Markalaşmaq
İngilizcə Brend kəliməsinin qarşılığı olarak istifadə etdiyimiz markalar yeni rəqabət şərtlərində şox əhəmiyyətli rol oynayır. Yeni rəqabət şərtlərində rəqabət markalar arasında olduğuna görə, markalaşma bir şirkətin ən strateji sərmayələrindən biridir. Markalaşma bir şirkət üçün qısa vədəli taktika bir cəhd olmaqdan çox, strateji bir mövzu xüsusiyyətində ələ alınmalıdır. Məhsullar arasındakı açıq və konkret fərqlər azalıb. Şirkətlər böyük fərqlər yarada bilən kiçik detallar sayesinde fərqli bir imicə sahib olurlar. Bu fərqləri yaradan ünsürlərdən biri olan markadır. Marka məhsulun funksional məqsədindən başka o məhsulun dəyərini artıran bir ad, simvol, dizayn ya da işarə kimi başa düşülür. Məhsul xüsusiyyətlərinə görə asanca seçilə bilməyən mallar üçün marka seçilə bilən bir xüsusiyyətdir və məhsul haqqında istehlakçıya məlumat verir. Buna görə də bu gün bütün mal və xidmətlər markalaşırlar. Bu sayədə də istehlakçılar fərqli istehsalçıların məhsullarını marka sayəsində seçə bilirlər. Marka olmayan bir məhsul, müştərilər tərəfindən əsas məhsul olaraq qəbul olunur və bu vəziyyətdə isə, müştərilər üçün əhəmiyyətli olan tək amil qiymət olur.
Marka, bir ya da bir qrup istehsalçının ya da satıcının mal və xidmətlərini təyin etməyə, tanıtmaya və rəqiblərinkindən fərqliləşdirməyə yarayan ad, anlayış, söz, simvol, dizayn, işarə, şəkil, rəng və ya bunların bir birləşməsidir. DeChernatony və McDonalda görə müvəffəqiyyətli marka isə;
"Müştərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayan, müştəri tərəfindən dəyər qatılmış olarak qəbul edilən, təyin oluna bilən; məhsul, xidmət, adam ya da yerdir. Bu müvəffəqiyyətin səbəbi, rəqabət halında bu dəyərləri davam etdirə bilməsidir."
Uğurlu marka yaxşı bir məhsul, ayırt edici şəxsiyyət və təqdim edilən əlavə dəyərlər olaraq üç elementin birləşməsindən meydana gəlir. Bu üç element arasındakı əlaqə, hər bir elementin varlığına çox bağlıdır. Çünki, bu üç element də uğurlu bir marka yaratmaq üçün lazımlıdır. Əvvəlcə, təsirli bir məhsula sahib olmaq lazımdır. Məhsulun fəaliyyəti, marka adının açıqlanmadığı testlərlə ölçülə bilər. İkinci olaraq, məhsula ayırt edici bir şəxsiyyət verilməlidir ki, müştərilər onu digərlərindən ayırt edə bilsin və məhsulu, adını söyləyərək istəyə bilsin. Üçüncü isə, ən əhəmiyyətli olanı, uğurlu bir markanın, müştərilərinə təqdim edilən məhsulun daha keyfiyyətli olduğuna ya da rəqiblərin təqdim etdiklərindən çox daha arzulanar olduğuna inandıracaq əlavə dəyərlər təqdim etməsi lazımdır.
Markalaşmaq, əvvəlcə məhsulu rəqiblərindən fərqliləşdirərək istehlakçı zehinində qalıcı bir yer əldə etməkdir. Marka, istehlakçılarda tanınan olmağı və satışları artırmağı hədəfləyir. Uzun dövrdə isə marka imicinin istehlakçı zehinində dəqiq olaraq mövqeləndirilərək, marka tanınmışlığının da üstünə çıxaraq marka sədaqətini təmin etməyi arzulayır. Bununla birlikdə təqdimat səylərinin hədəfi isə yalnız satış və tanınmışlığı əldə etmək deyil, markanın şəxsiyyəti və möv-qeyi ilə xatırlanmasını təmin etməkdir. Bu hədəfləri həyata keçirəcək markaların istehlakçı zehinində mövqeləndirilməsi isə iki amildən asılıdır. Bunlar; markanın içində olduğu sektorun quruluşu və vəziyyəti ilə markanın təqdimat fəaliyyətləridir.
Markalaşmaq, markalaşmağa qərar verən şirkət üçün uzun vədəli və son dərəcə ciddi qazanclar vəd edir. Markalaşmanın ən əhəmiyyətli qazanclarından biri, müştərilərinin ehtiyaclarını təmin etməyi və rəqabətdə üstünlük təmin etməyi hədəfləyən bir şirkətə sanki bir ölümsüzlük fürsəti təqdim etməsidir. Çünki, məhsulların keçici olduğu bir bazarda, bir markanın ömrünə sərhəd qoymaq mümkün deyil. Uğurlu bir markalaşma strategiyası izləyən bir şirkət üçün artıq məhsulları fani, markası isə baqi mövqedə qalacaq. Markalaşma, şirkətə müəyyən bir müştəri təmin edəcəyi üçün, istehsalını müəyyən bir tələbə görə təşkil etməsi və vahid xərclərini nəzarət altında tuta bilməsi üçün əlavə üstünlüklər də yaradacaq.
Markalaşma, istehlakçıların satın alma qərarları üzərində markalaşmamış məhsullara görə rəqabətdə üstünlük təmin edir. Çünkü markalaşma, standart keyfiyyət və xidmət zəmanəti ehtiva etdiyi fərziyyəsiylə istehlakçının alış-verişlərində səhv etmə riskini azaldan bir ünsür olaraq qiymətləndirilir, markalaşmış məhsul və şirkətlərin markalaşmamış məhsul və şirkətlərdən seçilməsini təmin edir. Ancaq, markalaşmanın bir məhsul ya da şirkətin bazardakı qəbul edilən dəyərini yüksəldə bilməsi və bazarda nəzərdə tutulan şəkildə mövqelənməsini təmin edə bilməsi müəyyən şərtlərə bağlıdır. Əgər, markalaşma qərarı vermiş şirkət tərəfindən əsaslı me-sajlar və sərgilənən, yaxşı təyin olunmuş müəyyən dəyərlər yoxdursa, reklam, promosyon, ad dəyişikliyi, logo dizaynı və digər fəaliyyətlər heç bir şəkildə uğurlu bir marka yaradılması üçün kafi deyil.
Dostları ilə paylaş: |