Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarŞılaŞdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti baŞa düŞülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə
və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və keyfiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi
fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu Şəraitdə özünü göstərən emosional oyanıqlıq baŞa düŞülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi.
Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədərtez uyğunlaŞmasından (plastiklik) və ya, əksinə, davranıŞ adət və mülahizələrinin nə qədər ətalətli, dəyiŞkən olmamasından (rigid) bilmək olar. Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləŞdirmək mümkündür.