Cədvəl 1
Baş məcmu üzrə təsviri statistika
Gös-tərici
|
Müəs-sisələ-rin sayı
|
Vari-asiya geniş-liyi
|
Mini-
mum
|
Mak-si-mum
|
Orta qiy- mət
|
Orta qiymə- tin standart xətası
|
Stan- dart kə-nar-laşma
|
Dis-
per-
siya
|
Asim-
met-riya
|
Stan- dart xətası
|
Eks-
ses
|
Stan- dart xətası
|
Işçi sayı
|
884
|
8
|
1
|
9
|
2,76
|
0,07
|
2,1
|
4,41
|
1,34
|
0,08
|
1
|
0,16
|
Cədvəldə verilmiş eksses və asimmetriya göstəricilərinin variasiya sıralarında normallıq şərtinin yoxlanmasında istifadə olunur.
Qeyd olunduğu kimi, dispersiya və orta kvadratik kənarlaşmanın qiyməti nə qədər kiçik olarsa, məcmu bir o qədər həmcins (kəmiyyət etibarilə) və nəticədə orta kəmiyyət də həmin məcmu üçün tipik olar. Bu məcmunun həmcinslik şərtini variasiya əmsalını hesablamaqla görmək olar.
Variasiya əmsalı 33%-dən kiçik olarsa, məcmu kəmiyyət etibarilə həmcins olur [3]. Düsturdan göründüyü kimi, variasiyanın qiyməti (76%) böyükdür. Həmcinslik şərtini təmin etmək üçün məcmunu qruplara bölmək lazımdır. Bunun üçün ilk növbədə qrupların sayını müəyyən etmək tələb olunur.
Qrupların sayını təyin edən zaman aparılan tədqiqatın xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu səbəbdən qrupların sayı optimal olmalıdır. Böyük ədədlər qanununa əsasən hər bir qrupdakı vahidlərin sayı isə kifayət qədər çox olmalıdır. Yalnız bəzi hallarda statistikanın müəyyən məsələlərində kiçik qruplardan istifadə olunur. Qrupların sayının müəyyən olunmasına qruplaşma əlamətinin variasiyası əhəmiyyətli dərəcədə təsir edir. Variasiya böyük olduqca qrupların sayı da çox olmalıdır 2.
Qruplaşma əlaməti olaraq işçilərin sayı götürüldüyündən yuxarıdakı cədvəldə verilmiş statistik xarakteristikadan görünür ki, bu kəmiyyət 1-dən 9-a qədər dəyişir. Onun paylanma tezliyini SPSS-in Analyze (Analiz) menyusundan Descriptive Statistics və Frequencies altmenyusundan istifadə etməklə müəyyən etmək olar [4].
Dostları ilə paylaş: |