TəHSİl və TƏHSİl faküLTƏSİ ÜZRƏ psixologiya fəNNİNDƏN İmtahan suallari



Yüklə 126,33 Kb.
səhifə1/14
tarix09.05.2022
ölçüsü126,33 Kb.
#115748
  1   2   3   4   5   6   7   8   9   ...   14
Psixologiya sual cavab


TƏHSİL 1 VƏ TƏHSİL 2 FAKÜLTƏSİ ÜZRƏ

PSİXOLOGİYA FƏNNİNDƏN İMTAHAN SUALLARI

(2021/2022-ci tədris ili, 75 saat, az/bölməsi)

  1. Müasir psixologiyanın predmeti.

Cavab; Elmlər öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər.Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir.Hər bir elmin predmetini təşkil edən hadisələrin bəziləri olduqca mürəkkəb və çətin dərk olunan hadisələrdir.Psixologiya elminin predmetini təşkil edən hadisələrdə mürəkkəb və çətin dərk olunan olduğu üçün insanların diqqətini cəlb etmiş,bu sahədə müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır

  1. Psixi hadisələr və onların xarakteristikası.

Cavab; Psixi hadisələr 3 qrupa ayrılır;psixi proseslər,psixi hallar,psixi xassələr.Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır və

duyğu,qavrayış,hafizə,diqqət,təfəkkür,təxəyyül,hisslər,iradələr psixi prosesə daxil edilirlər.Psixi prosesləri idrak,emosional,iradi proseslərə ayırırlar.İdrak prosesləri gerçəkliyi dərk etmək ilə bağlı psixi prosesdir və duyğu,qavrayış,hafizə,diqqət,nitq,təfəkkür və təxəyyülü bu prosesə aid etmək olar.Emosional proseslər insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslərdir.İradi proses insanın öz davranışını idarə etmə şəraitində aydın şəkildə göstərir.Psixi hallar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər.Psixi xassələrə şəxsiyyətin istiqamətini,temperament,xarakter və qabiliyyətləri aid edirlər.Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr,onların yaranma və inkişaf qanunları haqqında elmdir.



  1. Müasir psixologiyanın tədqiqat metodları

Cavab; Psixoloq istər elmi tədqiqat,istərsə də praktik iş zamanı müəyyən metodlardan istifadə edir,bu zaman istifadə olunan vasitələr elmi tədqiqat metodları adlanır.Psixologiyanın tədqiqat metodlarını əsas və yardımçı olmaqla təsnif edirlər.Əsas metodlara müşahidə və eksperiment aid edilir.Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur.Eksperiment zamanı psixoloq psixi hadisələrin gedişinə qarışır,tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır.Eksperimentin təbii və laborator,digər bir əsasa görə müəyyənedici və öyrədici növü qeyd edilir.Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur.Laborator eksperiment laboratoriya şəraitində həyata keçirilir.Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur.Öyrədici eksperiment eksperimentatorun fəal təsiri prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir.Tədqiqat zamanı çox vaxt sorğu kimi qeyd olunan müsahibə metodundan da istifadə olunur.Sorğunun şifahi,yazılı və sərbəst növü var.Şifahi sorğu üçün uzun vaxt tələb olunur,ancaq yazılı sorğu üçün az vaxt sərf olunur.Sərbəst sorğu zamanı tədqiqatın məzmununu dəyişdirmək mümkündür.Yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən yoxlananı daha çox əhatə etməyə imkan verdiyi üçün istifadə olunur.Ən geniş tətbiq olunanı testlər olan psixodiaqnostik metodlardan istifadə olunur.Testlərin müvəffəqiyyətli,intellekt,kreativ,şəxsiyyət,proyektiv növləri var.Müvəfəqiyyət testləri ilə yoxlananların bilik və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır.İntellekt testlər yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarır.Kreativ testlər yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq,Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün,proyektiv testlər yoxlananların şəxsiyyətini tamlıqda öyrənmək üçün istifadə olunur.Sosiometriya metodundan əldə edilmiş məlumatların xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirmək üçün istifadə olunur.Riyazi

metodların köməyi ilə əldə edilən nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır.Bioqrafik

metodlardan insanın həyat yoluna aid faktların təhlilində istifadə olunur.


  1. Müasir psixologiyanın sahələri.

Cavab; Psixologiya çoxsahəli bir elmdir.Psixoloji fənləri fundamental və tətbiqi,ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür.Müasir psixoloji fənnləri təsnif etmək üçün 3 prinsipdən istifadə olunur;

1>Konkret fəaliyyət sahələrinə görə

2>İnkişafın psixoloji aspektlərinə görə

3>İnsanın cəmiyyətə münasibətinə görə

Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir.

Ümumi psixologiyanın maraqlandığı məsələlər, cavab verməli olduğu suallar bunlardır;Psixika nədir?,Onun strukturu və funksiyaları nədən ibarətdir?,Psixika filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malikdir?Psixika və beyin arasında hansı əlaqə vardır? Və.s Həmçinin ümumi psixologiya psixi proseslər,psixi hallar və xassələrlə bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşğul olur.Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır.Pedoqoji psixologiya təlim,tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır.Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır.Burada insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını,qanunauyğunluqlarını,şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir.Diferensial psixologiya psixologiya elminin insanların fərdi-psixoloji və davranış fərqlərini öyrənən şərh və izah edən sahəsidir.Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini,onların genotipdən asılılığını öyrənir.Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində qrupda şəxsiyyətlərarası münasibətlər sistemini öyrənən elm sahəsidir.Hüquq psixologiyası insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir,hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır.Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının,onun gigiyena,profilaktika,diaqnostika,müalicə,ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir.



  1. Psixologiya elminin inkişaf mərhələləri.

Cavab; Psixologiya elminin inkişafının müxtəlif mərhələləri vardır.Elməqədərki I mərhələ~Bu dövrdə ruh haqqında təsvvürlər çoxsaylı mif və əfsanələrdə,nağıl və ilkin dini inamlarda,totemlərdə öz əksini tapmışdır.İlkin elmi təsəvvürlər~Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir.Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır.Uzun müddət psixologiyanın predmeti ruh olmuşdur.Hesab edilirki,ruhun başlıca funksiyası bədəni fəallaşdırmaqdır.Tədricən ruhun funksiyasına idrak da əlavə olundu.Tənzimedici funksiya,iradi davranış,məntiqi təfəkkür və s.ilahi iradə,Allaha inam kimi təqdim olunmağa başlandı.Lakin tədricən təzyiqlərə baxmayaraq,artıq feodalizmin daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxmağa başladı.Ancaq bununla yanaşı dini inamlardan hələ də tam imtina etmək mümkün deyildi.Buna görədə psixologiyanın predmeti dəyişdi.Biologiyanın inkişafı Ç.Darvinin təkamül nəzəriyyəsi,tədqiqatçıların işlərinin nəticəsində psixologiya elmi fəlsəfədən tamamilə ayrıldı.Psixologiya elminin inkişafının III mərhələsi V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasını yaratması ilə başlayır.XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri meydana çıxdı.Beləliklə,demək olar ki,XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu

  1. Azərbaycanda psixoloji fikrin təşəkkülü və inkişafı

Cavab; Bütün dünyada olduğu kimi,Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar; elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı.Elməqədərki psixoloji fikirlərin yaranması tarixi eramızdan əvvəldən başlayır.O,bir tərəfdən Şərq fəlsəfəsi fikrindən,digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir.Elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki,xalq yaradıcılığında ondan bəhs olunmasın.Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi,ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır.Psixoloji fikrin yaranmasının digər bir istiqaməti isə yazılı ədəbiyyat,filosof və yazıçıların,şairlərin yaradıcılığıdır.”Kitabi-Dədə Qorqud” dastanı,S.Şirazi,Nizami,Sabir,C.Məmmədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması,inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır.Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsində şifahi xalq ədəbiyyatının,klassiklərimizin yaratdıqları əvəzsizdir.Azərbaycanda psixoloji fikrin 1ci mərhələsi e.ə başlayıb,islam dininin Azərbaycana gəlişiylə başa çatır.Lakin 2ci dövr asanlıqla,birdən-birə yaranmadı.Əsrlər boyi paralel yaşadı və hazırda bu paralelliyin bir çox cəhətləri davam edir.XVIII əsrin sonları-XIX əsrin əvvəllərində həyat tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur.Psixoloji fikrin 2ci mərhələsi başa çatır,3cü mərhələ başlayır.Böyük Oktyabr qələbəsindən sonra SSRİ adlanan məkanda bir sistem yarandı.《Öyünərsə,ər öyünsün,aslandı,öyünmək qadınlara böhtandı》deyən türk qadınlarını sevillər,almazlar,həyatlar əvəz etdi.Bu,Azərbaycanda psixoloji fikrin 4cü mərhələsi idi.1991ci il 18 oktyabr Azərbaycan xalqının müstəqilliyi elan edildi.Azərbaycanda psixoloji fikrin 5ci mərhələsi bu illərdən başlanır.

  1. Fəaliyyətin ümumi xarakteristikası

Cavab; Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Tərifdən də göründüyü kimi , fəaliyyət zamanı insanın həm psixi , həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində də insanın fəallığı onun öz qarşısında qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir.

Fəaliyyət insanın onu əhatə edən əşyəvi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəlmiş prosesdir. İnsan fəallığının əsasında tələbatlar durur ,onun ( fəaliyyətin ) mənbəyini təşkil edir. Tələbatlar təbii və ali (maddi) olur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir



  1. Fəaliyyətin mənimsənilməsi. Vərdişlər, bacarıqlar və adətlər.

Cavab; Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq vərdişlər bacarıqlar yaranır və onun həmin fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.


Yüklə 126,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin