TəHSİl və TƏHSİl faküLTƏSİ ÜZRƏ psixologiya fəNNİNDƏN İmtahan suallari



Yüklə 126,33 Kb.
səhifə5/14
tarix09.05.2022
ölçüsü126,33 Kb.
#115748
1   2   3   4   5   6   7   8   9   ...   14
Psixologiya sual cavab

Fəaliyyətin məqsədinə gəldikdə isə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur. Bəzən fəaliyyətin motivi və məqsədi üst – üstə düşsə də , çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birilərindən fərqlənirlər.

Fəaliyyətin vasitələri fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə , insan həmin fəaliyyət zamanı qarşısına qoyduğu məqsədə hansı yollarla nail olur. Şübhəsiz , həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.

  1. Fəaliyyətin əsas növləri

Cavab; Fəaliyyətin növlərinə oyun , təlim əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət , digərləri isə köməkçi , yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyilə ödəyirlər. Bununla yanaşı olaraq , həmin dövrdə uşaqlar həm öyrənir , həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyəti təlim fəaliyyəti olur. Bu dövrdə həm oyundan , həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da , bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər.

Oyun , təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir , bir- biriləri ilə qavrama , anlama prosesini həyat keçirirlər.



Oyun – elə fəaliyyət növüdür ki , onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir ( yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa) Oyun ən çox əyləncə xarakteri daşıyır , istirahət məqsədi güdür. Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar : əşyəvi və süjetli , hərəki və didaktik , fərdi və qrup halında , rollu və qaydalı oyunlar və s.


Yüklə 126,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin