95
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 9 yanvar tarixli,
3 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak
olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi
qaydaları, şərtləri və məbləği
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təh-
lükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəl-
ləsi ilə tənzimlənir.
Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəl-
ləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticə-
sində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak
olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydalarını,
şərtlərini və məbləğini müəyyən edir.
İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsin-
də sağlamlığı pozulduqda və ya
bu səbəbdən həlak olduqda
(bundan sonra – istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin
təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar
(bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə
dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsu-
liyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına,
büdcədən maliyyələşdirilən müəssisələrdə
isə büdcə vəsaiti,
yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.
Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun
itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olma-
dıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq
aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə
çəkdiyi xərclər ödənilir.
96
Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən
başqa, zərərçəkənin günahının dərəcəsindən asılı
olmayaraq,
dəyən zərərin əvəzi ödənilir.
1.2. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən
əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:
istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanun-
vericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və
yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına
əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin
baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud pe-
şə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının
(TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.
1.3. Təqsirkar işəgötürən
istehsalatda bədbəxt hadisə
nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə
tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in
rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki
əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi
ödəyir. Bu fərq işçinin əmək
qabiliyyəti bərpa olunanadək,
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən
edildiyi vaxtadək ödənilməlidir.
1.4. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq
istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək
qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi
əmək qabiliyyətinin)
itirilmə müddətini, dərəcəsini (faizini),
əlillik qrupunu
, sağlamlıq imkanları məhdudluğunu və habelə
səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri
(qüvvəli yeməklər,
protezlər, kənar şəxsin ona göstərdiyi
xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.
Dostları ilə paylaş: