdə Avedik tərəfindən edilmiş əlavədən).
-İnsan ruhunun əsas xüsusiyyətləri nədir?
-О, şüurlu və sözlüdür, üç hissəlidir, yəni sürətli düşünür, maraq dairəsi təmiz və parlaqdır, dörd materiyadan təşkil olunan, daxildən canı qəfəsdə saxlayan vücudla sıx bağlıdır və Tanrının oxşarıdır.
Eksildilər ağrıalardan tirlikim menim da yillarim menim can çıxmaxtan (Məz. 30/31: 11). Ağrılardan həyatım, canımın sıxılmasından illərim əksildi mənim. Manuşaqqa, menim can xızıma. Canım qızım Manuşaka.
-Nedir çektiri adamnnq?
-Belgili körüniyir ki, dir ekiayaxlı, avlaxtırnaxlı, toğruyürügən, külüşkən, ölümlü teni bilə da ölümsuz teni (canı) bilə, zera olar da teni büzülür, dönər topraxqa da xaytıp turmax bilə yənqilənir büzülmaxsiz boyurmaxı bilə Tenqrininq birlənir canı bilə ölümsüz da xalır menqi menqilik da bardır tölövü xılımğa körə hər biri kendininq (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”ndan).
-İnsanın fərqli cəhətləri nədir?
-Açıq-aydın görünür ki, о. ikiayaqlı, enlidırnaqlı, düz gəzən, gülən, ölümlü bədənə və ölümsüz bədənə (ruha) sahib olandır. Ölür və ölərkən bədəni çürüyür və torpağa çevrilir, ikinci dəfə dirilində isə Tanrının buyruğu ilə yenidən zədəsiz bədənə və ölməz ruha sahib olacaq, əbədi qalacaq, əməllərinin qarşılığını alacaq.
-Ne aytarsen canınqnı seninq?
-Tensizdir canım menim (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”ndan).
-Ruhun barədə nə deyə bilərsən?
-Ruhum cismani deyil.
Canı Tenqrininq – könü Tenqri. Tanrının Ruhu - gerçək Tanrının Özüdür. Can u ten gunahı. Ruhi və cismani günah. Bizim törəmiz tiyasidir ki, könülük bilə, toğrulux bilə, orunmsuz bolğay, dügül yalğan tanıx bilə, ya aldovuçı reçnik bilə, ya keçmişlərninq canın zrgel etməx bilə, ya jaranksızlarnnq canın ülüşsüz çıxarmax bilə alarnınq can ülüşündən (Mxitar Qoşun “Törə Bitiqi” kitabının XVl əsrdə redaktəyə məruz qalmış hissəsindən). Belə ki, bizim məhkəmə ədalətli, dürüst, ələ alınmaz olmalı, yalançı şahidlərə və muzdlu natiqlərə imkan yaratmamalı, Mərhumların ruhlarını təhqir etməməli və onların varislərinin vərasət hüququnu pozmamalıdır.
Can x. ism. – albanlar arasında yayğın şəxs adlarından: Uçmaxlı Can. Rəhmətlik (cənnətlik) Can. Niqol Can oğlu, Sultannınq ağası. Can oğlu Niqol – Sultanın əmisi.
canabar ism. (frs.) – xilaskar, həyatı xilas edən, canbaz
canavar (-ğa, -nı, -lar, -larnınq, -larğa, -larnı, -lardan, -larınq, -ları, -ların) ism (frs.) – heyvan: Canavar münqüzlü da münqüzsüz. Buynuzlu və buynuzsuz heyvan
candələp ism. (< cantələb frs.) –cana susamış, ruhuna cin hakim olan, cinli: Xılıçın çıxarıyır manqa da candələpidir, kelip yənqidən klədi urma. Qılıncını üstümə qaldırdı, ruhuna cin hakim olmuşdu, istədi vursun.
