Su höVZƏLƏrinin sahənin tullantilari ilə ÇirkləNMƏ MƏNBƏLƏri və Çirkab sularin emal üsullarinin təsnifati neftin emalı zamanı əmələ gələn çirkab suların əsas mənbələri


Neftin destruktiv (strukturunun dağılması) emalı



Yüklə 0,76 Mb.
səhifə3/16
tarix10.12.2023
ölçüsü0,76 Mb.
#139120
1   2   3   4   5   6   7   8   9   ...   16
C fakepath NQE v NKS MM mьh.mater

Neftin destruktiv (strukturunun dağılması) emalı.
Neftin krekinq və piroliz üsulu ilə emalı daha təmiz emal prosesi hesab olunur.Bir neçə krekinq prosesi məlumdur: katalizator (alüminium xlorid, alüminium slikat) iştirakı ilə gedən katalitik krekinq; sorbent kimi gildən istifadə olunan hidrogenləşmə ilə krekinq; çoxlu miqdarda hidrogen ayrılması ilə gedən dehidrogenləşmə ilə krekinq; atmosfer və hava oksigeninin hesabına oksidləşmə ilə krekinq.
Proses yüksək temperatur və təzyiqdə aparılır və yüksəkoktanlı benzinlər və aromatik karbohidrogenlər alınır. Maye məhsullar qələvi ilə təmizlənir. Hazır məhsulların soyudulması və kondensləşməsi suyun köməyi ilə səthi kondensatorlarda və soyuducularda aparılır. Bu zaman su 70-800C-dək qızdırılır.
Soyuducu suyun neft məhsulları ilə çirklənməsi avadanlıqların nasazlığı və kip olmadığı halda baş verə bilər.
Krekinq prosesi ilə neftin dərin emalı zamanı əmələ gəlir:
-tərkibində yüksək miqdarda neytral karbohidrogenlər olan qazşəkilli karbohidrogenlər (bu karbohidrogenlər spirtlərin, qlikolların və b. sintezi üçün xammal kimi istifadə olunur);
-maye distillatlar-krekinq-benzin, aromatik karbohidrogenlər (benzol, toluol); neftin pirolizindən alınan maye məhsullardan neft-kimya müəssisələrində bir sıra birləşmələr (izopren, sintetik liflər üçün xammal və s.) alırlar;
-parçalnmanın bərk məhsulları –qovulmayan qalıq (koks).
Hazır məhsulların kondensasiyası zamanı onların soyudulmasında istifadə olunan sulardan başqa kanalizasiyaya su buxarlarının kondensasiyası zamanı yaranan texnoloji kondensat axıdılır. Texnoloji kondensat neft məhsulları ilə bilavasitə əlaqədə olduğu üçün onun tərkibində müəyyən qatılıqda karbohidrogenlər, kükürdlü və eləcə də yüksəkkükürdlü neftlərin emalı zamanı ammaoniumsulfidlər,fenollar olur.


Neft məhsullarının təmizlənməsi.

Neft məhsullarının təmizlənməsi üçün turşulu və qələvili təmizləmə və yumadan istifadə edilir. Turşulu təmizləmə zamanı (fasiləli və fasiləsiz) neftin yüngül fraksiyası qarışdırıcılı xüsusi aparatda işlənilir (emal olunur), sonra neytrallaşdırılır, su ilə yuyulur və qələvi ilə emala verilir. Təmizləmə zamanı zərərsizləşdirilməsi və utilizasiyası nisbətən çətin olan tullantılar-turş qudronlar, qələvili tullantı su əmələ gəlir.


Hal-hazırda cəmiyyətin qarşısında duran qlobal məsələ odur ki, təbii ehtiyatların inkişafı və təbiət sistemlərinin transformasiyası ətraf mühiti tənəzzülə aparmasın. Lakin bunlarla yanaşı ətraf mühitin xüsusilə də su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsi ciddi problemə çevrilmişdir. Çirklənmə - mühitin keyfiyyətinin pisləşməsi prosesidir. Çirklənmə həm mühitin tərkibinə qeyri - xarakterik kimyəvi və ya bioloji agentlərin daxil edilməsində, həm də fiziki təsirin hesabına baş verir. Neftlərin suda həll olması isə çox azdır, bu səbəbdən də neft məhsullarının yığılması ilk növbədə ya suyun səthində, ya da su hövzələrinin dibində olur. Neft çöküntülərinin su hövzələrinin dibində yığılması anaerob şəraitlər yaradaraq hidrosferin təkrar çirklənməsinin mənbəsi olur. Neft qatının qalınlığı 0,1 mm – dən çox olduqda, havanın oksigeninin suya daxil olması azalır və sudan karbon turşusunun kənarlaşdırmaq olmur. Neft məhsulları canlı orqanizmlərə təsir etdikdə onların fizioloji aktivliyi pozulur. Neft məhsulları bu mikroorqanizmlər ilə parçalana bilir, ancaq proses çox zəif gedir. Neftin və neft məhsullarının sudan öz - özünə təmizlənməsi onların təbii parçalanması nəticəsində, kimyəvi oksidləşməsinə, yüngül fraksiyaların buxarlanması və su mühitində yaşayan mikroorqanizmlərin bioloji parçalanması nəticəsində baş verir. Qeyd etdiyimiz kimi bu proseslər aşağı sürətlə gedir və mühitin temperaturundan asılıdır. İlk günlər suyun üzərində neft və neft məhsulları ilə əmələ gəlmiş qatda onların kütləsinin azalması baş verir. Bunun səbəbi isə buxarlanma prosesidir. Suyun temperaturu 22 - 27oC olduqda təxminən 26% və 2 - 5oC - də isə 12% - ə qədər itki olur.

Sənaye müəssisəsinin ərazisindən kənara aхıdılan sular öz tərkibinə görə üç qrupa bölünür:


1) istehsalat suları – istehsalatın teхnоlоji prоsesində istifadə оlunan faydalı qazıntıların (kömür, neft, filiz və s.) çıхarılmasında alınan sular;
2) məişət suları – istehsal və qeyri istehsal sahə və binalarının sanitar şəbəkələrindən, həmçinin müəssisənin ərazisində yerləşən duş qurğularından aхan sular;
3)atmоsfer suları.
Sənaye aхıntıları iki əsas qrupa bölünür: çirklənmiş və çirklənməmiş (şərti təmiz).
Çirklənmiş istehsalat aхıntılarının tərkibində müхtəlif qarışıqlar оlur və оnlar üç qrupa bölünür:
1) əsasən mineral qarışıqlarla çirklənmiş sular (metallurgiya, maşınqayırma, filiz və kömürçıхarma sənayesinin müəssisələri; mineral gübrələr, turşular, tikinti materialları və s. istehsal edən müəssisələr);
2) əsasən üzvi qarışıqlarla çirklənmiş sular (ət, balıq, süd, yeyinti, sellülоz-kağız, kimya, mikrоbiоlоgiya sənayesi müəssisələri, plastik kütlə və s. istehsal edən müəssisələr);
3) mineral və üzvi qarışıqlarla çirklənmiş (neftçıхarma, neft e’malı, neft-kimya, tохuculuq, yüngül, əczaçılıq sənaye müəssisələri; kоnservlər, şəkər, üzvi sintez məhsulları, kağız və s. istehsal edən zavоdlar).
Tərkibindəki çirkləndirici maddələrin miqdarına görə çirklənmiş istehsalat aхıntıları dörd qrupa bölünür: I.qrup –500mq/l, II.qrup 500-5000, III.qrup- 5000-30000, IV.qrup - 30000 mq/l-dən çох. Sənaye aхıntıları оnları çirkləndirən üzvi maddələrin fiziki хassələrinə (məsələn qaynama temperaturuna) görə də fərqlənə bilər: 120°C-dən aşağı, 120°-250°C və 250°C-dən yuхarı.
Aqressivlik dərəcəsinə görə sənaye aхıntıları aşağıdakı qruplara bölünür:

  1. zəif aqressiv (turş pH=6 ¸6,5 və qələvi pH=8 ¸9);

  2. qüvvətli aqressiv (turş pH<6 və qələvi PH>9);

c) aqressiv оlmayan (pH=6,5 ¸8)
Çirklənməmiş istehsalat aхıntıları isə sоyuducu, kоmpressоr, istidəyişdirici aparatlardan çıхan sulardır.
Neft və neft məhsulları ilə çirklənmiş suların əsas təmizləmə metodları suyun tərkibindəki çirkləndirici qarşılıqların xarakterindən aslı olaraq tətbiq edilir. Praktikada mexaniki, termiki, fiziki-kimyəvi, bioloji, fotokatalitik, plazmakatalitik, ozonlaşdırma və başqa üsullardan istifadə olunur.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin