TəLİMİn qanunauyğunluqlari və priNSİPLƏRİ



Yüklə 25,15 Kb.
səhifə8/9
tarix23.11.2022
ölçüsü25,15 Kb.
#119738
1   2   3   4   5   6   7   8   9
telimin prinsipleri

Daxili ziddiyyətlər.
Pedaqoji ziddiyyətin daxili ziddiyyətləri də az deyildir. Pedaqoji prosesə cəlb olunmuş şəxs qarşısında qoyulan ictimai əhəmiyyətli vəzifələrlə bu vəzifələrin öhdəsindən gəlmək üçün onun mövcud marağı arasında uyğunsuzluq; ətraf mühitə şüurlu münasibət göstərməyin əhəmiyyətinin getdikcə artması ilə belə bir münasibətin reallaşmasına imkan verən bilikləri mənimsəməyin zəruriliyini şəxsin lazımınca dərk edə bilməməsi arasında uyğunsuzluq; doğma yurdun əsl vətəndaşı olmağın obyektiv zəruriliyi ilə həyat təcrübəsinin şəxsdə azlığı arasında uyğunsuzluq; seçilmiş məqsədlə şəxsin subyektiv imkanları arasında uyğunsuzluq; şəxsin nail olduğu psixoloji inkişafın səviyyəsi ilə onun həyat tərzi arasında uyğunsuzluq; şəxsdə işləmək, bilikli və bacarıqlı olmaq arzusu ilə işin çətinliyi arasında uyğunsuzluq; şəxsin fəaliyyət motivləri arasında uyğunsuzluq və s. buna misal ola bilər.
Şəxs həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən daim inkişaf edir. Onun ailədə də məktəbdə həyat tərzi isə çox halda o qədər də dəyişmir. Valideyn də, müəllim də, bəzən şəxsə dünənki gözlə baxır, dünənki ölçü ilə yanaşır; uşağın başqalaşdığını, onda əmələ gələn yeni keyfiyyətləri vaxtında sezə bilmirlər. şəxsin yeni inkişaf səviyyəsi ailədə və məktəbdə onun həyat tərzinə uyğun gəlmir: ziddiyyətlər üçün zəmin yaranır. Ziddiyyətləri pedaqoji yolla qaldırmaq əvəzinə, həyat tərzini təkmilləşdirmək və pedaqoji təsir vasitələrini yeniləşdirmək, çox halda şəxsdə baş qaldıran yeni keyfiyyətləri məhdudlaşdırmaq, hətta onların qarşısını almaq üçün tənbehedici tədbirlərə əl atılır. Nəticədə ziddiyyətlər daha da dərinləşir.
Maddi və mənəvi ehtiyaclar adamı fəaliyyətə təhrik edən güclü amillərdəndir. Şəxs yeməyə və geyməyə ehtiyacını ödəmək üçün müəyyən fəaliyyət göstərdiyi kimi, idmana, bədii ədəbiyyata, musiqiyə, texniki yaradıcılığa və s. olan ehtiyacını ödəmək üçün də zəhmət çəkməli olur. Lakin ehtiyacla onun ödənilməsindəki çətinlik arasında ziddiyyət yarana bilir. Məsələn, kimsə gözəl şəkil çəkmək istəyir, buna ehtiyac hiss edir. Amma gözəl rəsm əsəri yaratmaq çətin başa gəlir, bəzilərində alınmır. Yaxud, o, şer yazmaq həvəsinə düşür, yazdığı şer ürəyinə yatmır, çətinliyi duyur, həvəsdən düşə bilir. Deməli, hər hansı ehtiyacı ödəmək üçün çətinliyi duymaq azdır, bu çətinliyi aradan qaldırmağa hazır olmaq, onun öhdəsindən gəlmək də tələb olunur. Zəhmətdəki çətinliyi duymağı da, onu dəf etməyi bacarmağı da gənc nəslə öyrətmək gərəkdir: ehtiyacı ödəmək isə çətinliksiz mümkün deyil.
Gənc nəslin müxtəlif inkişaf mərhələsində sərbəstliyə meyli ilə yaşlıların himayədarlığı arasında ziddiyyətlər olur. Məsələn 2-3 yaşlı uşağın əlindən tutub yerində “özüm-özüm” deyir. Yaxud, sərbəstliyə can atan yeniyetmə qabarıq ifaqə olunan hər cür himayədarlığa qarşı çıxır. Sərbəstliyə meyl tələblərdə daha güclü olur. Bu cür ziddiyyətlər düzgün pedaqoji rəhbərlik sayəsində asanlıqla həll edilir. Belə rəhbərliyin olmadığı şəraitdə şəxsdə tərslik baş qaldıra, əsəbilik arta bilir; intizamsızlığa yol açılır.
Pedaqoji proses ünsürlərinin təsiri ilə şəxsin psixologiyasında yaranan və həlli mümkün olan uyğunsuzluqlar onun daxili ziddiyyətləridir.
Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtında duyulması və aradan qaldırılması üçün tədbirlər görmək pedaqoji prosesin səviyyəsini yüksəldir. Bu, müəllimin, valideynin və digər tərbiyənin yüksək pedaqoji ustalığa malik olduğunu göstərən vacib meyarlardan biridir.

Yüklə 25,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin