Seysmik diaqnozun mahiyyəti haqqında Biz seysmik proqnoza qarşı qoyduğumuz seysmik diaqnoz dedikdə nəyi nəzərdə tuturuq? Hər bir
mühəndis qurğusu və bina müəyyən məkanda yerləşir. Məkanla qovuşmuş olur. Biz buna mühəndis
dilində qrunt, yaxud bürüyən mühit deyirik. Seysmik təsir bina və qurğuya həmin məkan–qrunt layları
vasitəsilə mühitdə yayılan zəlzələ dalğaları ilə verilir. Həmin qrunt laylarının kinematik
(deformasiyalar və yerdəyişmələr, sürət və təcillər) və dinamik parametrləri (tezliklər, periodlar,
sönmə dekrementləri) öncədən məlum olarsa, həmin məkanda dözümlü–zəlzələyə davamlı bina və
qurğular yerləşdirmək olar. Bunun üçün məkanın xarakteristikaları tapılır, biz onu, demək olar ki,
dəyişdirə bilmərik, o, təbiətin verdiyidir. Bu parametrlər bəlli olduqdan sonra həmin məkanda
qoyacağımız bina və qurğuların kinematik və dinamik xarakteristikalarını tapıb, bunu istədiyimiz kimi
idarə edə, dəyişdirə bilərik, bu, mühəndisin sərəncamında olan işdir. Belədə qrunt layının (məkanın)
parametrləri ilə qurğunun (binanın) parametrlərini fərqli götürməklə bina və qurğumuzun zəlzələ
təsirinə davamlı olmasını təmin edə bilərik. Biz bu anlayışa “seysmik diaqnoz” adı qoymuşuq.
Göründüyü kimi, seysmik diaqnoz qoymaq, mahiyyət etibarı ilə, olduqca mürəkkəb texniki
məsələdir. Burada çətin başa gələn hesablamalar aparmaq lazımdır. Bu, ancaq bizim zamanımızda,
kompüter əsrində mümkün olmuşdur.
Biz bu tədqiqat işini layihə təşkilatı olan “S.MODUS” MMC-də (elmi məsləhətçisi T.X. Əliyev,
baş konstruktoru S.M.Şahbəndəyev) aparmışıq. Orada alman texnologiyası olan kompleks universal
müasir komüter proqramı (İng+)-la bu hesablamaları və layihələndirməni həyata keçirmişik. (İng+)
proqramı almaniyada hazırlanmış, bir sıra ölkələrdə, o cümlədən, Rusiyada sertifikat almışdır. S.M.
Şahbəndəyev firmanın baş konstruktoru olmaqla Moskvada alman mütəxəssislərinə imtahan verərək
bu proqramı mənimsədiyi barədə sertifikat almışdır. (İng+) proqramı sonlu elementlər üsulu əsasında
yer qabığını və qurğunu modelləşdirərək istənilən təsirə, o cümlədən, zəlzələ qüvvəsinə görə
hesablamağa imkan verir. Olduqca mürəkkəb təbiətli, dəyişkən, qeyri-stasionar prosesdən yaranan
zəlzələ qüvvəsi, mahiyyətcə, ətalət (inersiya) qüvvəsidir. Bu qüvvə isə Nyutonun ikinci qanununa görə
kütlə ilə təcilin hasilinə bərabərdir:
t ÿ m S
(1)
Burada S-lə seysmik qüvvəni, m-lə qurğunun kütləsini, ÿ(t) ilə seysmik təcili işarə etmişik.
(1) ifadəsindən göründüyü kimi, zəlzələ qüvvəsi (S) iki parametrdən asılıdır: kütlə və təcil. Kütlə
sabit parametrdir, bina və qurğunun çəkisindən (Q) doğan kütləsidir (
g Q m
, Q-binaın çəkisi, g-
sərbəstdüşmə təcilidir).
Deməli, binaya təsir edəcək zəlzələ qüvvəsinin bir parametri (onun çəkisindən doğan kütlə)
həmişə potensial təhlükə kimi mövcuddur. Həmin potensial təhlükə zəlzələnin baş verib təcil
yaratmasını gözləyir ki, binaya zəlzələ təsiri verilsin. Buradan da seysmik diaqnoz dediyimiz anlayış
bir mənada özünü göstərir ki, seysmik yükü azaltmaq istəyiriksə, layihələndirmə zamanı bina və
qurğunun çəkisini azaldan tədbirlər görməliyik. Bu, mühəndisdən böyük yaradıcılıq tələb edir. İlk
139
növbədə qurğu səmərəli olmalıdır ki, artıq çəkidən azad olsun. Həmçinin münasib inşaat materialı
seçilməlidir ki, yüngül və davamlı olsun.
Zəlzələ qüvvəsinin əsas komponenti, əlbəttə, seysmik təcildir [ÿ(t)]. Onu adekvat tapmaq cox
çətin problemlərdən biridir. Vaxtilə biz (1967-ci il) seysmik təcili mürəkkəb seysmik impuls olan
Berlage impulsu vasitəsilə tapmışıq [Əliyev, 1994]. Berlage impulsunun seysmik yükə adekvat olması,
digər impulslardan fərqli olaraq, onun zaman (t) vuruğuna malik olmasıdır: