Tərbiyənin sosial-pedaqoji problemləri Plan


Müasir şəraitdə “uşaq” cinayətkarlığının xüsusiyyətləri və hüquq tərbiyəsi problemi



Yüklə 28,83 Kb.
səhifə6/7
tarix01.01.2023
ölçüsü28,83 Kb.
#121913
1   2   3   4   5   6   7
08 Tərbiyənin sosial-pedaqoji problemləri (1)

Müasir şəraitdə “uşaq” cinayətkarlığının xüsusiyyətləri və hüquq tərbiyəsi problemi. Mütəxəssislər cinayət törətmiş yeniyetmələrin məktəbdə oxuyarkən təlim fəaliyyətinin xüsusiyyətlərini öyrənmişlər. Müəyyən olunmuşdur ki, təlimə marağın itirilməsi onların hamısı üçün tipik haldır. Adi şagirdlərə nisbətən bu yeniyetmələr daha çox dərs buraxırlar, onların içərisində dərslərini yerinə yetirməyənlər nəzərəçarpacaq dərəcədə daha çoxdur, kollektiv işdə iştirak etmirlər, özlərini məktəbdə daha çox yad adam kimi aparırlar, günlərinin çox hissəsini qeyri-formal uşaq qrupları ilə birgə keçirirlər. Mütəxəssislər qeyri-formal uşaq qruplarından danışarkən, onların yaş xüsusiyyətlərinə diqqət cəlb edirlər. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, qeyri-formal uşaq qruplarının üzvlərindən yarıdan çoxu 14-17, üçdə bir hissəsi 18-20 yaşında olan oğlan və qızlardan ibarətdir. Bu cəhət cinayətin xarakterində də özünü aydın göstərir. Yeniyetmələr cinayətlərin böyük əksəriyyətini (70-75%-ni) qrup halında törədirlər. Cinayətkar yeniyetmələrin içərisində 14 yaşlılar – 11%, 15 yaşlılar – 7%, 16-17 yaşlılar isə 42% təşkil edirlər. Bir say seçimdə cinayətkar qrupun 33%-i 2-3 nəfərdən, 12%-i 4 nəfərdən, 9%-i 5 nəfərdən, 12%-i 6 nəfərdən, 34%-i 7 və daha çox nəfərdən ibarət olmuşdur. Bu qruplarda kiçik yaşlı uşaqlar üstünlük təşkil edirlər. Cinayətlərin 95%-i bilavasitə oğlanlar, 5%-i qızlar tərəfindən törədilir. Cinayətlərin çoxunda qızlar bilavasitə deyil, dolayısı ilə iştirak edirlər. Bir məsələni də ayrıca qeyd edək ki, K.E.İqoşev və Q.M.Minkovskinin tədqiqatlarından aydın olur ki, yetkinlik yaşına çatmış cinayətkarların təxminən yarısı natamam ailələrdə böyümüş uşaqlardır. Hətta bəzi uşaq milis otaqlarının məlumatına görə, yetkinlik yaşına çatmamış yeniyetmələrin böyük əksəriyyəti natamam ailələrdə tərbiyə olunmuş uşaqlardan ibarətdir. A.A.Bodalev, N.N.Obozov, V.V.Stalin və başqaları müəyyən etmişlər ki, “Çətin uşaqlar” içərisində də natamam ailələrdən olan uşaqlar çoxluq təşkil edirlər. A.Q.Xarçev xüsusi məktəblərdən birinin şagird kontingentinin tərkibini bu baxımdan təhlil etmişdir. Məktəbdə çətin uşaq kimi tərbiyə olunan 432 oğlan şagirddən 78,2%-i natamam ailələrdə böyüyüb ərsəyə çatmışdır. Onların əksəriyyətinin atası, bir qisminin anası, az bir qisminin isə hər iki valideyni olmamışdır. 18-25 yaşlı cinayətkarlar qrupunu öyrənərkən, tədqiqatçılar müəyyən etmişlər ki, onların 40%-nin uşaqlıq və yeniyetməlik illərində valideynlərindən biri və ya hər ikisi olmamışdır. K.E.İqoşev və Q.M.Minkovskinin tədqiqatlarından məlum olur ki, ayrı-ayrı regionlarda natamam ailələrdə böyüyüb ərsəyə çatmış şagirdlərin sosial-psixoloji portreti müxtəlif statistik materiallarda təsvir olunur. Yeniyetmələrin cinayətkar və cəmiyyətə zidd hərəkətlərinin profilaktikasına ailədən başlamaq lazımdır. XX yüziliyin sonlarında ailədə köklü dəyişikliklər baş vermişdi. “Bədbəxt ailələrin” sayı nə qədər təəccüblü olsa da, artıq ədədi silsilə ilə deyil, həndəsi silsilə ilə artır. Problemin mahiyyətini araşdıran mütəxəssislər onun başlıca səbəblərindən birini gənclərin ailə həyatına hazırlanmamasının acı nəticələrini xüsusi vurğu ilə qeyd etməyə və gənclərin ailə həyatına hazırlanmasını məktəbin əsas sosial funksiyalarından biri kimi qiymətləndirməyə başladılar.
Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin