Xarici ticarətdə gömrük – tarif tənzimlənmələrinə üstünlük verilməsi həyata keçirilməkdə olan iqtisadi islahatların başlıca xüsusiyyətlərindən biri kimi səciyyələndirilir.
Gömrük tarifi – xarici ticarətin dövlət tənzimlənməsinin qiymətəmələgətirmə mexanizmi ilə fəaliyyət göstərən əsas vasitəsidir.
Gömrük tarifi proteksionist və fiskal funksiyalar daşıyır:
Proteksionist funksiya milli istehsalçıların mənafeyinin müdafiəsi ilə bağlıdır. Idxal mallarından gömrük rüsumu tutulması, onların daxili bazarda satışı zamanı dəyərinin artmasına və bununla da milli sənaye və kənd təsərrüfatında istehsal edilən analiji malların rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.
Fiskal funksiyahəm idxal, həm də ixrac rüsumlarına aiddir. Çünki onlar dövlət büdcəsinin gəlir maddələrindən biri kimi çıxış edirlər. Bu funksiyanın mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsidir. Ümumdövlət proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsinə toplanması, məhz bu funksiya vasitəsilə həyata keçirilir.
Gömrük tarifi bir qayda olaraq aşağıdakı əsas funksiyaları yerinə yetirir:
– müxtəlif malların idxalına rüsum dərəcələrinin differansiasiyası yolu ilə idxalın optimal əmtəə strukturunu formalaşdırır;
– qiymətqoyma mexanizminin tərkib hissəsi kimi sosial mühütə və müəssisələrin fəaliyyətinin təsərrüfat nəticələrinə təsir göstərir;
– xarici rəqabətin əhəmiyyətli zərər vurabiləcəyi iqtisadiyyatın ayrı-ayrı milli sahələrini müdafiə edir;
– aktiv xarici ticarət siyasəti aparılmasına, ölkə mallarının bazarlara çıxarılmasını asanlaşdırmaq haqqında ticarət danışıqları zamanı qarşı tərəfə təzyiq göstərməyə, azad ticarət zonaları, gömrük ittifaqları yaratmağa imkan verir;
– idxal və ixracın nisbətlərinin, valyuta xərclərinin və daxilolmalarının nisbətlərinin optimallaşdırılmasına, əlverişli ticarət balansının yaranmasına kömək edir.
Tarif metodları ilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi zamanı aşağıdakı ticarət siyasəti alətlərindən istifadə edilir:
Gömrük rüsumları
Tarif kvotaları
Gömrük rüsumu – mallar ( Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən, istilik, elektrik enerjisi və energinin digər növləri ) Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın mühüm şərtidir.
Gömrük rüsumlarının aşağıdakı növləri vardır:
1) advalor – mallarin gömrük dəyərinə görə faizlə hesablanır.Advalor rüsumlar əsasən malın satış qiymətinə proporsional olaraq müəyyən olunur və adətən bir mal qrupuna daxil olan müxtəlif keyfiyyət xarakteristikasına malik mallara tətbiq edilir. Əgər mal advalor qaydada, yəni gömrük dəyərinə görə faizlə hesablanacaqsa, onda aşağıdakı düsturdan istifadə olunur:
G Ra = G D. GRD a/100