canlı (-nınq, -ğa, -lar, -larnınq, -larnı) ism. və sif. – canlı
canlıx (-nınq, -qa, -nı, -ta, -tan, -lar, -larnınq, -larğa, -larnı, -larda, -lardan) sif. – uhrəvi, mənəvi, ruhani:
cansartın (-dır, -lar, -larğa, -larnı, -larına) sif. – qeyri-maddi, mənəvi. ruhani: Zera küsənçmen körməga sizni ki, teşkirgəymen sizgə başxış nemə cansartın ki, toxtatma sizni (Rom. 1: 11). Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm. Biyənçli köründi, zera borçlu da edilər alarğa, zera egər ki cansartınlarına alarnınq ülüşlü boldular esə gurkçilər, tensartınlarına da ülüşlü bolma alarnınq (Rom. 15: 27). Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar.
cansız (-lar) sif. və ism. – cansız
cansızlan ~ fel. - mənəviyyatsızlaşmaq, insan sifətindən çıxmaq: Cansızlansarmen, tınıxsızlansarmen. Mənəviyyatımı itirsəm, ruhumu itirərəm.
cansızlat ~ fel. icb. for.- cansızlaşdırmaq, canını aldırmaq, mənəviyyatsızlığa sövq etdirmək
cansızlıx ism. – mənəviyyatsızlıq, rəhmsizlik
canta ism. (azərb.) – çanta
can-ten ism. – ruh və bədən
cardar sif. (orta fars) – bilən, bilici, bilikli, müdruk: Ki işitməgəy ol avazın cadununq cardar da almağay ot otberüçi axıllıdan (Məz. 57/58: 6). Müdrik cadugərin səsini eşitmir, ağıllı həkimdən ot (şəfa otu) almır. Xiqar uslu cardar öldi. Ağıllı, müdrik Xiqar (Axikar) öldü.
cardarlıx ism. – müdriklik, biliklilik, savadlılıq: Sendən sonqra kim tügəllisər cardarlıx bilə da es u axıl bilə menim xanlıxımnınq kerəkin? Səndən sonra mənim xanlığımn ehtiyaclarını müdrikliklə, ağılla və huş ilə kim ödəyəcək? Zera yebermədi meni Krisdos mğırdel etmə, yoxsa avedaranel etmə, dügül ki, cardarlıxı bilə söznünq ki, tas bolmağay xaçı Krisdosnunq (I Коr 1: 17). Axı, Məsih məni vəftiz etməyə deyil, Müjdəni (İncili) yaymağa göndərdi. Məsihin çarmıxı (xaçı) boşa çıxmasın deyə, Müjdəni (İncili) müdrik sözlərlə yaymıram.
caş-xatun ism. - tərbiyəçi qdın, mürəbbiyə:
Caş-Xatun x. ism. - albanlar arasında yayğın qadln adlarından biri: Caş-Xatun Yovanes xatunu. Yovanesin arvadı Caş-Xatun
caxan ism. (< azərb. cahan < frs.) - cahan, dünya, aləm: Allah saxlasın! Çarə-dərman yoq, munqar dəstur. Caxan yıqılsa. Çarəsi-dərmanı yoxdur, bunlar əmrdir, dünya-aləm yıxılsa da.
cehez (-gə, -i, -in, -lərin) // ceğez (-dən) ism. (frs.) – cehiz: Cehezi xatunlarnınq ülüşləridir atasından da anasından da mülklərdən da. Cehiz qadınların ata və analarından aldıqları payları və daşınmaz əmlak paylarıdır.
cehezlə ~ (-p) fel. – cehizlə təmin etmək
cehezlik sif. – cehizlik: İnci boyunçax anasınınq uçmaxlı canlı cehezlik altun xolbaxlar bilə. Rəhmətlik (cənnətlik) anasından qalmış cehizlik mirvari boyunbağı ilə qızıl qolbağ.
cehezsiz sif. – cehizsiz
cep ism. – cib
cerüv Bax: çerüv
cəhtlik Bax: cahtlik
cəza (-sı, -sın) // cəja ism (< azərb. < ər.) – cəza: Xılınğanına körə cəzasın tartmax. Əməlinə görə cəzasını çəkmək. Meni tutup da köp cəjağa keltirdilər. Məni tutub çox cəzalandırdılar.
cft Bax: cüft
chut Bax: cuhut
cigər (-imni, -i, -inə) // ciger ism. (frs). – ciyər
cigərbənt ism. – ciyər, ürək və börək. Daxili orqanlarn birlikdə adı.
cigərsiz (-lər) // cigersiz (-lər) sif. – rəhmsiz, daşürəki: Baxar edim cigarsizlər üstnə da opranır edim ki, sımarlağanınqnı seninq saxlamadılar // Baxar edim şağavatsızlar üsnə da opranır edim ki, buyruxunqnu seninq saxlamadılar (Məz. 118/119: 158). Bu rəhimsizlərə ikrahla baxıram, çünki Sənin vədinə bağlı qalmayıblar.
cihan ism (frs.) – cahan, dünya, aləm: Da kim ki bunqar xarşı bolsa, boşatlıxı bolmağay ne ol cihanda da ne bu cihanda. Çünki əgər kim ki buna qarşı olsa, o, nə bu, nə də o biri dünyada dinclik tapmaz.
Cihan x. ism. – albanlar arasında yayğın olan Cahan adının başqa bir forması: Lazar Mamuxcyininq oğlu Cihan. Lazar Mamuxçinin oğlu Cihan.
cihud // cihut Bax: cuhut
cimrilik (-kə) ism. – sərxoşluq
cin (-lər, -lərninq, -lərgə) ism. (< azərb. < ər.) – cin: Cinlır, ya körümsüz işli da ölümlülər, ya her vaxt kelinlər. Cinlər, ya ölümsüz görünüşlü, amma ölümlü olanlar və ya əbədi gəlinlər.
Cincik x. ism. – alban şəxs adlarından biri
civa (-nınq, -nı, -dan) ism. – civə müq. et: tiri kümüş
ciqnavor (-nunq, -dan, -lar, -larnınq, -larğa, -larnı) // cqnavor (-larnınq) ism. və sif. (aram.) – tərki-dünya, sərgərdan, dərviş
Cilal x. ism. – alban şəxs adlarından biri
Cilali x. ism. – alban soy adlarından biri: Xıdır Cilali Šadbey kiyövü. Xıdır Cəlali – Şadıbəyin kürəkəni
cıns (-tır, -nınq, -qa, -qadır, -nı, -ta, -tan, -tansen, -ım, -ımnınq, -ımdan, -ınq, -ınqnınq, -ınqdan, -ı, -ınınq, -ın, -ına, -ın, -ını, -ında, -ından, -ımız, -ımıznınq, -ımızğa, -ımızda, -ımızdan, -lar, -lardır, -larnınq, -larğa, -larnı, -larda, -lardan, -larnq, -ları, -larınınq, -larına, -ların, -larından) // cınıs (-lar, -ları) // çins ism. (ər.) – cins, növ, xalq, tayfa, millət:
-Xaysılardırlar beş dcınsları Bıladonınq?
-İlk rəng da biçişdir, xaysı ki köz bilı korüniyir. Ekinçi avazdır, xaysı ki xulax bilə işitilir. Üçünnçi səsidir, xaysı ki, ... burun bilə xoxulanır. Dörtünçi tahimdir,
xaysı ki yemaxlix bilə, ... ağız bilə xoşlanır, ... tahimlənir. Beşinçi ağır da yenqil, isi da sovux, xaysı ki xarmalamax bilə anqlanır. Bu beş seziklik bilədirlər barça sezilgənli etilgənlərninq tanımaxlıxları (tanamaxlxları) (Qriqori Hamamanın “Alban dilinin qrammatikası”nın XVl əsrdə Avedik tərəfindən redaktə edilmiş hissəsindən).
-Platonun beş cinsi hamsılardır?
-Birincisi göz ilə görünən rəng və formadr. İkinci səsdir ki, qulaqla eşidilir. Üçüncüsü iydir ki, ... burunla duyulur. Dördüncüsü yemək zamanı ... ağızla hiss edilən daddır. Beşincisi ağır-yühgül, isti-soyuqdur ki, lamisə üzvü ilə sezilir. Bu beş hisslə qavranıla bilən hər şey qavranılır.
Sövükləri cinslərninq. Millətlərin sevimliləri.
cınsdaş ism. – soydaş
cınsdaşlıx ism. – qohumluq
cınslan ~ fel. – doğub-törətmək, artıb-törəmək: Beşinçi ki, tügül edilər da bolurlar cınslanıp artmaxı bilə da xaytıp buzulurlar da yanqılanmazlar ölümsüz, neçik hayvanlar da bitişlər da terəklər... Beşincilər o varlıqlardırlar ki, yox idilər, amma zaman-zaman Tanrnın buyuruğu ilə yaranıblar, artıb-törəmək yoluyla var olurlar. Heyvan və bitkilər kimi...
cınslanğan ism. – ismin yiyəlik halı: Cınslanğan – Tenqrininq.
cınslı ism. – özgə, yad, başqa soydan, tayfadan və ya millətdən olan
cınslıx ism. – soyluluq, məşhur nəslə mənsub olma
cınstaş Bax: cınsdaş
cırax Bax: çırax
cırım Bax: çırım
cıvılda ~ fel. – cıvıldamaq, quş kimi səs çıxartmaq: Neçik xarlığaç, ol türlü cıvıldar edim (Çıx. 38: 14). Eynən qaranquş kimi cıvıldardım (qaranquş kimi səs çxararadım) mən.
cızma Bax: çızma
cqnavor Bax: cıqnavor
cqnauvor Bax: cıqnavor
cohar (-nı, -ı, -ın) // cöhar ism. (< azərb. cövhər // cəvahirat < ər.) – qiymətli daş, daş-qaş, almaz: Ey, haybatlı da maxtovlu ari Ana, dünyəninq coharı, surp goys Mariam . Ey şöhrətli və tərifəlayiq pak Ana, dünyanın daş-qaşı müqəddəs Bakirə Məryəm. Müq. et: gohar
coharlı sif. – daş-qaşlı: Coharl bıçax 60 xızıl axçaya. 60 qızıl axçaya daş-qaşlı bıçaq.
comart (-tır) // comard // cumard sif. (< azərb. comərd < frs.)- comərd, səxavətli, ürəyiaçıq: Comard padşahı kendi yaxşılıx bergənində. Ətasında cömərd (səxavətli) olan şah (Tanrının epitetlərindən biri). Saatlıx bilə közətilip comartla xolunqnu yapıx yarlığa. Bərk-bərk yumulmuş və möhkəm qorunan əlini dilənçilərə comərdcəsinə aç.
comartlıx (-qa, -ta, -ına, -larından) ism. – comərdlik, səxavət, əliaçıqlıq:
corov zrf. – qəsdən, bilərək, bilə-bilə: Bax tek, neçik uyatlı ölüm blə tas ettilər cuhutlar bunu, xaysı hali padşahı kensilərininq manovat etiy edilər da əvəl neçə kez corov padşah etmə klədilar kensilərinə. Bax gör, yəhudilər indi özlərinin şahı adlandırdıqları və əvvəllər bir neçə dəfə özlərinə şah etmək istədikləri şəxsi necə bir alçaldıcı ölümün cənginə verdilər.
covfər Bax: cohar
crax Bax: çırax
craq Bax: çırax
cuap Bax: cuvap
cüap Bax: cuvap
cuapkar Bax: cuvapkar
cucab Bax: cuvap
cuğap Bax: cuvap
cuğut Bax: cuhut
cuhud Bax: cuhut
cuhudlux Bax: cuhutlux
cuhut (-qa, -nunq, -nu, -ta, -tan, -lar, -lardır, -larnınq, -larğa, -larnı, -larda, -lardan, -lardansen) // cuhud // cihud // cihut // cuğut // cuğut ism. – yəhudi: Bax tek, neçik uyatlı ölüm blə tas ettilər cuhutlar bunu, xaysı hali padşahı kensilərininq manovat etiy edilər da əvəl neçə kez corov padşah etmə klədilar kensilərinə. Bax gör, yəhudilər indi özlərinin şahı adlandırdıqları və əvvəllər bir neçə dəfə özlərinə şah etmək istədikləri şəxsi necə bir alçaldıcı ölümün cənginə verdilər.
cuhutça – ibranicə, ibrani dili
cuhutlux (-nunq, -qa, -nu, -ta) // cuhudlux (-nunq) – yəhudilik, musəvilik
Cuhutlux x. ism. – yəhudi ölkəsi, Yəhuda. İlk öncə İudanın (Yəhudanın) Qüds (Yerusəlim) ətrafındakı yurd yeri olan bu ərazi yəhudilərin Babil əsarətindən dönüşündən və həmin ərazidə kütləvi məskunlaşmasından sonra ölkəyə çevrilmişdi.
culha (-nınq, -larnınq) ism. (frs) – toxucu
culhalıx ism. – toxuculuq
Culfa x. ism. - Qədim Albaniyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri. Bu şəhər ən qədim toxuculuq mərkəzlərindən biri olub və mənbələr Səfəvilər dövündə bu məntəqədən Venesiyaya, Genuya, Amsterdam və Avropanın digər şəhərlərinə yüksək keyfiyyətli ipək parçaların ixrac edildiyini bildirir.
culfalı ism. – culfalı: Bali culfalı, Yadigər culfalı
cumard Bax: comard
curum (-nunq, -ğa, -nu, -nı, -dan, -u, -un, -lar, -larnı) // çurum ism. (ər.) – cürüm, cərimə
curumla ~ fel. – cərimələmək
curumsuz sif. – cəzasız
cuvab Bax: cuvap
cuvap (-qa, -nı, -ta, -ım, -ı, -ına, -ın, -lar, -ların) // cuvab // cüap (-ın, -ına) // cuap (-ı, -ın) // cucap (-ına, -ın, -lar) // cuğab (-ğa) // çuvap ism. – cavab: Cuvap bermə. Cavab vermə. Cuvap berdi friştə. Cavab verdi mələk. Cuvap beriyirmen. Mən cavab verirəm.
cuvapçı Bax: cuvapkar
cuvapkar // cuapkar ism. – cavabdeh, müttəhim: Tutundu cuvapkar bolmağa. Cavabdeh olmağa boyun oldu.
cuvaplan ~ fel. – cavab almaq, cavab tapmaq
cuvhutlux см. cuhutlux
cuvuhça zrf. – yaxınlarında, yaxınlığında
cuvut (-sen, -tur, -nunq, -ta, -tan, -qa, -lar, -larbiz, -larnınq -larğa, -larda, -lardan) ism. – yəhudi: Evet xaçan ki kördüm ki, doğru yürüməslər könülükü bilə Avedarannınq, ayttım Gepasqa alnına barçasınınq: “Sen ki, cuvutsen, gurkçi kibik da dügül ki cuvut kibik, tiriliyirsen, neçik keltiriyirsen gurkcyilərni bolma, cuvut kibik?” (Qal. 2: 14). Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən yəhudi olduğun halda Yəhudi kimi deyil, bütpərəstlərdən biri kimi yaşayırsansa, necə bütpərəstləri yəhudi kimi yaşamağa məcbur edirsən?» Da baxmağaylar cuvutlarnınq nebolsasına da sımarlamaxına adamlarnınq, bularğanlarnınq könülüktən (Tim. 1: 14). Qoy yəhudilərin boşboğazlıqlarına və həqiqətdən üz döndərən insanların yasaqlarına baxmasınlar. Bax: cuhut
cuvutlux (-nunq, -qa, -ta, -tadırlar, -tan, -uma, -undan) // cuvhutlux (-ta) Bax: cuhutlux
cüflük Bax: cüftlük
cüft // cft // cüvt (-nü) zrf. – cüt, qoşa: Dört cüft papuç. Dörd cüt papıc (başmaq).
cüftlük // cüflük, cüvtlük ism. cütlük
Ç
çadırda ~ Bax: çatırda ~
çadırdat ~ Bax: çatırdat ~
çadırtatmax ~ fel. – çırtlatmaq, çrtlamaq
çağır (-nınq, -nınqdır, -ğa, -nı, -da, -dan, -ınqnı, -ı, -ın, -lar, -lardan, -larп) // çahır // çaxır (-ğa, -nı) ism. – çaxır, şərab: Bir bardax çağır. Bir bardaq çaxır. Çağır keltirir borla da suv keltirməstir. Üzüm şərab veər, su verməz. Bardax; xayda çağır içərlər. Çaxır içmk üçün bardaq. Çağır tolxuxu. Çaxır tuluğu.
çağır ~ Bax: çaxır ~
çağırlıx ism. və sif. – çaxırlıq üzüm, çaxır üçün nzərdə tutulmuş üzüm bağı.
çağmax Bax: çaxmax
çahır Bax: çağır
çahır ~ Bax: çaxr ~
çakil Bax: şəkil
çakuç (-nunq, -qa, -nunq –lar. -ları) ism. – çəkic: Çakuçu taş sındıruçılarnınq. Daş sındranların çəkici. Temirçi çakuçı. Dəmirçi çəkici. Baltalar bilə da ulu çakuçları bilə yemirdilər anı (Məz. 73/74: 6). Baltalar və çəkiclərlə dağıtdılar onu. Çakuç bilə urğan. Çəkic vuran.
cax I (-tır, -nı, -ta, -ı, -ıdır, -ına) ism. – vaxt, zaman: ol çaxta. O zaman.
cax II qoş. – qədər, müddətdə, müddətinədək: Beriyirbiz Yadigər biyə bügündən beş yılğa ança tutmağa... Bu gündən etibarən Yadiar bəyə beş il müddətinədək ... saxlamağa veririk.
çax ~ (-ma, -ınqız, -tılar, -armen, -mas, -ıy edi, -ıyırmen, -ıyırsen, -ıyır, -ıyırbiz, -ıyırsiz, -ıyırlar, -qaylar, -sarlar, -kanı, -max, -maxqa, -maxnı, -ıp) fel. – xəbərçilik etmək, söz gəzdirmək, böhtan söyləmək, qeybət etmək: Kelinqiz da çaxınqz menim üsnə, aytıyır Biy (Çıx. 1: 18). Gəlin və mənim üstümə böhtan atın, dedi Rəbb.
çaxal ism (< çaqqal azərb. < frs) – çaqqal
çaxırmax ism – çağırış, çığırtı, qışqırıq
çaxırt ~ (-ma, -ınqız, -qay) fel. – çağırtmaq:
çaxıruçı f. ism. və f. sift – çağırıcı, çəğəran, çağıran, qışqıran
çaxlı sif. – müəyyən bir ölçüyə uyğun, normal ölçüdə, lazlmi qədər: Çaxlı yegəy, çaxlı içkəy, artıxsı içməgəy. Ehtiyacın qədər ye, iç, normadan artq içmə.
çaxmax // çağmax – 1. ism. çaxmaq, çaxmaq daşı: Çaamax taşı. Çaxmaq daşı. 2. Bax: çax ~
çaxmaxlıx ism. – xəbərçilik, qeybət, böhtan
çal ~ (-ma. –ınqız, -mağın, -ar, -ıyırmen. -ıy edilər, -ğay, -ğaybiz, -ğaylar, -sar, -ğan, -ıp) fel. – çalmaq, musiqi alətində çalmaq, ot çalmaq: Xaysıları ki saban sürərlər edi yaş bilə, süvünçlük bilə da çalğaylar // Kimlər saçarlar edi yaş bilə, süvünçluk bilə biçkəylər (Məz. 125/126: 5). Kimlər ki, tər içində kotan sürərlər, onlar sevinclə çalarlar // Kimlər tər içində toxum səpər, onlar sevinc içində biçərlər.
Dostları ilə paylaş: |