Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107107
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
Karguzarliqın-təşkili

T

əlimat müəssisənin xüsusi tərəfini, onun quruluş bölmələrini, vəzifəli şəxslərini 

v

ə  vətəndaşların  fəaliyyətini  tənzimləyən  qaydaların  təyin  olunması  məqsədi  ilə  dövlət 



idar

əetmə orqanları tərəfindən verilən hüquqi akta deyilir. O, dövlət idarəetmə orqanları 

t

ərəfindən tərtib edilir və danışıqsız yerinə yetirilmə məsələlərini tənzimləyən aktdır.  




T

əlimatin ən mühüm cəhəti onun xüsusi əmrlə və ya idarə rəhbərinin imzası ilə 

t

əsdiq  olunmasıdır.  Əmrdə  və  təlimatın  özündə  onun  qüvvəyə  minməsi  göstərilir  və 



əvvəlki təlimatlar öz qüvvəsini itirmiş hesab edilir. Təlimatların iki növü vardır: birtipli və 

f

ərdi. Nizamlanmasından asılı olaraq təlimatlar uzunmüddətli fəaliyyət göstərirlər. Fərdi 



t

əlimatlar  konkret  idarə  üçün hazırlanır  və  onun  rəhbəri  tərəfindən  təsdiq  edilir.  Vəzifə 

t

əlimatları  da  fərdi  təlimatlara  aiddir,  burada  vəzifəli  şəxslərin  əsas  vəzifələri,  qarşılıqlı 



əlaqələri  və  cavabdehliyi  müəyyənləşdirilir.  Təlimatlar  vəzifə,  təhlükəsizlik  texnikası, 

müəyyən  avadanlığın  istismar  edilməsi  qaydaları  haqqında  ətraflı  məlumatlar  verir  və 

bunlardan istifad

ə qaydası göstərilir. Vəzifə borclarını yerinə yetirmək üçün tərtib olunan 

t

əlimatlar  daha  geniş  istifadə  edilir.  Məsələn,  "mühəndis  -  texniki  işçilər  üçün  təlimat", 



"m

əsul  işçilər  və  qulluqçular  üçün  tə'limat".  Bu  təlimatlar  vasitəsilə  onların  vəzifələri 

aydınlaşdırılır.  Təlimatın  aşağıdakı  rekvizitləri  vardır:  nazirliyin  və  müəssisənin  adı, 

t

əsdiqetmə  qrifı,  sənədin  adı,  indeksi,  tarixi,  hazırlanma  yeri,  başlığı,  məzmunu,  imza. 



T

əlimatın məzmunu bölmələrə, yarım- bölmələrə ayrılır. 

Qaydalar  t

əşkilati  xüsusiyyət  daşıyan,  bir  işin,  davranışın  gedişini  tənzimləyən 

v

ə  həyata  keçirilməsini  tələb  edən  xidməti  sənəddir.  Məsələn,  "Daxili  əmək  intizamı 



qaydaları",  "Sənədləri  arxivə  təhvil  vermək  qaydaları"  və  s.  Məzmununa  və  tərtibatına 

görə qaydalar təlimatlara oxşardır və bəzən onun ayrılmaz bir hissəsi sayılır. Məsələn, 

göndərilən sənədlərin rəsmiləşdirilməsi qaydaları kargüzarlıq haqqındakı təlimatda  əks 

olunur.  Qaydaların  aşağıdakı  rekvizitləri  vardır:  təsdiqetmə  qrifi,  sənəd  növünün  adı, 

başlıq,  tarix,  mətn,  imza.  Qaydaların  mətni  bölmələrə  və  yarımbölmələrə  ayrılır. 

Qaydalar hüquqi sənəd sayılır və aidiyyəti olanlar üçün məcburi ola bilər. Qeyd etmək 

lazımdır ki, qaydalarda təlimata oxşar təkliflər, metodiki göstərişlər, yaddaşlar da verilir 

ki,  bunlar  da  eyni  hüquqi  qüvvəyə  malikdirlər.  Ona  görə  də  bütün bunları  cəmləşdirib, 

hamısına birlikdə təlimat adı vermək olar. Qaydalar normativ aktlarla təsdiq oluna bilər. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin