Təsdiq edilmişdir



Yüklə 181,32 Kb.
tarix22.10.2017
ölçüsü181,32 Kb.
#10287

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 9 fevral

tarixli 31 nömrəli qərarı ilə

sdiq edilmişdir

1 nömrəli əlavə


I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin və Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili və digər məsələlərə dair
DBİRLƏR PLANI


Sıra

-si



dbirin adı

İcraçı orqanlar

İcra müddəti


1

2

3

4

1.

Bu qərarın 3 nömrəli əlavəsində göstərilən şəxslərin və təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına gəlmələri, qalma-ları və qeydiyyatı üçün beynəlxalq təcrübəyə uyğun akkreditasiya sisteminin yaradılması

Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,

Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi



fevral 2015

2.

Akkreditasiya sisteminin təşkili üzrə Fəaliyyət Proqramının hazır-lanması üçün vəzifə bölgüsünün müəyyənləşdirilməsi

Milli Təhlükəsizlik Nazirliyi,

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi



fevral 2015

3.

Akkreditasiya sisteminin təşkili üzrə Fəaliyyət Proqramının həyata keçirilməsi məqsədi ilə Birgə İşçi Qrupunun yaradılması

Milli Təhlükəsizlik Nazirliyi,

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi



fevral 2015

4.

Akkreditasiya sisteminin təşkili üzrə Məlumat Mübadilə Mərkə-zinin yaradılması və idarə olunması

Milli Təhlükəsizlik Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral – iyul 2015

1

2

3

4

5.

Qonaqların buraxılış ərizələrinə və elan edilmiş akkreditasiya qayda-larına əməl edə bilməyənlərin müraciətlərinə baxılması müddət-lərinin razılaşdırılması və qeyd olunan şəxslərin sayının artacağı təqdirdə, ehtiyat heyətin cəlb edilməsi

Milli Təhlükəsizlik Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral 2015

6.

Akkreditasiya sisteminin təşkili üzrə Məlumat Mübadilə Mərkə-zinin proses və interfeyslərinin sınaqdan keçirilməsi

Milli Təhlükəsizlik Nazirliyi,

Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi



fevral 2015

7.

Təhlükəsizlik məqsədi ilə akkredi-tasiya olunmaq üçün müraciət etmiş şəxslər barədə məlumatların yoxlanılması və bu məlumatların Xarici İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd Xidmətinin müraciətləri əsasında həmin dövlət orqanlarına təqdim olunması üzrə işçi heyətinin formalaşdırılması

Milli Təhlükəsizlik Nazirliyi

fevral – iyul 2015

8.

Məlumatların saxlanılmasına, ötürülməsinə və idarə olunmasına aid fərdi məlumatların mühafizəsi üzrə qüvvədə olan qanun-vericiliyin tələblərinə uyğun olaraq vəzifələrin icrası

Milli Təhlükəsizlik Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

mütəmadi

9.

Akkreditasiya olunmaq üçün müraciət etmiş yerli və əcnəbi vətəndaşlar haqqında məlumatların təhlükəsizlik məqsədi ilə yoxlanıl-ması üçün Məlumat Mübadilə Mərkəzinin bioqrafik məlumatların məzmunu ilə təmin edilməsi



Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral – iyul 2015




1

2

3

4

10.

Akkreditasiya üçün müraciətlərin razılaşdırılmış baxılma müddəti ərzində həmin müraciətlərin təhlükəsizlik yoxlamalarının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yekunlaşdırılması və bu barədə vahid nöqtədən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatlandırılması

Milli Təhlükəsizlik Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral – iyul 2015

11.

Akkreditasiya kartlarının hazırlan-ması

Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

mart – iyun 2015

12.

Təhlükəsizlik yoxlamasından keç-məyən şəxslərin məlumatlan-dırılması

Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral -iyun 2015

13.

Akkreditasiya kartı ilə uçuşla bağlı çətinliklərlə üzləşən əcnəbi vətəndaşlara yardım göstərilməsi üçün həftənin bütün günləri 24 saat fəaliyyət göstərən “qaynar xətt”in təşkili və bu sahədə problemlər yarandıqda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatlandırılması

Xarici İşlər Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC

13 aprel– 28 iyul 2015

14.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müəyyən etdiyi yerlərdə məlumat bürosu təşkil etməklə şəxsiyyətin müəyyənləşdi-rilməsi üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin miqrasiya məsələləri üzrə mütəxəssislərlə təmin edilməsi

Dövlət Miqrasiya Xidməti

aprel – iyun 2015

1

2

3

4

15.

Akkreditasiya kartını təhvil vermiş və ya itirmiş şəxslərin, habelə I Avropa Oyunlarının iştirakçılarının Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələ-rindən maneəsiz çıxmalarının təmin edilməsi məsələsinin həll edilməsi və bu məsələnin Daxili İşlər Nazirliyi ilə razılaşdırılması

Daxili İşlər Nazirliyi,

Dövlət Sərhəd Xidməti,

Dövlət Miqrasiya Xidməti


aprel 2015

16.

I Avropa Oyunları zamanı akkreditasiya heyəti və könüllülər üçün Oyunların iştirakçılarının şəxsiyyətlərini təsdiq edən sənədlərin yoxlanılması mövzu-sunda tədbirin keçirilməsi

Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi

fevral 2015

17.

Akkreditasiya kartının Azərbaycan Respublikasının ərazisinə sadələş-dirilmiş viza proseduru üzrə daxil olmaq üçün qanuni sənəd olduğunun tanıdılması məqsədi ilə sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin əməkdaş-larına təlimin keçirilməsi

Dövlət Sərhəd Xidməti

aprel 2015

18.

Azərbaycan Respublikasının ərazi-sində 10(on) gündən artıq mü-vəqqəti qalacaq akkreditasiya olunmuş şəxslərin, habelə I Avropa Oyunlarının iştirakçılarının olduq-ları yer üzrə qeydiyyatdan azad olunması məsələsinin həll edilməsi

Dövlət Miqrasiya Xidməti

aprel 2015

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 9 fevral

tarixli 31 nömrəli qərarı ilə



sdiq edilmişdir

2 nömrəli əlavə

I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak

edən şəxslərin və Oyunların iştirakçılarının akkreditasiyadan keçmə
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli 675 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyadan keçmə qaydasını müəyyən edir.
2. Akkreditasiya proseduru
2.1. Bu qərarın 3 nömrəli əlavəsində göstərilən şəxslər, təşkilatlar və onların nümayəndələri (bundan sonra – müvafiq ölkələrin aidiyyəti qurumları) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müəyyən edilmiş ərizə formasında akkreditasiya üçün müraciət etmiş şəxslərə dair akkreditasiya məlumatlarını Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə (bundan sonra-BAOƏK) göndərirlər.

2.2. Akkreditasiya proseduru çərçivəsində akkreditasiya üçün müraciət etmiş şəxslərin məlumatlarının təhlükəsizlik məqsədi ilə yoxlanılması üçün zəruri olan bioqrafik məlumatların məzmunu aşağıdakılardan ibarətdir:

2.2.1. adı;

2.2.2. soyadı;

2.2.3. cinsi;

2.2.4. doğum tarixi;

2.2.5. doğulduğu şəhərin, rayonun, kəndin və ya digər yaşayış məntəqəsinin adı;

2.2.6. vətəndaşlığı;

2.2.7. şəxsiyyəti təsdiq edən sənədin adı;

2.2.8. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi;

2.2.9. şəxsiyyəti təsdiq edən sənədin etibarlılıq müddəti;

2.2.10. şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;

2.2.11. fərdi identifikasiya nömrəsi;

2.2.12. təhsilinin davam etməsi və ya bitməsi haqqında məlumat (yalnız könüllülər üçün);

2.2.13. atasının adı (Azərbaycan Respublikasının akkreditasiya olunacaq vətəndaşları üçün);

2.2.14. şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyat ünvanı (akkreditasiya olunacaq kütləvi informasiya vasitələrində çalışan Azərbaycan Respublikasının vətəndaşları üçün).

2.3. BAOƏK 5 (beş) gün ərzində həmin ərizələrdəki məlumatların tamlığını yoxlayaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərir.

2.4. Akkreditasiya məlumatlarında (ərizələrdə) qeyri-dəqiqlik və ya çatışmazlıqlar olduğu təqdirdə, BAOƏK 2 (iki) gün ərzində müvafiq ölkələrin aidiyyəti qurumlarını bu barədə məlumatlandırır və müvafiq ölkələrin aidiyyəti qurumları həmin məlumatlara düzəlişlər edir, qeyri-dəqiqlik və çatışmazlıqları aradan qaldırır və BAOƏK-ə göndərir. BAOƏK 2 (iki) gün ərzində qeyri-dəqiqlik və ya çatışmazlıqlarla bağlı məlumatların tamlığını yoxlayaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərir.

2.5. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi akkreditasiya məlumatlarını (ərizələri) yoxlayaraq ərizəçinin akkreditasiyasına razılığın verilib-verilməməsi barədə öz qərarını BAOƏK tərəfindən göndərilmiş məlumatların (ərizələrin) həcmi nəzərə alınmaqla, bu qərarın qüvvəyə mindiyi tarixdən 2015-ci il 12 fevral tarixədək daxil olan ərizələrlə bağlı 28 (iyirmi səkkiz) gün ərzində, 2015-ci il 13 fevral tarixdən 2015-ci il 12 mart tarixədək daxil olan ərizələrlə bağlı 14 (on dörd) gün ərzində, 2015-ci il 13 mart tarixdən 2015-ci il 30 aprel tarixədək daxil olan ərizələrlə bağlı 5 (beş) gün ərzində, 2015-ci il 1 may tarixdən 2015-ci il 2 iyun tarixədək daxil olan ərizələrlə bağlı 1(bir) gün ərzində, 2015-ci il 3 iyun tarixdən I Avropa Oyunlarının sonunadək olan dövr müddətində daxil olan ərizələrlə bağlı isə real vaxt rejimində BAOƏK-ə göndərir.

2.6. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən göndərilən qərar müsbət olarsa, BAOƏK 2015-ci il 26 iyun tarixədək akkreditasiya kartlarını hazırlayaraq paylanılması üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına göndərir.

2.7. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən göndərilən qərar mənfi olarsa, BAOƏK müvafiq ölkələrin aidiyyəti qurumları ilə 10 (on) gün ərzində əlaqə saxlayaraq akkreditasiyasından imtina edilmiş şəxsin başqa şəxslə əvəz olunmasını təklif edir. BAOƏK ilə müvafiq ölkələrin aidiyyəti qurumları arasında akkreditasiyasından imtina edilmiş şəxsin başqa şəxslə əvəz olunması barədə razılıq əldə olunmazsa, məsələnin həlli ilə bağlı BAOƏK ilə Avropa Olimpiya Komitəsi arasında danışıqlar aparıla bilər.

2.8. Akkreditasiya üçün müraciət etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin akkreditasiyasından Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsinin müddəalarına əsasən imtina edilir. Akkreditasiyanın nəticəsi ilə bağlı qərar mübahisə predmeti ola bilməz.

___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 9 fevral

tarixli 31 nömrəli qərarı ilə



sdiq edilmişdir

3 nömrəli əlavə

I Avropa Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi

1. I Avropa Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsinə aşağıdakılar daxildir:

1.1. idmançılar, iştirakçı dövlətlərin Milli Olimpiya komitələrinin inzibati heyətləri və həmin təşkilatların dəvət etdiyi digər şəxslər;

1.2. Avropa və beynəlxalq idman federasiyalarının nümayəndələri və həmin təşkilatların dəvət etdiyi digər şəxslər, xüsusilə federasiya və təşkilatların rəhbərləri, baş katibləri, sponsorları, texniki işçiləri, hakimləri, münsiflər heyətinin üzvləri;

1.3. hakimlər, arbitrlər, texniki heyət və digər dəvətli şəxslər;

1.4. mətbuat, televiziya və digər yayım orqanlarının nümayəndələri;

1.5. BAOƏK ilə əmək münasibətlərində olan şəxslər, könüllülər, BAOƏK ilə mülki-hüquqi münasibətlərdə olan fiziki və hüquqi şəxslərin BAOƏK-ə xidmət göstərən işçiləri, I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin BAOƏK-ə xidmət göstərən işçiləri, Oyunların keçirilməsi və təşkili üzrə fəaliyyət göstərəcək dövlət qurumlarının əməkdaşları;

1.6. Avropa Olimpiya Komitəsinin üzvləri və işçiləri, Komitənin özünün dəvət etdiyi şəxslər və həmin təşkilatın digər dəvətli nümayəndələri;

1.7. Azərbaycan Respublikasının Prezidenti, I Avropa Oyunlarının keçirilməsi üzrə  Təşkilat Komitəsinin sədri, habelə onların dəvət etdikləri digər şəxslər, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;

1.8. I Avropa Oyunlarının təşkilində iştirak edən digər təşkilat və şəxslər, xüsusilə gələcəkdə keçirilməsi nəzərdə tutulan analoji oyunların təşkilat komitələrinin müşahidəçiləri, xarici ölkələrin idman nazirləri, dövlət və hökumət başçıları – onları müşayiət edən şəxslər, mühafizəçilər, diplomatik missiyaların başçıları, iştirakçı idman komandalarının tibb heyətləri;

