Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları. Plan


G Ra – advalor tarifə görə hesablanmış gömrük rüsumunun qiyməti; GD –



Yüklə 55,23 Kb.
səhifə3/9
tarix08.06.2023
ölçüsü55,23 Kb.
#127947
1   2   3   4   5   6   7   8   9
referat 621

G Ra – advalor tarifə görə hesablanmış gömrük rüsumunun qiyməti;
GD – malın gömrük dəyəri;
GR Da – advalor gömrük rüsumunun dərəcəsi (malın gömrük dəyərinə görə faizlə)
Advalor rüsumların müsbət cəhəti odur ki, malın qiymət dinamikasından asılı olmayaraq, daxili bazarın birmənalı qorunmasına şərait yaradır, dəyişən isə yalnız büdcə gəlirləri olur. Mənfi cəhəti isə odur ki, advalor rüsumun tətbiqi zamanı malın gömrük dəyərinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxır ki, bu da qiymətə müxtəlif iqtisadi və hüquqi amillərin təsiri nəticəsində onların tez-tez dəyişilməsi ilə əlaqədar müəyyən çətinliklər yaradır. Digər tərəfdən, advalor rüsumun tətbiqi subyektiv qiymətləndirmə ilə bağlı olduğundan sui-istidafə hallarına yol açır.
2) spesifik – mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanır, malın miqdarı (çəki, həcm, ədəd sayı və s.) əsas götürülür və aşağıdakı düsturla hesablanır:
GRs = MM.GRDs. Rme RMvm
GRs – spesifik tarifə görə hesablanmış gömrük rüsumunun qiyməti;
MM – malın miqdarı;
GRDs – malın spesifik gömrük rüsumunun dərəcəsi;
RMe – gömrük bəyənnaməsinin qəbul edildiyi gün Azərbaycan Respublikası Milli bankı tərəfindən manatın EKYU – ya görə müəyyən edilmiş rəsmi məzənnəsi;
RMvm – müqavilədəki valyutanın manata görə Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyənləşdirilmiş rəsmi məzənnəsi.
Spesifik rüsumlarla gömrük müdafiəsinin səviyyəsi malın qiymətinin dəyişməsindən sıx asılıdır. Məsələn idxal olunan bir avtomobilə spesifik rüsum 1000 dollardırsa, qiyməti 8000 dollar olan avtomobilin idxal qiyməti 12000 olana nisbətən daha çox məhdudlaşdırılır. Çünki birincinin qiymətinin 12,5%-ni, ikincinin isə 8,3%-ni rüsum təşkil edir. İdxal qiymətləri qalxdıqca spesifik tariflər vasitəsilə daxili bazarın müdafiəsi səviyyəsi aşağı düşür. Digər tərəfdən də iqtisadi tənəzzül və idxal qiymətlərinin düşməsi zamanı spesifik tariflər milli istehsalçıların müdafiəsi səviyyəsini yüksəldir.
3) kombinə edilmiş – malın dəyərini kombinə üsulu ilə hesabladıqda, əvvəlcə advalor, sonra isə spesifik qaydada hesablanır, hər ikisi müqayisə edilərək ən böyüyü götürülür.
Gömrük rüsumları mövsümi və xüsusi olurlar.
Mövsümi rüsumlar malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan rüsumlardır. Mövsümi rüsumlarda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur və bu rüsumların qüvvədə olduğu müddət 6 aydan çox ola bilməz.
Xüsusi növ rüsumlar Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara tətbiq edilir və aşağıdakı növlərə ayrılır:

  • xüsusi rüsumlar;

  • antidempinq rüsumları;

  • kompensasiya rüsumları.

Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur:
- mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi;
- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.
Dempinq – xarici bazarlarda əmtəələrin dəyər – dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması deməkdir. Antidempinq rüsumları, idxal olunan malların qiyməti ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna olunmadıqda, eyni zamanda həmin mallar ölkə daxilində istehsalının təşkilinə və ya genişləndirilməsinə maneəçilik törətdikdə tətbiq olunur.
Kompensasiya rüsumları ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, habelə ölkədə bu malların
istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
Xüsusi növ rüsumların formalaşması və tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunur. Xüsusi növ rüsumların (xüsusi, antidempinq və kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təşəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq on gün müddətində təhqiqat aparılır. Təhqiqat zamanı çıxarılan qərarlar kəmiyyətcə müəyyən edilmiş məlumatlara əsaslanır.
Beynəlxalq ticarətin inkişafı ilə əlaqədar tariflərin strukturu da mürəkkəbləşmişdir. Belə ki, əvvəllər fərq qoyulmadan bütün ölkələrə qarşı bir rüsum tətbiq edildiyindən birsütunlu tariflər mövcud idi. Hazırda isə dövlətlərin iqtisadi-hüquqi münasibətlərindən asılı olaraq tətbiq edilən differensial gömrük rüsumlarının, yəni avtonom, konvension və preferensial rüsumların səviyyəsini əhatə edən çoxsütunlu tariflər tətbiq edilir.

Yüklə 55,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin