Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları. Plan



Yüklə 55,23 Kb.
səhifə1/9
tarix08.06.2023
ölçüsü55,23 Kb.
#127947
  1   2   3   4   5   6   7   8   9
referat 621


Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları.


Plan:

Giriş


  1. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu.

  2. Xarici ticarətin tarif metodu ilə tənzimlənməsi.

  3. Beynəlxalq ticarətin qeyri tarif metodları əsasında tənzimlənməsi.

  4. Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu.

Nəticə
Ədəbiyyat


GİRİŞ


Təsərrüfat həyatının beynəlmiləlləşməsi, dünya iqtisadiyyatında ölkələrin qarşılıqlı əlaqə və asılılığının güclənməsi, qlobal problemlərin yaranması kəskinləşməsi xarici iqtisadi fəaliyyətin məqsədyönlü tənzimlənməsini obyektiv zərurətə çevirmişdir. Burada söhbət ilk növbədə ölkələr arasında qarşılıqlı ticarət, valyuta-maliyyə və kredit münasibətlərinin tənzimlənməsindən gedir.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin zəruriliyi iqtisadi münasibətlərin mühüm hissəsini təşkil edən, proseslərin dünyanın ümumi iqtisadi inkişafı fonunda institutsional struktur baxımından daha sürətlə mürəkkəbləşməsidir. Bu həm də ona görə vacibdir ki, müasir şəraitdə xarici əlaqələr bir çox hallarda iqtisadi səmərəlilik baxımından yaradılmır.
Xarici iqtisadi fəaliyyətin milli iqtisadiyyata, milli maraqlara müsbət təsiri onda olur ki, o dövlət tərəfindən düzgün tənzim olunmaqla ixracı stimullaşdıra bilsin, ölkənin ixrac potensialı artsın, yəni ixrac yönümlü istehsal sahələrinin inkişafına diqqət yetirilsin.
Ümumiyətlə, bazar iqtisadiyyatı şəraitində dövlət ölkənin təhlükəsizliyinin təmin edilməsi və ümummilli maraqlarının qorunması üçün xarici iqtisadi fəaliyyətin tənzimlənməsinə məsuliyyət daşıyır və bunu təmin etməyə borcludur.

  1. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu



Xarici iqtisadi fəaliyyət hər bir cəmiyyətin sosial-iqtisadi tərəqqisinin güclü faktorlarından biridir və o bu tərəqqini sürətləndirə və ləngidə bilər. Bu fəaliyyətin milli iqtisadiyyata, milli maraqlara müsbət təsiri onda olur ki, o dövlət tərəfindən düzgün tənzim olunmaqla ixracı stimullaşdıra bilsin, ölkənin ixrac potensialı artsın, yəni ixrac yönümlü istehsal sahələrinin inkişafına diqqət yetirilsin. İdxalda isə ekoloji cəhətdən təhlükəsiz və əhalinin sağlamlığı üçün zərərli olmayan malların, mənəvi və fiziki cəhətdən köhnəlməyə məruz qalmayan avadanlıqların yeni texnologiyanın idxalına üstünlük verilsin. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üzrə dövlət orqanlarının fəaliyyəti praktiki olaraq dünyanın bütün ölkələrində mövcuddur. Lakin onun miqyası, forma və metodları hər bir ölkədə qarşıya qoyulmuş məqsəd və vəzifələrə, ölkənin muasir dünyada yerinə və roluna, habelə dövlətin xarici və daxili siyasətinə uyğun olaraq müəyyən edilir.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin aşağıdakı vəzifələrini qeyd etmək olar:

  1. Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənib hazırlanması və onların tənzim olunması;

  2. Xarici iqtisadi fəaliyyəti tənzim edən orqanların statusunun müəyyən edilməsi;

  3. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsini müəyyən etmək, ölkədə müştərək müəssisələrin tikilməsinin normativ aktlarının tərtib etmək;

  4. İxrac rejimini müəyyən etmək, ixracı lisenziyalaşdırmaq, məhsul aparılması və gətirilməsinin qaydasını müəyyən etmək;

  5. Valyuta, gömrük tənzimlənməsini həyata keçirmək;

  6. Xarici iqtisadi əlaqələrdə iştirak edən dövlətlərin marağının qorunması tədbirlərini həyata keçirmək.

Ölkənin həyata keçirməkdə olduğu iqtisadi islahatlar göstərir ki, bu iqtisadi islahatlar dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlət xarici iqtisadi münasibətlərin formalaşmasına makrosəviyyədə baxır və qlobal iqtisadi münasibətləri həll edir. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi o vaxt səmərə verir ki, onun fəaliyyət mexanizmi, metod və prinsipləri respublikada aparılan iqtisadi islahatların prinsiplərinə uyğun olsun. Bundan əlavə xarici iqtisadi fəaliyyət sahəsində aparılan islahatlar mövcud təsərrüfat mexanizminin dünya iqtisadiyyatına inteqrallaşmasına uyğun olmalıdır. Bu, respublikanın beynəlxalq bazara çıxmaq imkanlarını genişləndirir. Onu da qeyd etmək lazımdır ki, xarici iqtisadi münasibətlərin formalaşması sahəsində aparılan islahatlar keçid dövrünün üstünlükləri və çatışmazlıqlarını özündə əks etdirir.
Xarici iqtisadi fəaliyyətin formalaşması zamanı ölkə suverenlik mövqeyindən çıxış etməlidir. O, hər şeydən əvvəl ölkənin vahidliyi baxımından araşdırılmalıdır. Ölkənin suverenliyi və xarici iqtisadi fəaliyyət sahəsindəki siyasəti aşağıdakı halların üstünlüyü baxımından nəzərə alınır:

  • Ölkənin iqtisadiyyatı açıq olmalıdır;

  • Xarici iqtisadi fəaliyyətdə ilk başlanğıc iqtisadi münasibətlərin məqsədyönlü olmasıdır;

  • Xarici iqtisadi fəaliyyət resursa qənaət əsasında quruımalıdır, yəni məhsul ixracatında son məhsul daha çox xüsusi çəkiyə malik olmalıdır;

Milli maraqların qorunması və ölkənin təhlükəsizliyinin təmin olunması üçün Xarici İqtisadi Fəaliyyətin tənzimlənməsi həyata keçirilir.Müasir mərhələdə xarici iqtisadi əlaqələrin qarşısında duran əsas məsələ ETT-nin inkişafı ilə əlaqədardır. Belə ki, ETT-nin inkişafı bir ölkə səviyyəsində qalmır, müəyyən dövr keçdikdən sonra beynəlxalq səviyyəyə çıxır, bu isə öz növbəsində ölkələrin bir-biri ilə xarici iqtisadi əlaqələrinin yenidən qurulmasına əsas verir. Xarici iqtisadi fəaliyyət kompleks norma və normativ aktlara əsaslanır. Xarici iqtisadi fəaliyyət beynəlxalq hüquqi normalar əsasında həyata keçirilir. Xarici iqtisadi fəaliyyətin tənzim olunmasına digər amillər də təsir göstərir. Yəni ölkənin beynəlxalq arenada iştirakı, onun dövlət quruluşu, material, əmək resursları və maliyyə resursları, təbii resursları, beynəlxalq iqtisadi münasibətlərdə iştirakına zəmin yaradır.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi əsasən iki formada həyata keçirilir:
1) liberal siyasət
2) proteksionist siyasət
Liberal siyasətdə əsasən dövlət xarici iqtisadi fəaliyyətə müdaxilə etmir, xarici ticarətin tələb, təklif və digər bazar amillərinin təsiri altında inkişafını əks etdirir. Real həyatda nə dövlətin tamamilə xarici iqtisadi fəaliyyətə müdaxilə etməməsi və yaxud da dövlətin xarici iqtisadi fəaliyyətdən tam təcrid olunmasına gətirib çıxaran avtarkiyaya rast gəlinməsə də, öz inkişafının müxtəlif mərhələlərində ayrı-ayrı dövlətlər ticarətin dünyadan tam təcridinə ( Albaniya, Cənubi Koreya, Kuba ) və xarici ticarətin rejiminin tam liberallaşmasına ( İslandiya, Sinqapur ) yaxınlaşmışlar.
Proteksionist siyasət isə xarici iqtisadi fəaliyyətin məhdudlaşdırılmasına gətirib çıxaran tədbirlər sistemidir. Proteksionizmin təşəkkül tapmasının əsas səbəbi manufakturaların inkişafı ilə bağlıdır. Milli istehsalın hesabına dövlət xəzinəsinə daxilolmalar artdığına görə, dövlət onun inkişaf etməsində maraqlı olmağa və milli istehsalı xarici rəqabətdən qorumağa başladı. Beləliklə, proteksionizm dövlət siyasətinə çevrildi.Proteksionizmin aşağıdakı növləri var:
1. Sahə proteksionizmi: Milli iqtisadiyyatın müəyyən bir sahəsinin mühafizəsi.
2. Selektiv proteksionizm: Ayrıca götürülmüş bir ölkəyə, yaxud bir əmtəəyə doğru yönəldilir
3. Kolektiv proteksionizm: Ölkələr birliyi tərəfindən birliyə daxil olmayan ölkəyə istiqamətləndirilir
4. Gizli proteksionizm: Daxili iqtisadi siyasətin metodlarından istifadə etməklə həyata keçirilir
Proteksionizm tərəfdarları müxtəlif iqtisadi inkişaf səviyyələrinə malik ölkələr arasındakı azad ticarəti tənqid edirlər. Onlar hesab edirlər ki, azad ticarət İEÖ-lərin maraqlarını təmin edir, onların dominantlığına gətirib çıxarır və zəif inkişaf etmiş ölkələrin milli sənaye sahələrinin yaranmasını çətinləşdirir. Digər tərəfdən bu nəzəriyyənin nümayəndələri bir məlum faktı da əsas gətirirlər ki, amerikan, alman, fransız sənayesinin və milli kapitalın yaranması və formalaşması proteksionizm müdafiəsi altında baş vermişdir.
İEOÖ-lərin iqtisadiyyatında yenicə yaranan sahələrin xarici rəqabətin arzuolunmaz təsirindən müdafiəsi üçün proteksionist təsirlərin görülməsi zəruridir. Bundan əlavə, proteksionist tədbirlər milli sənayenin formalaşması, yaxud struktur yenidən qurması dövründə sosial xarakter daşıyır. Ölkələr arasında münasibətlərin kəskinləşdiyi və beynəlxalq təcavüzün gücləndiyi bir vaxtda proteksionist tədbirlər həyati əhəmiyyət kəsb edən zəruri məhsulların ölkə daxilində istehsalı istiqamətində milli iqtisadi təhlükəsizliyin qorunması baxımından daha mühüm əhəmiyyətə malikdir.
Iqtisadi nəzəriyyədə və təcrübədə bütövlükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi üçün aşağıdakı dörd əsas inteqral məqsəd müəyyənləşir:

  1. İqtisadi müstəqilliyin qorunması;

  2. İqtisadi təhlükəsizliyin təmin olunması;

  3. Milli iqtisadiyyatın inkişafının stimullaşması;

4. Dünya iqtisadiyyatına rasional inteqrasiyanın təmin edilməsi.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi bir neçə mühüm iqtisadi proseslərin tənzimlənməsi vasitəsilə aparılır. Belə proseslər bilavasitə xarici iqtisadi fəaliyyətin elementlərini təşkil edir və aşağıdakılardır:

  • Maliyyə-kredit siyasəti;

  • Valyuta siyasəti;

  • İxrac siyasəti;

  • Tədiyyə balansı siyasəti;

  • Valyuta ehtiyatlarının idarə olunması siyasəti;

  • Xarici kreditlər və dövlət borcu siyasəti;

  • Xarici ticarətin institutsional tənzimlənməsi siyasəti.

Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin sonuncu elementi ticarətin idarə olunmasının institutsional tənzimlənməsi sistemi hər bir dövlətin idarəetmə mexanizmindən asılıdır.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi onun çoxsaylı formaları üzrə fərqlənə bilər. Müasir dövrdə xarici iqtisadi fəaliyyətin əsas formaları aşağıdakılar kimi müəyyənləşir:

  • Xarici ticarət;

  • Beynəlxalq istehsal kooperasiyası;

  • Elmi-texniki əməkdaşlıq və birgə sahibkarlıq;

  • İşçi qüvvəsinin beynəlxalq miqrasiyası;

  • Kapitalın beynəlxalq axını;

  • Beynəlxalq inteqrasiya birlikləri;

  • Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq.

Xarici iqtisadi fəaliyyətin formaları dünya təsərrüfat sisteminin inkişaf səviyyəsindən və xüsusiyyətlərindən asılıdır. Ona görə də bu formaların tərkibinin yeniləşməsi, onların hər hansının prioritetliyini dəyişə bilir. Təbiidir ki, bu səbəblərin bu formalar üzrə fəaliyyəti dövlət tənzimlənməsinin xüsusiyyətlərini də dəyişir.


Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi müxtəlif metodlarla həyata keçirilir. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin metodları təsnifat əlamətlərinə görə 4 qrupa bölünür:

  1. iqtisadi tənzimləmə metodları;

  2. inzibati medodlar;

  3. tarif metodları;

  4. qeyri – tarif metodları.

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin iqtisadi metodları ticarət siyasətinin iqtisadi vasitələrinə-gömrük rüsumları, vergilər və gömrük rüsumları, vergilər və gömrük yığımlarının tətbiqinə əsaslanır. Bu alətlərdən istifadə etməklə XİF subyektlərinin tam operativ müstəqilliyini saxlamaqla onların iqtisadi maraqlarına təsir göstərir.
İnzibati metodlara dövlət qaydaları, normativlər, qadağalar daxildir ki, onların köməkliyi ilə dövlət XİF subyektlərinə bilavasitə təsir göstərilməsini həyata keçirir, onların fəaliyyətinin müxtəlif tələblərini cəmiyətin maraqları naminə reqlamentləşdirir.
Tarif metodları xarici iqtisadi fəaliyyətin iqtisadi tənzimlənməsinin əsası hesab olunur. O daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilir.
Ümumilikdə götürüldükdə isə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları iki qrupa ayrılır:
1. Tarif metodları
2. Qeyri-tarif metodları
Bu metodlar haqqında aşağıda geniş danışacağıq.


  1. Yüklə 55,23 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin