OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqramların yazılmasında API (Application Programming Interfase) tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadə etmək olar.
OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də istifadə etməyə imkan verir.
OS/2 nin aşağıdakı modifikasiyaları movcuddur:
- OS/2 Warp3. 0 yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib;
OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS-DOS və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.
DOS - sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi Disk əməliyyat sistemi deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub, əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir. Komputerlərin digər funksiyaları: qrafika, səs, yazma, şəbəkədə gəzinmə, yaddaşa nəzarət, çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir. DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki, hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir. Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da, DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir. DOS-un tarixi komputerlərin tarixi ilə başlayır. DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir. Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.