~ 82 ~
UOT 94.(479.24)
MOSKVA MÜQAVĠLƏSĠ VƏ NAXÇIVAN
Hacıfəxrəddin Səfərli
*
Məqalə redaksiyaya daxil olmuşdur: 6
sentyabr 2022; çapa qəbul edilmişdir: 10 sentyabr
2022; online-da çap edilmişdir: 30 oktyabr 2022
Received:
6th of September, 2022; accepted: 10th of September, 2022; published online: 30th
of October, 2022
Xülasə
Məqalədə Naxçıvana muxtariyyət statusu verilməsində çox mühüm addım olan Moskva
müqaviləsindən bəhs edilir. Qeyd olunur ki, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə
arasında Moskva şəhərində imzalanan ―Dostluq və qardaşlıq haqqında müqavilə‖nin 3-cü maddəsi
və I (C) əlavəsi Naxçıvanla əlaqədardır. Hətta əlavədə Naxçıvanın sərhədləri dəqiq müəyyən
edilmişdir. Müqavilənin şərtlərinə əsasən hər iki tərəf (Rusiya və Türkiyə) qeyd olunan sərhədlər
içərisində Naxçıvan vilayətini Azərbaycanın protektoratlığının heç bir zaman üçüncü dövlətə
güzəştə getməyəcəyi şərti ilə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsindən razı
olduqlarını bildirir. Beləliklə, Moskva müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qorudu və
Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.
Açar sözlər: Moskva, Rusiya, Türkiyə, Azərbaycan, Naxçıvan, müqavilə.
2021-ci ildə Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan Naxçıvan Muxtar
Respublikasının yaradılmasında mühüm rol oynayan 3 mühüm hadisənin 100 ili tamam oldu. Belə
ki,
2021-ci ilin yanvarında Naxçıvan bölgəsinin ərazi taleyi, onun Azərbaycanın tərkibində qalması
və ya Ermənistana verilməsi ilə əlaqədar görkəmli dövlət xadimi və diplomat Behbud ağa
Şahtaxtinskinin təşkilatçılığı ilə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştirakı ilə
Naxçıvanda keçirilən və əhalinin 90 faizinin bölgənin Azərbaycanın tərkibində qalmasina səs
verdiyi referendumun (ümumxalq səsverməsinin) 100-cü ildönümü, martın 16-da isə Naxçıvana
muxtariyyət statusu verilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən və bu sahədə ilk
beynəlxalq sənəd olan Moskva müqaviləsinin imzalanmasının 100-cü ildönümü tamam oldu.
Həmçinin həmin ilin oktyabr ayının 13-də isə Moskva müqaviləsini tamamlayan, muxtar respublika
kimi Naxçıvanın sərhədlərini daha təkmil, aydın, konkret şəkildə əks etdirən və Naxçıvan
bölgəsinin Azərbaycanın tərkibində muxtariyyət statusu ilə qalmasını və bunu Naxçıvana ərazi
iddialarında olan Ermənistan SSR-in nümayəndələrinin də təsdiq etdiyi Qars müqaviləsinin
imzalanmasının 100 ili qeyd olundu.
Ona görə də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümü ərəfəsində
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bölgəyə Azərbaycanın tərkibində
muxtariyyət statusunun verilməsində mühüm rol oynayan Qars müqaviləsinin imzalanmasının 100
ilinin tamam olması ilə əlaqədar 8 fevral 2021-ci ildə ―Qars müqaviləsinin 100 illiyinin keçirilməsi
haqqında‖ Sərəncam imzalamışdır (9). Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətçiliyi
tarixində mühüm mərhələ olması, bu tarixin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının
bütün dövrlər üçün aktuallığı nəzərə alınaraq imzalanan bu Sərəncam tariximizə, onun dərindən
öyrənilməsi və təbliğ edilməsinə yüksək dövlət qayğısının yeni və çox əhəmiyyətli təzahürüdür.
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində çox böyük
əhəmiyyətə malik olan Qars müqaviləsi 1921-ci ilin yanvar ayında Rusiya, Ermənistan və
Azərbaycan nümayəndələrinin iştirakı ilə keçirilən ümumxalq səsverməsinin nəticələrindən və
1921-ci il Moskva müqaviləsindən sonra Naxçıvanın muxtariyyət məsələsinə yekun vuran, onun
*
AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor
E-mail: seferli949@mail.ru
Dostları ilə paylaş: