3. Zərərə görə ödəncləri almaq hüququna malik
olan şəxslər, ödənclərin ödənilmə müddətləri və
hesablanması qaydası
3.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə
görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respub-
likası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.
98
3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc al-
maq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan
verilir:
zərər çəkmiş işçilərə – istehsalatda əmək xəsarəti
nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən;
işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miq-
darını almaq hüququna malik olan şəxslərə - mərhumun vəfat
etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququ-
nu əldə etdiyi gündən tez olmayaraq.
3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasın-
da götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti alma-
mışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12
təqvim ayı üzrə hesablanır.
Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının
pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi
məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər
vurulanadək zərərçəkən on iki aydan az işləmiş olduğu halda,
orta aylıq əmək haqqı sağlamlığın pozulmasından əvvəlki
faktiki işlənilmiş aylar üçün əmək haqqının ümumi məbləğinin
həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkə-
nin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki
aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, he-
sabdan çıxarılır.
Zərərçəkən peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq
ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haq-
qı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin
dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əv-
vəlki 12 təqvim ayı üzrə hesablanır.
Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərə-
rə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən
orta əmək haqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə
hesablanır.
3.4. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən
zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürü-
99
lən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alın-
mayan ödənclərin siyahısı «Məzuniyyət vaxtı üçün orta əmək
haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan
ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta
əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-
cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsi-
nə uyğun olaraq müəyyən edilir.
Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə
pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyə-
tini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu
vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə
keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdik-
dən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilmə-
sində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübu-
ta yetirildiyi başqa hallarda), onun aylıq əmək haqqı müəyyən-
ləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya
almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır.
18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı
minimum əmək haqqının beş mislindən az ola bilməz.
3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən
zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən
olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum
əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı
zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih
edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesab-
lanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin
təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının
kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı
hesabından müəyyən edilir və göstərilən artım günündən başla-
yaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasın-
da nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta
əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclə-
rin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazir-
100
lər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına
uyğun olaraq müəyyən edilir.
Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı
dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə
müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə
orta əmək haqqından müəyyən edilərək hesablanır.
3.6. 3.3–3.5-ci bəndlərdə göstərilən qaydada təqsirkar
müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerdə
aldığı əmək haqqı hesablanıb ödənilir.
3.7. Ermənistan Respublikasının müəssisələrində əmək
xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın
statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının
hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respubli-
ka üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahə-
lər üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən
edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı
əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Döv-
lət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
3.8. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi
varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini
almaq hüququna malik olan şəxslərə zərərə görə ödənclərin
miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfin-
dən respublikada kənd təsərrüfatı sahəsi üzrə mövcud olan orta
aylıq əmək haqqından müəyyən edilir və hər ilin birinci rübün-
də keçən ilin orta aylıq əmək haqqı əsasında yenidən hesabla-
nır və bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respubli-
kası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödəni-
lir. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və
sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respubli-
kasının Dövlət Statistika Komitəsi tərəfindən Dövlət Sosial
Müdafiə Fonduna təqdim edilir
101
3.9. İstehsalat təlimi (təcrübəsi) keçən dövrdə istehsalatda
əmək xəsarəti alan zərərçəkənlərə və yaxud bu səbəbdən həlak
olmuş şəxslərin zərərə görə ödənc almaq hüququna malik olan
ailə üzvlərinə ödənilməli olan zərərin miqdarı onun öyrəndiyi
peşə (vəzifə) üzrə faktiki orta əmək haqqı, lakin müvafiq tarif
(vəzifə) maaşından aşağı olmamaqla hesablanır. Bu halda
faktiki orta əmək haqqı hesablanarkən bu Qaydaların 3.5-ci
bəndində göstərilən nəzərə alınan və alınmayan ödənişlər
götürülür. Həmin zərərçəkənlərə istehsalat təlimi (təcrübəsi)
keçən dövrdə əmək haqqının verilmədiyi hallarda ödənilməli
olan zərərin miqdarı müvafiq peşə (vəzifə) üzrə tarif (vəzifə)
maaşından aşağı olmamaqla hesablanır.
3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yeni-
dən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin
əvəzini ödəyir.
3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv
olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
zərərçəkənə zərərin əvəzi ödənilir.
3.12. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında ya-
ranan mübahisələr Azərbaycan Respublikasının qanunvericili-
yinə müfaviq olaraq həll edilir.
|