Açar sözlər: “Çəhrayı tayfı”, “Qara kişmişi”, üzüm, sort, keyfiyyət, şəkər.
Süfrə üzümü faydalı qida kimi həmişə insanların diqqətini cəlb etmişdir. Bunu nəzərə alaraq biz üzümün soyuducuda uzun müddət itkisiz və keyfiyyətli qalmasını öyrənib, bu sahədə təsir mexanizmi kimi üzüm giləsinin şəkərliliyinin üzümün soyuducuda qalmasına necə müsbət təsirini öyrənməyi qarşıya qoyduq.
Azərbaycan qədim üzümçülük diyarıdır. Akademik V.A. Коморов qeyd edir ki, mədəni üzümün mənşəyini yabanı üzüm olan yerlərdə axtarmaq lazımdır. Azərbaycanın Göy-göl, İsmayıllı, Quba, Qəbələ, Naxçıvan MR, əyalətlərində indi də yabanı üzüm tənəklərində rast gəlinir.
М.И. Вавилов A.M. Негруль Azərbaycan ərazisində 4-5 min il bundan əvvəl üzümün olması barədə fikir söyləmişlər [1]. Üzərində yabanı üzüm yarpağı şəkili həkk olunmuş daş yuxarı polisen layında 5 yüz min il bundan əvvələ təsadüf edir. Bu daş Naxçıvan ərazisində Araz çayı sahilində tapılmışdır.
Eramızdan əvvəl 2-ci minillikdə Aşur kitabələrində Midiyada alınan vergilər sırasında şərab vergisinin də adı çəkilir. Məşhur coğrafiyaşünas Strabon eramızdan əvvəl 1-ci minillikdə Azərbaycan təbiətindən bəhs edərkən qeyd edir ki, burada üzüm tənəklərini qış üçün basdırmırlar, tənəklər 3-5 ildən bir budanır. Yeni salınan üzüm tənəkləri 2-ci ili məhsul verir. Tənəklər o qədər məhsul verir ki, məhsul tam yığılmadan tənəyin üstündə qalır.
“Kitabi Dədə Qorqud” dastanında işlədilən “Arı könüldə pas olsa şərab açar”, “Altun qədəhlərdə şərab içirlər” kimi ifadələrin qeyd olunmağı o dövrdə yerli əhalinin üzümçülüklə məşqul olmasına sübutdur. Hələ qədim zamanlarda xalq arasında yazılmış iki misralıq beyit:
Səbrlə halva bişər ey qora səndən
Bəsləsən atlas olar tut yarpağından
Yerli əhalinin üzümə münasibətinə əyani misaldır. Qeyd olunan bir çox tarixi faktlarla yanaşı Alban tarixçisi Movses Kalankatlı VII əsrdə, Ərəb Coğrafiyaşünas Əl müqəddəsi X əsrdə, Ərab alimi Məsud İbn Hamdar XII əsrdə, Səfəvi tarixçisi İskəndər bəy Munsi XV- XVI əsrdə, Alman alimi Adam Oları XVI- XVII əsrdə, Fransız səyyahı Jan Şarder XVI-XVII əsrdə, XVIII əsrdə aid olan “Dəftəri müfəssəl sancağı Naxçıvan” qaynağında tarixçi Ş.Y. Şopen 1829-32-ci illərdə Ordubadda 92 hektar üzüm bağı olmasını və Azərbaycan ərazisində yerli əhalinin üzümçülük və şərabçılıqda məşqul olmasını qeyd etmişdir.
Qədim Roma tarixçisi Ammian Marsellin xəbər verir ki, yüksək dağ silsiləsinin ətəklərində yaşayan əhali bir üzümlə, bir də taxılçılıqla məşqul olurlar.
Azərbaycana gəlmiş ərəb səyyahı Əbü Düləfin məlumat verir ki, “Bəzz qalasının yanında Araz çayı axır. Bu çayın axını boyunca bol üzüm yetişdirilir. Üzümü təndirdə qurudurlar, çünkü bu yerlərdə dumanın çoxluğundan günəş az olur. Aran və Şirvan haqqında məlumat verən ərəb alimi İbn Havqal da Dərbənd tərəfdə çoxlu üzüm bağının olması barədə məlumat verir. Onun məlumatına görə Dərbəndlə Səməndar şəhəri arasında 50 min üzüm tənəyi olmuşdur. Müəllif bir maraqlı məlumat verir ki, “Azərbaycanda kişmiş və başqa yeməli şeylər çox ucuz, demək olar ki, havayıdır”.
Yaxın Şərq və Avropa ölkələri ilə ticarət əlaqəsi olan qədim Azərbaycan digər mallarla yanaşı kişmiş, sucuq, doşab, sirkə və mövüc də ixrac edirdi.
Rus səyyahı A. Никитин Hindistana gedərkən Azərbaycandan keçmişdir. О, xatirələrində Azərbaycanın zəngin iqtisadi imkana malik olmasından söz açmışdır. Bakıda şəhər qalasının ətrafındakı torpaqların qeyri-münbit olması və Abşeronun şimal tərəflərində üzüm becərilməsini təsvir etmişdir.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Göyçay, Şamaxı, Bakı, Gəncə, Qazax, Cavad, Ərəs, Cavanşir qəzaları Aəzrbaycanın əsas üzümçülük zonaları hesab edilirdi. Bəzi məlumatlara görə 1897-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 13%-i Gəncə quberniyasında olmuşdur.
Sovetlərin hakimiyyətə gəlməsi ilə əlaqədar başqa sahələrdə olduğu kimi üzümçülük sahəsində də struktur dəyişikliyi olmuşdur [2]. Kiçik, xüsusi mülkiyyətdə olan üzümlüklər və üzüm emalı müəssələri milliləşdirilərək iri, “Azərşərab”, “Qarşərab”, “Naxşərab” şərab-spirt trestləri yaranmış və bu kooperativlərdə iri üzümçülük təsərrüfatları yaradılmışdır. Belə sistemləşdirmə nəticəsində 1913-cü ildə Azərbaycan ərazisində 23,9 min hektar üzüm bağı və 50 min ton üzüm istehsal edildiyi halda, 1940-cı ildə üzümlüklərin sahəsi 33 min hektara, üzüm istehsalı isə 81 min tona çatdırılmışdır. Böyük Vətən Müharibəsi dövrü üzümlüklərin sahəsi 1941-45 illərdə 10 min hektar, üzüm istehsalı 28 min ton azalmışdır.
Azərbaycanda 1963-cü ildə Üzümçülük və Şərabçılıq komitəsinin yaradılması ilə əlaqədar olaraq ixtisaslaşmış üzümçülük təsərrüfatları yaradıldı. 1964-cü ildə üzümlüklərin sahəsi 75 min hektar, üzüm istehsal 62 min ton olduğu halda 1969-cu ildə bu rəqəm müvafiq olaraq 119 min hektar, 272 min tona çatmışdır. Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin xüsusi xidməti olmuşdur. Belə ki, Azərbaycan KPMN və Sovetinin 16 noyabr 1971-ci ildə “Azərbaycan SSR-də üzümçülüyün gələcəkdə inkişaf etdirilməsi tədbirləri” haqqında qəbul edilən qərara əsasən, 1975-ci ilədək Respublikada 100 hektar yeni üzümlük salınmağı və üzüm istehsalını 700 min tona çatdırmaq nəzərdə tutulmuşdur. H.Əliyevin təşəbbüsü ilə SSRİ MR və Nazirlər Sovetinin Azərbaycanda üzümçülüyün inkişafına dair 4 qərarı olmuşdur.
Üzümçülük və şərabçılığın inkişafında çox mühüm rol oynayan 22 fevral 1979-cu il Sov.MR və Nazirlər Sovetinin qərarı sayəsində sahədə mühüm yüksəliş olmuşdur. Bu qərara əsasən 1979-86 illərdə 190 min hektar sahədə yeni üzümlüklər salmaq, üzüm istehsalını 2,5-3 milyon tona çatdırmaq nəzərdə tutulmuşdur. Bu intensiv inkişaf nəticəsində 1984-cü ildə üzümlüklərin sahəsi 284,1 min hektara, üzüm istehsalı 2126 min tona çatmışdır.
Azərbaycanda üzümçülük və şərabçılığın sürətlə inkişafı və bununla belə əhalinin rifah halının yüksəlməsi, bir sözlə iqtisadi qüdrətimizin artması və Respublikanın çiçəklənməsi bədxah qonşumuz Ermənistanda və onların təsiri altına düşən havadarları M.C. Qorbaçovda ikrah hissi oyatmış və SSRİ rəhbərinin 1985-ci ildə verdiyi qərəzli qərar əsasında Azərbaycanda üzümlüklər sökülməyə başlandı. Eyni vaxta Azərbaycanın Rusiyadakı əsas şərab satışı bazarı bağlandı. Moskvadan göstəriş oldu ki, Azərbaycanda bir neçə il yığılıb qalan milyon tonlarla şərab Ufa şəhərinə donuzyemi kimi pulu ödənilmədən göndərilsin.
Beləliklə üzümlüklərin sahəsi 1984-cü ildəki 284.1 min hektardan 1991-ci ildə 171 min hektara, üzüm istehsalı isə müvafiq olaraq 2126.1 min tondan 1125 min tona endi. Üzümçülüyün və şərabçılığın inkişafı bu münvanla bazar olmadığından getdikcə azalmağa başladı. Yalnız Respublika rəhbərliyinin bu sahəyə diqqəti sayəsində 19 noyabr 2001-ci ildə Milli Məclisin “Üzümçülük və Şərabçılıq haqqında” Qanun qəbul etməsi Respublikanın Prezidenti H.Əliyevin bu barədə qərarı sayəsində yeni üzümlüklər salınmağa başlandı və sökülüb dağılan şərab emalı müəssələri bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət proqramı” haqqındakı fərmanı inkişafda olan üzümçülük və şərabçılıq sahəsində çox böyük təkan olacaqdır.
Respublika Statistika komitəsinin 1910-cu il üçün məlumatına görə üzümlüklərin sahəsi 15,4 min hektar, üzüm istehsalı 129,5 min ton olmuşdur [3]. Üzüm həm qida, həm də nüalicəvi məhsul olduğundan dünya miqyasında onun inkişafına həmişə diqqət olmuşdur. Belə ki, 1999-cu ilin məlumatına görə dünyada üzümlüklərin sahəsi 7852 min hektar, məhsul istehsalı 608390 ton-a bərabər olmuşdur. Dünyada istehsal olunan məhsulun 10% təzə halda, 6% qurudulmuş halda, 84%-isə şərab emalına göndərilir. Dünya üzümünün 72% Avropada, 13% Asiyada, 9% Amerikada, 5% Afrikada, 1% isə Avstraliya Okeanologiyada yerləşir. Ən çox üzüm sahəsi dünyanın 21 dövlətində cəmlənmişdir. Ən çox İspaniyada 1.633 min, İtaliyada 1.108 min, Fransada 1.050 min hektar üzümlük vardır. Bu rəqəm Türkiyədə 794 min-ə bərabərdir. Qida maddəsi kimi insanın qida balansında xüsusi yer tutan yetişmiş üzümün tərkibində 65-85% su, 35%-ə qədər qlükoza və fruktoza, 05-1.4% üzvü turşular (çaxır, alma və s.), 0,3-0,5 mineral maddələr (kalium, kalsium, fosfor, dəmir) və bəzi vitaminlər vardır. Üzüm məhsulundan müalicə məqsədilə də istifadə edilmişdir.
Yoluxucu xəstəliklərin, bakteriyaların məhvində, duzlaşmanın qarşısının alınmasında, bağırsaq və qara ciyərdə zəhərli maddələrin zərərsizləşdirilməsində, qanda sidik cövhərinin azaldılmasında, poliartiritdə, ürək, mədə, böyrək xəstəliklərində, qan azlığında maddələr mübadiləsinin pozulmasında, vərəmin ilk mərhələsində, həmçinin köməkçi maddə kimi xroniki bronxitin, plevritin, bronxit asmanın müalicəsində və üzüm məhsulu olan naturozadan sinir sisteminin pozulmasında istifadə edilir.
Vaxtilə XIII əsrdə Ordubadda “Şəfa” müalicəxana fəaliyyət göstərib ki, burada üzümlə müalicə aparmışlar. Professor Herpikin məlumatına görə üzüm şirəsi ən çox ana südünə yaxın olduğundan inkişafdan qalmış uşaqlar üzüm şirəsi ilə müalicə olunmuşlar.
Üzüm məhsulunun qiymətli bu xüsusiyyətləri süfrə üzüm sortlarında cəmlənmişdir. Beynəlxalq üzümçülük və Şərabçılıq təşkilatı 1955-ci ildə sesiyada qərar qəbul etmişdir ki, “Süfrə üzümü təzə halda istifadə olunmaq üçün xüsusi üzüm sortlarının məhsuludur”.
Bunu nəzərə alaraq biz Xələc qəsəbəsi ərazisində “Hacı Ələddin fermer MMC_də 100 hektar bar verən məhsuldar üzüm bağında çox qiymətli süfrə üzümü sortları “Çəhrayı tayfı” və Qara kişmişi “sortlarından” üzümü uzun müddət saxlamaq üçün məhsulu hansı şəkərlikdə yığmaqla saxlayıcıda keyfiyyətli məhsul saxlamağın texnologiyasını öyrənmək üçün təcrübə apardıq.
Professor A.M. Neqrulun təliminə görə hər bir adam bir ildə 25 kq üzüm yeməlidir. Belə miqdar üzümü tənəyin üstündən dərməklə istifadə üçün vaxt çox azdır. Yəni 15-20 günə bu istifadə çətindir. Ona görə də üzümü saxlayıcıya qoyub bu normanı adamlara çatdırmaq olar. Saxlayıcıda məhsulu hansı şəkərlikdə yığmağın mühüm rolu vardır.
Ona görə də biz “Çəhrayı tayfı” və “Qara kişmişi” sortları olan sahədən 4 variantda müxtəlif şəkərlikdə məhsul yığıb saxlayıcıya qoyduq.
Təcrübə Xələs qəsəbəsində “Hacı Ələddin fermer MMC” təsərrüfatında qoyulmudur. Elmi tədqiqat işləri Ukrayna Aqrar Elmi Akademiyasının 2004-cü il metodiki təlimatına uyğun olaraq aparılmışdır.
Dostları ilə paylaş: |