Kargüzarlıq işçilərinin ümumi vəzifələri.
K
argüzarlıq təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar
s
ənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
Buna
əsasən, təşkilatlarda kargüzarlığın aparılması, deyildiyi kimi, dəftərxana
v
ə ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (kargüzarlıq xidməti)
t
ərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən hüquqi sənədlərin tələblərinə
riay
ət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir.
Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:
1. daxil olan s
ənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və
icraçılara çatdırmaq;
2. s
ənədləri göndərmək;
3. s
ənədlərin icra müddətinə nəzarət etmək;
4. icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
5. s
ənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata
keçirmək;
6. s
ənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək;
7. s
ənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
8. kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə təşkilatın bütün
f
əaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarlann
peşə hazırlığını artırmaq;
9. tabe t
əşkilatlarda kargüzarlığm aparılmasına nəzarət etmək.
İdarəetmədə kargüzarlığın roluna görə bütün dövlət orqanlarında işləyən
qulluqçular aşağıdakı qruplara bölünür:
1. Əsas vəzifəsi kargüzar olmayan, lakin bu əməliyyatla əlaqədar iş aparan
qulluqçular (müəssisənin rəhbəri, mütəxəssislər və s.);
2. Kargüzarlıq üzrə ixtisaslaşdırimış texniki qulluqçular (katiblər, katibələr
makinaçılar və s.);
3. Kargüzarlığı təşkil edənlər (dəftərxana rəhbəri, müfəttişlər və s.).
Kargüzarlıq işçiləri və qulluqçularının vəzifələri vahid vəzifə nomenklaturası ilə
müəyyən edilir. Qulluqçuların vahid vəzifə nomenklaturasına əsasən müəssisədə
kargüzarlıq xidməti işçilərinin vəzifələri aşağıdakı kimi müəyyən edilir:
ümumi şöbənin müdiri; dəftərxana müdiri; dəftərxana müdirinin müavini; katiblik
xidm
əti; kargüzar; rəhbərin köməkçisi; kollegiyanın katibi; metodist; arxiv müdiri;
koordinasiya r
əhbəri; redaktor; korrektor; müfəttiş; katib - stenoqrafıst; katib - kargüzar;
kompyuter-
makinaçı; çapar; kadr kargüzarlığının rəisi; kuryer - menecer və s.
Dostları ilə paylaş: |