TəHSİl və TƏHSİl faküLTƏSİ ÜZRƏ psixologiya fəNNİNDƏN İmtahan suallari



Yüklə 126,33 Kb.
səhifə8/14
tarix09.05.2022
ölçüsü126,33 Kb.
#115748
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Psixologiya sual cavab

Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiŞ sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. Insan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarŞıya çıxan maneələri aradan qaldırdıqca, iŞin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Dərs zamanı qarŞılıqlı əlaqənin yaranması, izah olunan məsələnin. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, iŞin mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi hallarda iŞin gediŞi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin nəticəsi ilə bağlı olur. Çətin tapŞırığın, məsələnin düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə bağlı uğursuz axtarıŞlardan yaranan həyəcan, gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir. Beləliklə, insanın Şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuŞ halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və Şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkiŞaf etdirilməsi gənc nəslin tərbiyəsi iŞinin mühüm tərəflərindəndir.

  1. İradə haqqında anlayış.

Cavab; Insan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və iŞləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari Şəkildə baŞ verir. Qeyri-ixtiyari hərəkətlər düŞünülmüŞ, Şüurlu Şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baŞ verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daŞıyır. Onların dəqiq planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu, çaŞqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər. Ixtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiŞ hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daŞıyır. Bu zaman insan qarŞısına çıxan maneələri aradan qaldırmalı olur.

Yüklə 126,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin