Sual: Maliyye bazarları tərkibində qiymətli kağızlar bazarının yeri və rolu. Bazar



Yüklə 16,8 Kb.
tarix21.10.2017
ölçüsü16,8 Kb.
#8872


Sual: Maliyye bazarları tərkibində qiymətli kağızlar bazarının yeri və rolu.

Bazar - tərkibində bir tərəfdən əmtəə və xidmətlər bazarı, digər tərəfdən isə resurslar bazarını birləşdirən mürəkkəb çox funksiyalı anlayışdır. Bu bazarların qarşılıqlı təsiri kredit xassəlidir və sistemin əsas hissəsi olan-dövtetin iqtisadi mexanizmini müəyyənləşdirir. Bazar iqtisadi maliyyə vəsaitlərinin istifadəsində potensial imkanlar tələb edir ki, bunun da mənbəyi maliyyə bazarıdır. Maliyyə bazarı-daim hərəkətdə olan bütün pul ehtiyyatlarının yekunudur.(iqtisadi subyektlərin tələb və təklifə dəyişkən münasibətlərinin təsiri altında bölgü və yenidən bölgü zamanı).

Maliyyə bazarının quruluşu haqqında tam həmrəylik yoxdur. Bəzilərinin fikrincə maliyyə bazarı qarşılıqlı əlaqədə olan üç bazardan ibarətdir:



  1. qısamüddətli ödəmə vasitəsi funksiyasını yerinə yetirən nağd pullar bazarı;

  2. kreditləri ssuda kapitalı bazarı;

  3. qiymətli kağızlar bazarı.

Digərlərinin fikrincə isə maliyyə bazarının tərkibinə aşağıdakılar daxildir:

  1. bərk kreditlər ssuda kapitalı bazarı;

  2. qiymətli kağızlar bazarı;

  3. valyuta bazarları.

Maliyyə bazarını qiymətli kağızlar bazarı da adlandırırlar. Qiymətli kağızlar bazarı anlayışını ümumi şəkildə qiymətli kağızların buraxılışı və dövriyyəsi ilə bağlı iqtisadi münasibətlərin məcmuusu kimi müəyyənləşdirmək olar.

Qiymətli kağızlar bazarı müasir bazar iqtisadiyyatının mühüm atributlarından biridir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar müddətindən asılı olaraq maliyyə bazarı qısamüddətli qiymətli kağızların iştirak etdiyi pul və uzunmüddətli qiymətli kağızların iştirak etdiyi kapital bazarına bölünür. Yəni, dolayısı ilə qimətli kağızlar bazarı həm pul, həm də kapital bazarı kimi fəaliyyət göstərir. Sxem №1-də qiymətli kağızlar bazarının maliyyə bazarında yeri göstərilib:
Pul bazarı Kapital bazarı

Qimətli kağızlar bazarı
Sxem №1. Qiymətli kağızlar bazarının maliyyə bazarında yeri.

Qiymətli kağızlar bazarı- maliyyə bazarının əsas hissəsidir, alqı satqısını təmin etmək üçün fəaliyyət göstərir. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca elementlərindən biri olmaqla iqtisadiyyatın ayrı - ayrı sahələrinə maliyyə vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar bazarı kapital formasından istehsal formasına keçməsinə kömək edir. О, bank kredit sistemini tamamlayır və onunla qaşlılıqlı əlaqədə fəaliyyət göstərir.

Kapital bazarının tərkib hissələrindən biri olan qiymətli kağızlar bazarının funksiyasını ayırmaq üçün əmtəə bazarı və maliyyə bazarı arasında kapitalın hərəkətlərinin mahiyyətini və mexanizmini müəyyənləşdirmək lazımdır. Sonuncu halda sadəcə maliyyə bazarında deyil, qiymətli kağızlar bazarında fəaliyyət göstərən kapitalın problemini ayırmaq lazımdır.

Ümumi şəkildə qiymətli kağızlar bazarı - iştirakçıların qiymətli kağızlar buraxılışı və tədavül zamanı yaranan iqtisadi münasibətlərin əsası kimi qiymətləndirmək olar. Bütün qiymətli kağızların pul kapitalından törəmədiyini nəzərə alaraq qiymətli kağızlar bazarını bütövlükdə maliyyə bazarına aid etmək düzgün olmazdı. О halda ki, qiymətli kağızlar bazarı kapitala olduğu kimi pula əsaslanır, fond bazar adlanır, məhz bu keyfiyyətdə о maliyyə bazarının əsas tərkib hissəsi kimi çıxış edir.

Qiymətli kağızlar bazarının ümumbazar funksiyalarına aiddir:


  1. Kommersiya funksiyası

  2. Qiymət funksiyası

  3. İnformasiya funksiyası

  4. Tənzimləyici funksiya

Qiymətli kağızlar bazarının səciyyəvi funksiyalarına isə aiddir:

  1. Yenidən bölgü

  2. Maliyyə və qiymət risklərinin sığortası funksiyası

Qiymətli kağızlar bazarının əsas hissəsi müəyyən bazarda ticarətin üsuludur.Bu nöqteyi nəzərdən qiymətli kağızlar bazarının tərkibində aşağıdakı bazarları qeyd etmək olar:
1.Birinci və ikinci dərəcəli i
2.Təşkil olunmuş və təşkil olunmamış

3.Birja və birjadankənar

4.Ənənəvi və kompyuterləşdirilmiş

5.Kassa və təcili

İnkişaf etmiş ölkələrin qanunvericiliyində qiymətli kağızlar bazarı səhm və qiymətli istiqrazların hərəkəti kimi verilir. Bütün digər qiymətli kağızlar diskont bazarını təşkil edir.

Qiymətli kağızlar bazarının formalaşması üçün aşağıdakılar təmin olunmalıdır:



  1. emitent və investorların sayının artırılması;

  2. qiymətli kağızların hərəkətini və infrastrukturunu reqlamentləşdirən normativ sənədlərin öyrənilməsinin təşkili;

  3. qiymətli kağızlarla aparılan əməliyyatların nəzarətdə olması;

QKB iqtisadi sahələrə vəsaitlərin cəlb edilməsinə təkcə yeni gəlirlərin əldə edilməsi deyil, həm də əvvəllər qazanılmış gəlirlərin qorunub saxlanması və artırılması məqsədini daşıyır.Qiymətli kağızlar bazarının köməyi ilə əsas iqtisadi operatorlar arasında: əmtəə və xidmət istehsalçıları ilə müəssisələr arasında, maliyyə vasitəçiləri ilə kredit institutları, banklar, sığorta şirkətləri, fond birjaları arasında əlaqələr daha da güclənir.

Qiymətli kağızlar bazarı ilə əlaqədar aparılan təhlilləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə maliyyə bazarının tərkib hissəsi kimi qiymətli kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatı sistemli ölkələr üçün bu bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir.
Yüklə 16,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin