Təlimat: 1. Təhsil layihələri üçün tələblərin məzmununa baxın. Bunu sch1294.narod.ru/teaching/prj_01.htm saytını araşdıraraq edə bilərsiniz. Bir layihəni nəzərdən keçirmək üçün təqdim etməzdən əvvəl həll edilməsi lazım olan vəzifələrin siyahısını hazırlayın. Təqviminizə baxış tarixini təyin edin. Bu müddət ərzində məlumat toplayacağınız, əsəri yazacağınız, redaktə edəcəyiniz və nəzərdən keçirəcəyiniz günləri aydın şəkildə təsvir edin.
2. Təhsil layihənizin həll etməli olduğu problemi müəyyənləşdirin. Problemin mahiyyəti və dərəcəsi barədə səriştəsiz insanların fikirlərindən deyil, tədqiqat məlumatlarından istifadə edin. Təhsil layihəsinin həyata keçirilməsinin təhsil şərtlərini necə yaxşılaşdıracağını, əsas vəzifələrini necə həll edəcəyini yazın.
3. Təhsil təşkilatınızın fəaliyyəti barədə ətraflı hesabat hazırlayın. Keçmiş oxşar layihələrin uğurunu, habelə hazırda təhsil müəssisəsində təhsil alan tələbələrin sayını göstərməlidir.
4. Layihəniz üçün bir tətbiq planı yaradın. Təhsil sisteminin yaxşılığa doğru necə dəyişəcəyinə dair hədəflər, vəzifələr və göstəricilər daxil edilməlidir. Planın hər bir bəndində bütün layihəni və müəyyən edilmiş problemləri bir-birinə bağlayacaq ayrı bir hədəf olmalıdır. Nəticəni təhsil müəssisəsinin rəhbərliyi ilə müzakirə edin və dəyişikliklər edin. Yeni təhsil planının həyata keçirilməsi üçün büdcəni müəyyənləşdirin. Yalnız əmək haqqı, müavinətlər, xərclər və s. Haqqında təsdiqlənmiş məlumatlardan istifadə edin.
5. Maliyyələşdirmə almaq üçün xüsusi sənədləri doldurun. Bunu bütün tələblərə uyğun şəkildə edin. Aktiv fellərdən istifadə etsəniz, faktlar təqdim etsəniz və əsas sualları cavablandırsanız, qeyri-kommersiya təşkilatları dəstək olacaqdır. Layihə üçün tam olaraq niyə sizə pul verilməli olduğunu və təşkilatın hansı fayda alacağını bilmək onlar üçün vacibdir. Bir çox üstünlük göstərsəniz, bir təhsil layihəsinin icrası üçün sizə vəsait ayrılacaqdır. Onsuz da hazırlanmış plana uyğun olaraq həyata keçirə bilərsiniz.
Azərbaycan məktəblərində ümumtəhsil və peşə ixtisas təhsili proqramları həyata keçirilir.
Ümumilli proqramlarına məktəbəqədər, ibtidai, əsas və orta ümumtəhsil proqramları, peşə-ixtisas təhsili proqramlarına isə peşə-texniki, orta ixtisas, təhsil və ondan sonrakı ixtisas təhsili proqramları daxildir.
Azərbaycan Respublikasında təhsil dövlət standartlarının tələbləri əsasında həyata keçirilir. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsil verənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.
Təhsil müəssisələrinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyasında və attestasiyasında müvafiq dövlət təhsil standartları əsas götürülür.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir. Təhsil sisteminin quruluşu. Azərbaycanda təhsil sisteminin quruluşuna aşağıdakılar daxildir:
Bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai-iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, düşərgələr və digər infrastruktur obyektləri.
Təhsil idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təçkilatlar. Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və s.
Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir. Aşağıdakı təhsil formalarından istifadə olunur:1. Forma (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması), 2. Qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması), informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması).
Azərbaycan Respublikasında təhsilin əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) formaları müəyyən edilmişdir.
Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət, bələdiyyə, özəl.
Azərbaycan Respublikasında Təhsil qanununa görə aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunmuşdur:
Məktəbəqədər təhsil
Ümumi təhsil (ibtidai təhsil, orta təhsil,tam orta təhsil)
Ali təhsil ( bakalavriat, magistratura, doktorantura)
Ixtisasartırma və kadrların yenidən hazırlanması.
Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət sənədinin verilməsi ilə başa çatır.
Məktəbəqədər tərbiyə müəssisələrinə körpələr evi, körpələr evi-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb bağçalar, bağça-internatlar, uşaq evləri daxildir.
Azərbaycan Respublikasında təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq; soykökünə,Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan və mədəni dəyərlərinə dərindən yiyələnən, onu daim inkişaf etdirən, ailəsini, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın, ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirə bilməkdir. Məktəbdə idarə edən və idarə olunan kimi iki yarım-sistem qarşılıqlı surətdə əlaqədardır. Məktəbin rəhbərlərini və pedaqoji kollektivi birləşdirən idarəedici yarımsistem aparıcı rol oynayır. ġagirdlər və onların təşkilatları isə idarə olunan sistemə aiddirlər. İdarə etmək nədir? Bu suala müxtəlif cavablar verilir və mahiyyət etibarı ilə hamısı müəyyən fikri ifadə edir. Fikrimizcə, idarə etmək – məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri (pedaqoji prosesləri, təşkilat proseslərini və metodik prosesləri) şüurlu surətdə tənzimləmək deməkdir. Məktəb təcrübəsində idarəetmə pedaqoji fəaliyyətin dövrəsi olan dərs ili ərzində həyata keçirilir. İdarəetmə dövrəsi aşağıdakı mərhələlərdən ibarətdir:
– birinci mərhələ – pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsidir;
– ikinci mərhələ – idarə edilən obyektin ilk vəziyyətini hərtərəfli öyrənib müəyyənləşdirməkdir;
– üçüncü mərhələ – əldə olunmuş məlumat əsasında planlaşdırma işi aparmaqdır;
– dördüncü mərhələ–pedaqoji təsirin təşkilindən və müntəzəm əks-əlaqələrin yaradılmasından, yəni idarə olunan obyektdən müəyyən parametrlər üzrə müntəzəm şəkildə məlumat almaqdan ibarətdir;
– beşinci mərhələ – sonra göstəriləcək təsirləri operativ şəkildə təshih etmək məqsədilə obyektdən gələn məlumatı təhlil edib qiymətləndirməkdən ibarətdir.