Variantlar:
1.Şəkərlik – 16% fon (təsərrüfatda qəbul olunan)
2. Şəkərlik – 18%
3. Şəkərlik – 20%
4. Şəkərlik – 22%
Hər varinat üçün nümunə məhsulu 20-25 eyni gücə malik tənəklərin orta hissəsindən 3-4, çəkisi 7-8 kq olan taralara yığılır və soyuducuya qoyulur [4]. Bütün variantlar üçün məhsul sentyabr ayının 1-30 tarixi arasında yığılır. Hər variant üçün 4 təkrarda təklərdən yığılan məhsul nümunə üçün istifadə edilir. Soyuducuya qoyulan 4 təkrardan 1-i biokimyəvi analiz, 3-ü isə saxlamada itkini və keyfiyyəti müəyyən etmək üçün istifadə edilir. Alınan nəticələr cədvəldə göstərilmişdir.
Cədvəldən görünür ki, hər iki sortda saxlayıcıda itki ilk aylarda az, sonrakı aylarda isə itki və zay olma çoxalır. Gilənin saplağı və salxımın darağı soyuducuya qoyulan ilk vaxtlarda yaşıl olduğundan gilə saplağın oyuğundan içərisindəki suyu az buxarlandırır. Saplaq və daraq quruyandan sonra buxarlanma çoxalır və məhsulun çəkisi azalır. Şəkərlik çox olan gilələrdə su az olduğundan buxarlanma az olur və çəkidə az itir.
Cədvəl 1. Soyuducuda süfrə üzümünün keyfiyyətli saxlanmasında gilənin şəkərliyinin təsiri
Dostları ilə paylaş: |