Nitqin dəqiqliyi ikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur.
Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil
Nitqin ifadəliliyi üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir.
O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil.
Dil ünsiyyət vasitəsidir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır. Nitq ünsiyyət prosesidir. Nitq dilin ifadə imkanları əsasında hər hansı bir məlumatın verilməsi şəklində ortaya çıxır. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişkən, nitq isə ona nisbətən çox dəyişkəndir. Məsələn, bizim keçən əsrdəki dilimiz indikindən az fərqlənib, ancaq həmin yüzülikdə yasayan şəxslərin nitqi indıkindən çox fərqli olubdur. Nitq fəaliyyəti isə nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur.
Dil, nitq və nitq fəaliyyəti Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır. Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Şifahi dəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
Yazılı ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır. Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır. Hər iki norma dilin fonetik quruluşu, xüsusilə də ahəng qanunu ilə müəyyən edilir. Dilimizin orfoepik və orfoqrafik normaları xüsusi lüğətlərdə (orfoqrafiya və orfoepiyalüğətlərində) əks olunmuşdur.