NƏTİCƏ
Bu tədqiqatımızın sonunda qiymətli oxucuya aşağıdakı məsələləri xatırlatmaq istəyirəm:
Birinci məsələ. “Əhli-sünnə vəl-cəməa” ifadəsinin aydınlaşması əsrimizdə çox əhəmiyyətli və vacib bir işdir. Çünki əhli-sünnəyə mənsub olmaq iddialarını bu əsrdə çox görmək olar. Bu iddia sahibləri əksəriyyət etibarı ilə əhli-sünnə əqidəsini, inanc əsaslarını bilməməklə yanaşı, sünnəyə uyğun olaraq da əməl etməzlər. Hətta etiqadi məsələlərdə, yaxud onların bir hissəsində əhli-sünnəyə müxalifət edənlər də özlərini əhli-sünnə kimi tanıdırlar. Tələsik yazdığım bu tədqiqat işi, məqsədi tam şəkildə gerçəkləşdirməyə imkan vermir. Bu, elmi öyrənən tələbələrin və tədqiqatçıların çalışmalarını artırmağını istədiyim bir mövzudur. Çünki dəyərli elm adamlarımızın və müəllimlərimizin də bu məsələdə çalışmaları lazımdır. Beləliklə bu məsələ gərək lazım olan şəkildə araşdırılsın, layiq olduğu çalışma və açıqlamalar aparılsın.
İkinci məsələ. Dəvət bayrağını özü ilə gəzdirən, İslamın bayrağını uca tutan “əhli-sünnə vəl-cəməa”nı Uca Allah İslama və müsəlmanlara faydalı etmişdir. Bir çox müasir firqələr, çağırışçılar və hərəkatlar özlərini bu ada mənsub etsələrdə onların üsulu keçmiş əməli salehlərin üsulundan fərqlənir. Fikrimcə bunların əksəriyyəti hələ sünnə bayrağını - sələfin nəzdinə görə elm, əməl, həyat tərzi və üsul olduğu kimi - yüksəldə bilməmişdir. Bu mənada müasir çağırışçıların əksəriyyəti üsulda əhli-sünnə vəl-cəməa məzhəbinə əsaslanmır. Bunlar aydın və açıq bir şəkildə keçmiş əməlisalehlərin üsulunu özlərinə bir metod olaraq götürməmişlər. Bu hərəkatların arasında sələfin yolunu bilən və ona lazım olduğu kimi əməl edən insanlar da ola bilsin var. Lakin elmi və əməli istiqamətlərdə hələ irəliliyə bilməmişlər. Mən bu münasibətlə elm tələbələrinə və dəvətçilərə - onlar nəsihət almağa ən layiq olanlardır - bu məsələyə haqqını vermələrinin lazım olduğunu xatırlayıram. Çünki bu məsələ, məna və mahiyyət etibarı ilə sözün əsl mənasında sələf yolunun əsasıdır.
Üçüncü məsələ. Bütün müsəlmanlara bunu xatırladıram ki, sünnədə keçmiş əməlisalehlərin üsuluna qayıtmadıqları müddət ərzində bidət, nəfsin istəyi və sonradan uydurma şeylərdən azad olmadıqca izzətli olmaları, zəfər çalmaları və inkişaf etmələri mümkün deyildir. Qeyd edilən bidət, nəfsin istəyi və sonradan uydurulan şeylər müsəlmanların əksəriyyətinin ürəklərini və əməllərini qaraltmışdır. Hələ sufi təriqətlər, bidət firqə və qruplarla köhnə və yeni bütün istiqamətlər, bunlara möhkəm sarılmışdır.
Axırda Uca Allahdan özümə və bütün müsəlmanlara köməyini, İslama zəfər nəsib etməsini, azmış müsəlmanları haqqa və doğru yola qaytarmasını dua edirəm.
Allahın salavatı və salamı, bərəkətləri elçisinə, Peyğəmbəri Məhəmmədə, onun ailə üzvlərinə və əshabələrinə olsun...
MÜNDƏRİCAT
ÖN SÖZ 3
BİRİNCİ HİSSƏ: «SÜNNƏ» ANLAYIŞI
Lüğətdə “sünnə” anlayışının mənası 6
Qurani-kərimdə «sünnə»nin bəzi mənaları 7
Sünnədə “sünnə”nin bəzi mənaları, əshabələrə
və keçmiş əməlisalehlərə görə sünnə ifadəsi 9
İKİNCİ HİSSƏ: “CƏMƏA” ANLAYIŞI Lüğətdə “cəməa” anlayışının mənası 25
Dini ifadə olaraq “cəməa” 26
“Cəməa” ifadəsindən kənarda qalanlar 36
ÜÇÜNCÜ HİSSƏ: “ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞI
“Əhli-sünnə vəl-cəməa” anlayışının mənası. 38
“Əhli-sünnə vəl-cəməa”ya bu adın verilməsinin səbəbi 39
NƏTİCƏ 46
YAŞAR QURBANOV
(Yaşar Arzuman oğlu Qurbanov)
Sünnə və Cəməa anlayışı Bakı, «Adiloğlu» nəşriyyatı, 2003, 48 səh.
Yığılmağa verilmişdir: 27.05.2003
Çapa imzalanmışdır: 19.06.2003
Kağız formatı: 60x84 1/16
Hesab nəşriyyat həcmi: 2.5 ç.v
Sayı: 500
Sifariş: 168
Kitab “ADİLOĞLU” MMC-nin mətbəəsində
hazır diapozitivlərdən istifadə etməklə çap olunmuşdur.
Ünvan: Bakı şəh., Ü.Hacıbəyov 38/3
Tel., 98-68-25
Dostları ilə paylaş: |