SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə98/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   94   95   96   97   98   99   100   101   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
82-88 
 


~ 83 ~ 
kimə məxsus olmasını təsdiqləyən çox mötəbər, beş dövlətin nümayəndələri tərəfindən imzalanan 
beynəlxalq müqavilədir. Bu müqavilə ermənilərin Naxçıvana olan ərazi iddialarını, bununla bağlı 
arzularını, istəklərini ürəklərində qoyaraq puça çıxaran, Naxçıvanın Azərbaycanın tərkibində 
muxtariyyət statusunu təsbit edən və bu statusun onun ərazisinin toxunulmazlığının qarantı olan çox 
əhəmiyyətli bir beynəlxalq sənəddir. 
Naxçıvanın muxtariyyəti çox mürəkkəb və ziddiyətli bir vəziyyətdə əhalinin inadlı 
mübarizəsi, Azərbaycanın, xüsusilə Naxçıvanın görkəmli şəxsiyyətlərinin, ziyalılarının qətiyyətli 
mövqeyi, qarşıya çıxan maneələri uğurla aradan qaldırması sayəsində əldə olunmuşdur. Çünki 
həmin vaxt Rusiya imperiyasının dağılmasından sonra 1918-ci ilin may ayında daşnak hökumətini 
yaradan ermənilər yaranmış böhranlı vəziyyətdən istifadə edərək Azərbaycana, o cümlədən onun 
qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddialarını gücləndirmişdilər. Birinci 
Dünya Müharibəsində məğlub olan və Qafqaz cəbhəsindən geri çəkilən Rusiya ordusundan aldıqları 
döyüş surastı ilə silahlanan erməni quldur dəstələri öz arzularını gerçəkləşdirmək üçün 
Azərbaycanın digər bölgələri kimi Naxçıvana da hücumlar edir, Azərbaycan ərazilərini ələ 
keçirərək xəyali ―Böyük Ermənistan‖ ideyasını gerçəkləşdirmək istəyirdilər. Bu işdə erməniləri 
dünyanın iri dövlətləri, o cümlədən 1919-cu ilin əvvəllərində Naxçıvanı tutan ingilislər və həmin 
ilin yayında onları əvəz edən amerikalılar da müdafiə edirdilər. Ancaq Naxçıvan əhalisinin inadlı 
müqaviməti və qabaqcıl insanların səyləri nəticəsində ingilislər və amerikalılar məqsədlərinə çata 
bilmədilər.
Bu zaman yenicə tarix səhnəsinə çıxan Sovet Rusiyası da sələfi çar Rusiyasının ermənilərə 
olan himayəçi siyasətini davam etdirir, bir sıra Azərbaycan torpaqları kimi Naxçıvanı da ermənilərə 
vermək istəyirdi. Ona görə də Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra sovet 
hakimiyyətinin ilk vaxtlarında yaranmış mürəkkəb vəziyyətdən istifadə edən ermənilərin Naxçıvana 
ərazi iddialarının daha da gücləndiyi bir vaxtda Sovet Rusiyasının rəhbərlərindən V.İ.Lenin, İ.Stalin 
və S.Orcenikidze və başqaları Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 
İ.Stalin hələ Ermənistanda sovet hakimiyyətinin qurulmasından əvvəl, 04 noyabr 1920-ci ildə 
AK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosunda RK(b)P Qafqaz Bürosu üzvlərinin (İ.Stalin, 
S.Orcenikidze, Y.Stasova) iştirakı ilə ―Ermənistanda vəziyyət‖ məsələsi müzakirə edilərkən belə bir 
bəyanatla çıxış etmişdi ki, əgər bilmək istəyirsinizsə Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, 
onları Ermənistanın indiki hökumətinə (yəni daşnak hökumətinə-H.S.) vermək olmaz, Sovet 
hökuməti olanda vermək olar (8, s. 358). İ.Stalinin bu bəyanatı elə bir vaxtda verilmişdi ki, artıq 
sovet Rusiyasının Qırmızı ordu hissələri Cənubi Qafqaza – Azərbaycana daxil olmuş, 28 aprel 
1920-ci ildə Azərbaycanda, 3 ay sonra, iyulun 28-də Naxçıvanda sovet hakimiyyəti qurulmuşdu. 
Ermənistanın sovetləşməsinə lap az qalmışdı. Başqa sözlə desək, Ermənistan 29 noyabrda, yəni 
bəyanatın verilməsindən 25 gün sonra sovetləşdi. Deməli, İ.Stalin bu vəziyyəti qabaqcadan görür və 
faktiki olaraq Naxçıvanın və Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsini 
istəyirdi. 29 noyabr 1920-ci ildə Ermənistan SSR-in yaradılmasından sonra sovet hakimiyyəti 
liderlərinin müdafiə etməsindən şirniklənən ermənilərin Naxçıvana olan ərazi iddiaları daha da 
genişləndi.
Belə gərgin bir şəraitdə Azərbaycan İnqilab Komitəsinin 1 dekabr 1920-ci ildə verilən 
bəyanatı haqqında xəbər Naxçıvana çatdıqdan az sonra, dekabrın 5-də Naxçıvanda əhalinin 
bəyanatda əks olunan fikirlərə qarşı güclü etirazları başlandı. Çünki Rusiyanın diktəsi ilə yazılan, 
Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dili ilə səsləndirilən bu bəyanat ―iki sovet 
respublikası (Azərbaycan və Ermənistan-H.S.) arasında ərazi mübahisələrini Azərbaycanın milli 
mənafelərinə zidd şəkildə həll edilməsinə yönəldilmişdi. Bəyanatda deyilirdi: ―... Bundan sonra heç 
bir ərazi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və 
Naxçıvan qəzaları sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş 
kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir‖ (8, s. 358).
Bu narazılığı aradan qaldırmaq və əhalini sakitləşdirmək üçün İnqilab Komitəsinin üzvü
Ədliyyə Komissarı Behbud ağa Şahtaxtinski dekabrın 15-də Naxçıvana göndərildi (2, s. 98-99). 
Behbud ağa Şahtaxtinskinin Naxçıvanda apardığı işlər, keçirdiyi görüşlər nəticəsində əhali nisbətən

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin