~ 76 ~
dövlətini əsla görmək istəmirdi.
Bu həm də, SSRİ-nin Çinlə münasibətlərini yaxşı vəziyyətdə
tutması və iqtisadi-siyasi maraqlarını daha münasib şəkildə təmin etmək siyasəti ilə əlaqədar idi.
Çinin mərkəzi hakimiyyətinin baş verə biləcək təzyiqlərinə, yaxud silahlı müdaxiləsinə qarşı
dura bilmək üçün Şərqi Türküstan Respublikasının prezidenti Xoca Niyaz SSRİ-dən silah almaq
istəyir və bu məqsədlə Sovet rəsmi şəxsləri ilə müvafiq danışıqlar aparırdı.
1934-cü ilin fevralında Dunqan qoşunları Qomindan hökuməti (GMD) adından Kaşqar
şəhərini tutdular,
minlərlə sakin öldürüldü, şəhər qarət edildi. Respublikanın liderləri hökuməti Yeni
Hisara köçürə bilmişdilər, lakin Dunqan qoşunları həmlə ilə oranı da aldılar. Baş Nazir sabit
Damullah Yarkəndə sığındı, amma Abdullah Buğra ələ keçirilib edam edildi. Başını kəsib Kaşqarın
əsas məscidindən nümayiş etdirməyə götürdülər. Xoca Niyaz SSRİ sərhəddində danışıqlarda
olduğundan ələ keçmədi. Bu hadisələrdən sonra o istehfa etdiyini açıqladı
və Baş nazir Sabit
Damullahdan da hökuməti buraxmağı istədi. Sabit Damullah etiraz etdiyinə görə Xoca Niyaz 16
aprel 1934-cü ildə adamları ilə Yeni Hisara gəlib onu həbs etdi və onu yerli Çin rəhbərliyinə təhvil
verdi. Həmin ilin iyulunda onlar da Baş naziri və ticarət naziri Satıbaldı Xanı dar ağacından
asaraq edam etdilər. Minlərlə mücahid məhv edildi. Bəzi məlumatlara görə Şərqi Türküstanda
həyata keçirilən cəza əməliyyatlarında təkcə ruslar tərəfindən 200 mindən artıq müsəlman
öldürülmüşdü (3, s.322). Bu da Şərqi Türküstan Respublikasının facəli sonu oldu.
Şərqi Türküstan Respublikası süquta uğradıldıqdan sonra Şenq Şikai (Sheng Shicai) bütün Sincana
rəhbərlik etməyə başladı. O, ilk növbədə Sovet İttifaqı ilə əlaqələri sıxlaşdırdı. Qeyd etmək lazımdır
ki, SSRİ hökuməti bu əlaqələrdə olduqcq maraqlı idi, çünki Sincana ucuz işçi qüvvəsi və xammal
mənbəyi kimi baxılırdı və bu bölgədə möhkəmlənmək üçün Şenqə 7,5 milyon rubl kredit ayrıldı.
Bu zamanlar Çinin çox zəif olan mərkəzi höküməti onsuz da bu ucqar və nəhəng bölgəni təmin
etməkdə ciddi çətinlik çəkirdi və yerli idarəçiliyə müəyyən qədər fəaliyyət azadlığı verilmişdi.
Daim yaponlardan gözlənilən təhlükə qarşısında Çin hökuməti qonşu SSRİ-ni
potensial müttəfiq
kimi görürdü, eyni zamanda Sovet təsirinin ölkədə, xüsusilə bu həssas bölgədə bərqərar ola
biləcəyindən ehtiyat edirdi. Amma bölgənin idarəçisi olan, Şərqi Türküstan Respublikasının
süqutundan sonra öz yerini möhkəmləndirən
Şeng Şikai sovetlərə, kommunist hərəkatına dərin
rəğbət bəsləyirdi və onun üçün sosializm ideyaları daha cəlbedici görünürdü.
Tezlikə, SSRİ burada mədən sənayesinə, neft ehtiyatlarına daha çox əhəmiyyət verməyə
başladı, bölgədə öz hərbi-siyasi güçünün möhkəmlənməsinə nail oldu. Qumul şəhəri yaxınlığında
aerodrom açdı və 3 minlik qoşun yerləşdirdi. Sincan SSRİ-nin artıq satellitinə çevrilirdi.
Burada
birçox rayonlarda və yaşayış məntəqələrində Sovet idarəetmə sistemi qurulurdu, Sovet Orta
Asiyasından gələn mühacir türk və çin mənşəli məmurlar iş başına gətirilirdi. Çox saylı tələbələr
SSRİ-yə təhsil almağa göndərilirdi. Daşkənddə təhsil alıb Sincana dönən uyğurlara ―Taşkentçilər‖
deyirdilər [2, p.259].
1934-cü ilin iyununda Şeng-Si –tsai 1933-cü ilin aprelində
qubernator Çini Sovet
qoşunlarının köməyi ilə devirərək onun yerini tutdu. O, sovetyönlü qubernator kimi Stalinə məktub
yazıb Sincanın və bütövlükdə Çinin nicat yolunun marksizm, sosializm və Sovet sistemi olduğunu
bəyan etdi. Stalin Urumçidəki Sovet Konsulu Garegin Apresova təlimat verdirmişdi ki, Şengə başa
salsın ki, Sovet İttifaqı Sincanın sovetləşdirilməsini təhlükəli hesab edir və belə bir fikir ya plan
yoxdur. Çünki, SSRİ Çinin ərazi bütövlüyünü tanıyır və hörmət edir. Amma Şenglə əməkdaşlıq
ediləcək və lazımi yardımlar göstəriləcəkdir.
Şeng sovet stilli mədəniyyət siyasəti yeridirdi. ―Şərqi Türkistan Qəzeti‖ni ―Yeni Həyat‖ adı
ilə davam etdirib onu sovet təbliğat orqanına çevirdi. Bəyan edilirdi ki, Sincanda yaşayan bütün
xalqlara: uyğur, han, monqol, dunqan, qırğız, qazax bərabər hüquqlar verilir. O,
Sincan Xalq
Antiimperialist İttifaqı deyilən təşkilat qurdu. Urumçidə Xalq Nümayəndələri Konqresi keçirdi.
Uyğur adı rəsmi sənədlərə daha 13 etnik mənsubiyyətlə bərabər türkdilli oturaq əhalinin adı kimi
keçirdi. Bu əslində bölgənin köklü xalğını – uyğurları (türkləri) digər xalqların içərisində əritmək
niyyəti idi. Uyğur Ziyalılar Cəmiyyəti təsis olundu, o cümlədən, qazax və monqol ziyalı
cəmiyyətləri də quruldu. Uyğurca
Shing Jang qaziti çıxarıldı.
Dostları ilə paylaş: