TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə118/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   114   115   116   117   118   119   120   121   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
131 
uşağı xüsusi təşkil edilmiş
tərbiyəedici situasiyaya salınması lazım gəlir.
3.
İnsanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu 
ilə düzgün davranış təcrübəsini formalaşdırmaq üçün ona müxtəlif tələblər verilir. 
Tələb iki formada verilir: birbaşa və dolayı
yolla. Birbaşa tələb əmr, tapşırıq, sərəncam 
şəklində, dolayı yolla tələb isə xahiş, məsləhət, eyham, yumor, zarafat, lətifə, atalar 
sözlərindən istifadə etməklə verilir. Tərbiyəçi yerinə görə hər iki formadan istifadə edir.
4.
Tələbin kollektiv forması ictimai rəy olub, müəyyən şəxs və hərəkətlə bağlı 
kollektivin ümumi rəyini, qiymətini ifadə edir.
5.
Təmrin (məşq) hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət 
davranış adətləri yaratmaq mümkündür. Təmrin iki mənada başa düşülür. Geniş 
mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi 
nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib 
vərdişə çevirmək kimi başa düşülür. 
6.
Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın 
günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış 
adətləri daha tez və asanlıqla yaranır.
Yarış insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar 
sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Yarış müxtəlif 
sahələr üzrə təşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otaqlarında 
təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir.
Rəğbətləndirmə uşağın davranışı və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha 
yüksək hərəkətlərə həvəsləndirir. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və 
nüfuzunu artırır. Rəğbətləndirməyə kiçik məktəblilər və yeniyetmələr daha həssasdırlar. 
Buna görə də bu yaşlarda rəğbətləndirməyə çox yer vermək lazımdır.
Cəza insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən 
çəkindirmək məqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı 
iztirab, utancaqlıq hissləri yaradır. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin 
digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə 
çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı 
töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə 
getməkdən, oyundan və s.) məhrum etmək, sinfi, yaxud məktəbi dəyişmək, məktəbdən xaric 
etmək və s.
Cəza və tərifləmədən düzgün istifadə etmədikdə tərbiyə işinə və davranışa ziyan vura 
bilər. Odur ki, rəğbətləndirdikdə və cəza verdikdə bir sıra şərtlərə əməl olunmalıdır: 
Cəza və tərifləmə:

Ədalətli (uşağın hərəkətinə uyğun) olmalı; 

Müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);

Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı; 

Kollektivin rəyi ilə hesablaşmalı; 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin