Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
34
Cədvəldə fəal dərsin hər bir mərhələsində əldə olunacaq nəticələr də verilmişdir.
Müəllim fəal dərsdə həmin nəticələrin əldə olunmasına səy göstərir.
Dərsdə məqsədə çatmağın əsas amillərindən biri onun cari planının qurulmasıdır.
Təlimin cari planında əvvəl onun təşkili üçün lazım olan vasitələr qeyd olunur. Onlar ardıcıl
olaraq yazılır. Belə ki, əvvəl sinif və mövzu göstərilir. Mövzunun tədrisində reallaşdırılacaq
məzmun standartı, yəni fənn kurikulumunda müvafiq məzmun
xəttinin sinif üzrə alt
standartı müəyyən edilir. Seçilmiş alt standarta əsasən veriləcək bilik və aşılanacaq
bacarıqlar aydınlaşdırılır. Alt standart üzrə mövzuya uyğun dərsin məqsədi müəyyən
olunur.
Müəyyən edilmiş məqsədə çatmaq üçün təlim metodları, üsulları, formaları seçilir.
Eyni zamanda inteqrasiyanın növləri fəndaxili, fənlərarası,
həyatla əlaqənin həyata
keçiriləcəyi məsələlər aydınlaşdırılır.
Dərsdə məqsədə çatmaq üçün əsas amillərdən biri lazımi resursların seçilməsi və
hazırlanmasıdır. Dərsin məqsədinə,
təşkilinə, üsul, metod və formasına uyğun gələn
resurslar (tablo, şəkil, laboratoriya avadanlığı, cihazlar, İKT vasitələri, iş vərəqləri, slaydlar,
təbii və süni əyaniliklər,
əlavə oxu, yazı materialları, lüğətlər və s.) əldə edilir. Onlardan
dərsdə istifadə müddəti, qaydaları öyrənilir və müəyyənləşdirilir.
Müəllim bütün bu fəaliyyətləri həyata keçirdikdən sonra onlar əsasında dərsin
mərhələlərini
müəyyənləşdirir və onlar üzrə dərsi təşkil edir. O,
birinci mərhələ olan
motivasiyada elə material və vasitələrdən istifadə edir ki, onlar şagirdləri maraqlandırır,
heyrətə gətirir və onların diqqətini mövzuya cəlbedir. Şagirdlər motivasiyadan dərsdə
öyrənəcəkləri məsələləri təxminən hiss edirlər. Ona görə də motivasiya elə yaradılır ki,
şagirdlərdə probelmləri araşdırmağa,
tədqiqat aparmağa, verilən tapşırıqları həll etməyə
həvəs yaransın və onların fəallığı artsın.
Müəllim motivasiyadan sonra tədqiqat sualını qarşısına qoymalıdır. O, dərsə
hazırlaşarkən tədqiqat sualını müəyyənləşdirir. Tədqiqat sualı məqsəddən çıxarılır
sanki
dərsin gedişi istiqamətini göstərir. O, qarşısına dərsdə şagirdlərə aşılayacağı bilik və
bacarıqların üsul, metod, forma və yollarından istifadə edilməsinə dair sualını qoyur.
Şagirdlərə nəyi necə və hansı vasitələrlə öyrədəcəyi tədqiqat sualı ilə ifadə olunur. Dərsdə
şagirdlərin bilik və bacarıqları müstəqil əldə etməsində hansı tədqiqatların təşkil edilməsi,
onların ümumiləşdirilməsi, nəticə çıxarılması, yaradıcı
tətbiq
edilməsini özündə əks
etdirdiyindən onu “tədqiqat sualı” adlandırmışlar.
Tədqiqat sualının cavabını müəllim dərs prosesində şagirdlərin və özünün fəaliyyəti
ilə araşdırır. Belə ki, tədqiqatın aparılması mərhələsində şagirdlər qarşısına müəyyən
problemlər qoyur ki, onlar keçmiş bilik və bacarıqları əsasında
tədqiqat aparmaqla
problemin həllini axtarıb tapmağa cəhd edirlər. Yeri gəldikcə bu fəaliyyətdə müəllim onlara
kömək göstərir.
Tədqiqatın aparılmasında müəllim şagirdlərin fərdi və ya birgə fəaliyyətini təşkil edir.
Əsasən, fərdi, cütlərlə, kollektiv və qrupla iş formalarını tətbiq edir. Mövzunun həcminə,
çətinlik dərəcəsinə, mənimsənilmə səviyyəsinə uyğun gələn iş formasını seçir. Əgər mövzu
konkret qaydalardan, nəzəri
məsələlərdən ibarət olarsa, fərdi iş forması tətbiq olunur.