96
Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən
başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq,
dəyən zərərin əvəzi ödənilir.
1.2. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən
əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:
istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanun-
vericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və
yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına
əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin
baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud pe-
şə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının
(TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.
1.3. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə
nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə
tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in
rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki
əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi
ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək
,
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən
edildiyi vaxtadək ödənilməlidir.
1.4. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq
istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək
qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi
əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini),
əlillik qrupunu
, sağlamlıq imkanları məhdudluğunu və habelə
səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri
(qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi
xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.
Dostları ilə paylaş: