Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında Əsasnamə Ümumi müddəalar



Yüklə 74,09 Kb.
tarix22.10.2017
ölçüsü74,09 Kb.
#11058
növüQaydalar

XƏZƏR UNİVERSİTETİ

Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında

Əsasnamə

  1. Ümumi müddəalar

Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.

Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.

Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.

Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.



  1. Strukturu və məzmunu

Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:

 Fənn haqqında ümumi məlumat

Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)

Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri



Müəllim haqqında məlumat

Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı



Fənnin təsviri və məqsədləri

Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat



Gözlənilən tədris nəticələri

Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.



Tövsiyə olunan əsas və əlavə ədəbiyyat

Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.



Tədris fəaliyyətinin növləri

Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.



Qiymətləndirmə

Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65-dır.



Tədris siyasəti və davranış

Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.


Təqvim-tematik planı

Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.



  1. Hazırlanması və təsdiq prosesi

Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.

Sillabus fənnin tədris olunduğu dildə hazırlanır

Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.

Sillabus davamiyyət jurnalına əlavə olunur.




Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

JOUR 203. Xəbərin yazılması

Departament

Jurnalistika departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr (BA)

Tədris semestri

2015, Yaz

Fənni tədris edən müəllim

Cabir Məmmədli

E-mail:

ja1az@yahoo.com

Telefon:

(050) 526 5568 (mobil)

Mühazirə otağı/Cədvəl

307N

Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycanca

Fənnin növü

(məcburi, seçmə)

Məcburi/seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Bəşirli A., Kərimova A., Vəkilova D. Xəbərçilik (Dərslik). B., 2007. 250 səh.

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

32

Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




40

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər




10

Yekun




100

Kursun təsviri

“Xəbərin yazılması” kursunun məqsədi jurnalistika ixtisasında təhsil alan tələbələrin xəbər haqqında biliklərini artırmaq və xəbər yazmaq bacarıqlarını daha da mükəmmələşdirməkdən ibarətdir.

Kurs ərzində tələbələr xəbərin jurnalistikanın digər janrlarından fərqini daha aydın şəkildə anlayacaq, sərbəst şəkildə xəbər hazırlayacaqlar.




Kursun məqsədləri

–tələbələri bəşəriyyəti narahat edən, böhran səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə tanış etmək;

–gənclərin bu problemlərin qlobal xarakter aldığını və onların həlli üçün bütün ölkələrin və xalqların, beynəlxalq təşkilatların öz qüvvələrini birləşdirmələrinin vacibliyini dərk etmələrindən ötrü bütün lazımi tədbirləri görmək;

–ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir şəraitdə özünü kəskin şəkildə büruzə verən daxili problemlərin bu proseslərlə nə dərəcədə əlaqəli olduğunu göstərmək və s.


Tədrisin (öyrənmənin) nəticələri




Qaydalar (Tədris siyasəti və davranış)


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix (planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



26.01.2015

Xəbərin yazılması” kursu­nun obyekti, predmeti, məqsəd və vəzifələri.

•Ümumi məlumat

•Fənnin keçirilməsində məqsəd







02.02.2015

Xəbər axtarısında

•Olayı xəbər edən nədir?

•Üçölçülü xəbər







09.02.2015

Xəbər tapanlar

•Reportyor kimdir?

•Bir medalın iki üzü, yaxud 2 “F”-dən biri: fakt ya fikir jurnalistikası?

•Dəyisən və dəyisməyən xəbərçilik. əlk pesəkarlar

•XX əsr jurnalistikasında meyllər: Subyektiv və Obyektiv xəbərçilik







16.02.2015

Çap mediasında qaynaqlar

•Qaynaqların özəllikləri

•İnformasiya qaynaqlarınız







23.02.2015

Müsahibə

•Uğur kvadratı

•Müsahibə aparma texnikaları

•Müsahibəyə hazırlıq

•Müsahibəyə razılıq

•Müsahibənin baslangıcı

•Qeydgötürmə və diktofon

• “Nə üçün ?” və “Necə ?” sualları

•Qulaq as, ayıq ol, qayğıkes görün

•Müsahibənin sonu






6.

02.03.2015

Müsahidə metodu və sənədlər

•Müsahidə

•Bələdçi

•Sənədlər

•Jurnalistləri məlumatlandırmanın digər üsulları

•Mətbuat konfransları

•Alısdıgımız - analitik informasiya qaynaqları

•Kompüterləsdirilmis informasiya qaynaqları və daşıyıcıları

•Anonim qaynaqlar

•Qaynaqlarla isin etik aspektləri

•Hüquq bələdçisi





7.

16.03.2015

Ara imtahan




8.

30.03.2015

Piramidalar çevriləndə

•Piramidaların sirri

•Lid – xəbər piramidasının dayaq nöqtəsi

•Birbaşa və dolayı lidlər






9.

06.04.2015

Piramidalar çevriləndə (davamı)

•Nədən baslamalı? Lidi necə tapmalı?

•Lidi necə yazmalı?

•Lid bütün suallara cavab verməlidirmi?

•İsti xəbərin strukturu

• “Background”- olayın tarixçəsi

•Birlikdə çalısaq





10.

13.04.2015

Xəbər soyuyanda

•Odla kül arasında

• “Soyuq xəbər”, “Feature” ya “Oчерк” ? Necə adlandıraq?

•Soyuq xəbərin ölçüləri

•Soyuq xəbərin növləri

•Soyuq xəbərin strukturu

•Soyuq xəbərin həndəsəsi: Qum saatı və Paxlava





11.

20.04.2015

Zər qədrini bilənlər

•Kimdir onlar?

•Beynəlxalq həyat

•İqtisadiyyat

•Səhiyyə

•Kriminal

•Mədəniyyət

•İdman





12.

27.04.2015

Gerçək axtarısında

• “Vundşteyn” əhvalatı

•Jurnalist araşdırmasında qaynaqlar





13.

04.05.2015

Araşdırma

•Araşdırma öncəsi

•Araşdırmada müsahibələr

•Yazını necə yazmalı

•Araşdırma jurnalistikasında çətinliklər





14.

05.05.2015

Xəbərin toplanmasına etik qaydalar

•Plagiat


•Məbələrə istinad




15.

08.05.2015

Semestrin yekunu. İmtahana hazırlıq










Final imtahan






Yüklə 74,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin