“Təsdiq edirəm”
Qəbələ Peşə məktəbinin
direktoru____________ A.Məmmədov
“___””sentyabr”2015-ci il
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Peşə məktəbi
“Çilingər-santexnik” peşəsi üzrə
194 №-li qrupun
2015-2016-cı tədris ili üçün
TƏRBİYƏ İŞLƏRİNİN
PLANI
Qrupun sinif rəhbəri:
QƏBƏLƏ -2015
“Razılaşdırılmışdır”
Tədris-istehsalat işləri üzrə
direktor müavini__________ C.Rəsulov
“___””sentyabr”2015-ci il
Məqsəd və vəzifələr:
Əsas məqsəd şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafına nail olmaqdır.
-
Hər bi şagirdin potensial imkanlarının üzə çıxarılması üçün mərkəzdə normal psixoloji atmosferin yaradılması;
-
Fəal vətəndaş və vətənpərvərlik mövqeyinin formalaşdırılması;
-
Şagirdin yaradıcılıq potesialının reallaşdırılmasına olan tələblərin inkişaf etdirilməsi;
-
Əməyə şüurlu münasibətin aşılanması;
-
Azərbaycanın inkişafı, mədəni- əxlaqi dəyərlərinin saxlanması işlərinə şagirdlərin cəlb edilməsi;
-
Sağlam həyat tərzinin aşılanması və şagirdin sağlamlığının möhkəmləndirilməsi və saxlanması üçün şəraitin yaradılması.
Vəzifələr
-
Hər bir şagirdin potensial imkanlarının üzə çıxarılmasına kömək edən normal psixoloji mühitin yaradılması;
-
Bizi əhatə edən insanlarla etik davranışların tərbiyə olunması;
-
Müxtəlif situasiyalarda müstəqil qərarlar qəbul etmək bacarıqlarının formalaşdırılması;
-
Şagirdləri əxlaq normalarını başa düşmək və əxlaq məsuliyyətinin formalaşmasına hazırlamaq;
-
Şagird kollektivində qarşılıqlı etimad, etibar və dostluq atmosferinin yaradılması;
1. Təşkilati işlər
1.1.Tədris ili üçün istehsalat təlimi ustası və qrup fəallarının iştirakı ilə qrupun tərbiyəvi iş planını tərtib etmək.
1.2.Şagirdlərin şəxsi işlərini qaydaya salmaq, anket sorğusu keçirməklə, ardıcıl müşahidələr aparmaqla şagirdləri öyrənmək.
1.3.Şagirdləri məktəbdaxili intizam qaydaları, seçdikləri ixtisas üzrə tədris planı və tədris prosesinin qrafiki ilə tanış etmək.
1.4.Qrup fəallarını seçmək.
1.5.Şagirdlərin fərdi xüsisiyyətlərini öyrənərək, onlara ictimai tapşırıqlar vermək.
1.6.Sinif rəhbərinin jurnalını tərtib etmək.
1.7.Nəzəri təlim jurnalını tərtib etmək.
2. Tərbiyə işləri
2.1.Azərbaycanda və dünyada baş verən, müxtəlif sahələri əhatə edən hadisələr barədə qısa məlumatlar vermək.
2.2. Mərkəzin və peşənin ən yaxşı ənənələri haqqında söhbətlər aparmaq.
2.3. Siyasət, iqtisadiyyat və Qarabağ müharibəsi haqqında yığıncaqlar təşkil etmək.
3.Tədris işləri
3.1.Müntəzəm olaraq şagirdlərin dərsə davamiyyətinin və müvəfəqiyyətlərinin uçotunu aparmaq.
3.2.Qrup üzrə dərsə davamiyyəti zəif olan şagirdlərlə əlavə tədbirlər görmək.
3.3.Peşə-ixtisas sahəsində şagirdlərin əlavə bilik və bacarıqlarının üzə çıxarılması sahəsində işlər görmək.
4. Mədəni-kütləvi işlər və əxlaq tərbiyəsi
4.1.Rayondakı mədəniyyət obyektlərinə ekskursiyaların təşkili.
4.2.Mədəni-kütləvi tədbirlərdə davranış qaydaları haqqında söhbətlər aparmaq.
4.3.Qrupun divar qəzetinin tərtibi.
4.4.Kitab müzakirələri təşkil etmək.
4.5.Şagirdlərin doğum günlərini qeyd etmək.
5.Hərbi-vətənpərvərlik və idman tərbiyəsi
5.1.Rayondakı şəhidlər xiyabanına ziyarətlər təşkil etmək.
5.2.Şəhid ailələrinə baş çəkmək.
5.3.İşğal olunmuş torpaqlarımız haqqında söhbətlər təşkil etmək.
5.4.Rayonlarımızın işğal olunma tarixlərini qeyd etmək.
5.5.20 Yanvar, Xocalı soyqırımı, 31 Mart azərbaycanlıların soyqırımı günlərinə həsr olunmuş tədbirlər keçirmək.
5.6.Şagirdlərin boş vaxtlarında idmanla məşğul olmaları üçün söhbətlər aparmaq.
6.Əmək tərbiyəsi
6.1.Müəssisələrin nümayəndələri ilə görüşlər təşkil etmək.
6.2.İstehsalat təcrübəsində şagirdlərin iştirakına nəzarət etmək.
6.3.Məktəblər və ya qruplar arasında “Peşəsinin ən yaxşı şagirdi” müsabiqələrində iştirakı təmin etmək.
6.4.Qrupa ayrılmış sinfin təmizliyinə nəzarət etmək .
7.Şagirdlərlə fərdi işlər
7.1.Şagirdlərlə fərdi söhbətlər aparmaq.
7.2.Çətin xarakterli şagirdlərlə iş.
7.3.Qrup fəalları ilə iş.
8.Valideynlərlə iş
8.1.Qrup valideyn iclaslarının keçirilməsi.
8.2.Şagird haqqında müntəzəm olaraq valideynə məlumatlar vermək.
8.3.Valideynlərlə fərdi söhbətlər aparmaq.
2015-2016-cı tədris ili üçün 194№-li qrupda tərbiyə işlərinin
Dostları ilə paylaş: |