Rəqabət Strategiyalarını Anlamanın Vacibliyi
Yaşanan dəyişmə sürəti qarşısında şirkətlərin rəqabət strategiyalarını yenidən nəzərdən keçirmələri və təkrar meydana gətirmələri lazımdır. Rəqabət strategiyası, müştəri seçimlərindəki dəyişmələri görə bilmək, iş vərdişlərindəki dəyişmələri müşahidə edə bilmək və müştəriyə rəqiblərin təqdim edə bilməyəcəyi çox fərqli faydalar təqdim edə bilməkdir. İndiki vaxtda rəqabət üstünlüyü əldə etmənin ən təsirli yollarından biri strategiya meydana gətirməkdir. Rəqabət strategiyası, şirkətləri rəqabətçi bir ətraf mühüt içərisində düşünməyə yönəldir. Strategiya, şirkətlərin rəqabətdə necə üstünlük əldə edəcəkləri və əldə edilən bu üstünlüyü necə qoruyacaqları ilə əlaqədardır. Buna görə də, strategiya-naməlum, kompleks və qlobal bir mühitdə uğurun açarıdır. Bəzi şirkətlərin rəqabət güclərini əhəmiyyətli dərəcədə itirdikləri və uğursuzluklarının səbəbini strategiya inkişaf etdirmə işlərinin istənilən səviyyədə reallaşdırmamaları ilə açıqlamaq mümkündür.
Rəqabətdə qalıcılıq və davamlılıq rəqibdən daha yaxşı etməyə deyil, daha fərqli edə bilməyə söykənir. Fərqli bir şirkət olmaq üçün, fərqli görünmək və yeni tərzdə iş zəruriliyi tələb edir. İstiqamət təyin etmə, seçki etmə, fərq yaratma isə strategiyanın özündə var. Rəqabətdə qalıcı üstünlük ancaq şirkət strategiyasının yenidən yaradılması ilə mümkündür. Naməlum, kompleks,qlobal bazarlarda fəaliyyət göstərən şir-kətlərin rəqabət edə bilmələri böyük ölçüdə strategiyanın yenidən qurulmasına asılı olacaq.
Rəqabət strategiyası, sektoru, müştəriləri, rəqibləri və əsas meylləri anlamada və ətraf mühütdəki fürsətlərdən istifadə etmək üçün təşkilatın qabiliyyətlərinin uyğun hala gətirilərək uğurlu bir şirkət mühütini meydana gətirmədə əhəmiyyətli rol oynayır. Buradakı ana vurğu sistematik uzaqgörənlik, məlumat toplama və planlama prossesləri üzərinədir.
Rəqabətə söykənən iqtisadi bir mühitdə strategiya yeniliyi, irəliləməyi və şirkətlərin davamlı olaraq ətrafa uyğunlaşmasını və ya ətraf mühit ilə qarşılıqlı uyğunlaşma içində olmasını təmin edərək, meydana gələn dəyişiklikləri idarə altına alan idarəetmə vasitəsidir. Strategiya fəaliyyət üçün müəyyən nisbətdə qaynaqların əl altında saxlanılması, ətrafdakı dəyişiklilər qarşısında bu qaynaqlara baxılaraq qərarlar verilməsi lazımdır. Alınacaq olan bu qərarlar, şirkətlərin məlumat və iradəyə söykənən dinamik və qabaqcıl bir üsulun içəridə alınmasını, gələcəyin uzun vədəli dəyişmələrini nəzərdə tutaraq sistematik bir şəkildə təşkil edilməsini təmin edəcək. Beləcə şirkətlərin həyatında qədərə və ya bəxt amilinə buraxılan nöqtələr azaldılmış və ya idarə altına alınmış olacaq .
Şirkətlərin davam etdirilə bilər rəqabətçi üstünlükləri, bazarın quruluşunu dəyişdirəcək strategiyalar yaratmasına və bazar quruluşunu bir zaman sonra yenidən dəyişdirənə qədər müəyyən bir mövqe əldə etmələri ilə təmin edilə bilər. Bu strategiyaların məzmunu müştəriyə yaratdığı dəyərlə təchiz edildiyi zaman şirkətə davam etdirilə bilər rəqabətçi üstünlük təmin edəcək.
Dostları ilə paylaş: |