1.9. I Avropa Oyunlarının keçirilməsinə və təşkilinə dəstək verilməsi ilə bağlı BAOƏK ilə əməkdaşlıq haqqında sazişi bağlamış hüquqi və fiziki şəxslər və onların dəvət etdikləri digər şəxslər;

1.10. BAOƏK tərəfindən I Avropa Oyunlarının təşkili və keçirilməsi məqsədləri ilə bağlı dəvət edilən digər şəxslər.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 9 fevral

tarixli 31 nömrəli qərarı ilə

sdiq edilmişdir

4 nömrəli əlavə


Akkreditasiya kartının forması
1. Akkreditasiya kartı (bundan sonra – kart) adətən qalınlığı 500 mikron olan polietilen materialdan hazırlanır və təyinatından asılı olaraq, ölçüsü 160 mm x 115 mm və ya 110 mm x 115 mm müəyyən olunur. Kart Avropa Olimpiya Komitəsinin (EOC-nin) tövsiyələri əsasında hazırlanır.

2. Kartın üz tərəfində (təsvir əlavə olunur):

2.1. sol hissədə kart sahibinin fotoşəkli üçün yer nəzərdə tutulur. Fotoşəklin altında kart sahibinin adı, soyadı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı əks olunur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır;

2.2. yuxarı sağ küncdə I Avropa Oyunlarının əmtəə nişanı, həmin nişanın altında kartın kateqoriyasını müəyyən edən hərf (hərflər) təsvir olunur;

2.3. orta hissədə kartın qeydiyyat nömrəsi və ştrix-kodu, həmçinin digər imtiyaz nişanları təsvir olunur;

2.4. orta hissənin altında oyun və qeyri-idman obyektlərinə daxilolma imtiyazı verən kod təsvir olunur;

2.5. alt hissədə kart sahibinin daxil ola biləcəyi ərazi və idman obyektində oturacağı yerin kodu təsvir olunur.

3. Kartın arxa tərəfində (təsvir əlavə olunur):

3.1. Yuxarı hissədə kartdan istifadənin hüquqi nəticələri barədə aşağıdakı mətn verilir:

“Akkreditasiya kartından (bundan sonra – kart) istifadə şərtləri: 1. Kart fərdidir, başqa şəxsə verilə bilməz (əlavə akkreditasiya vərəqəsi istisna olmaqla) və akkreditasiya olunmuş məntəqələrdə təqdim edilməklə xüsusi müəyyən olunmuş obyekt və ərazilərdə istifadə olunur; 2. Kart AOK-a məxsusdur və istənilən vaxt AOK və ya BAOƏK tərəfindən ləğv edilə bilər; 3. Kart ləğv edilərsə, kart sahibinin akkreditasiya olunmuş obyekt və ərazilərə giriş hüququ dayandırılır; 4. Kartın sahibi AOK və BAOƏK-nin bütün təsdiq olunmuş siyasət və qaydalarına, o cümlədən, idman və qeyri-idman obyektlərinin idarə olunması qaydalarına riayət etməyə razılıq verir; 5. Kartın sahibi özünün BAOƏK və ya BAOƏK-nin səlahiyyət verdiyi digər şəxslər tərəfindən fotoşəkillərinin çəkilməsinə, səsinin və görüntüsünün video və digər texniki vasitələrlə yayımlanması və yazılmasına razılıq verir, lakin şəxsən səs yazmır, fotoşəkil çəkmir, videogörüntü qeydə almır və hər hansı yayım hərəkətlərini icra etmir; 6. I Avropa Oyunları zamanı AOK və ya BAOƏK tərəfindən əvvəlcədən razılaşdırılmadığı təqdirdə kartın sahibi tərəfdən çəkilmiş şəkillərin, yazılmış səs və videogörüntülərin yayılmasına yol verilmir və onlardan kommersiya məqsədilə istifadə oluna bilməz; 7. Kartın sahibi özünə dair məlumatlardan “AOK, BAOƏK və ya üçüncü şəxslər tərəfindən məlumatların toplanılmasına dair blank”da göstərilən şərtlərə uyğun olaraq I Avropa Oyunlarında həmin kart sahibinin iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə istifadə olunmasına razılıq verir; 8. Birgünluk buraxılış vərəqələrindən yalnız vərəqənin üstündə göstərilən tarixdə və obyektlərdə istifadə olunur. 9. Kartdan onun məqsədlərinə uyğun olmayan formada istifadə hüquqi məsuliyyətə səbəb olur.”;

3.2. orta hissədə kart sahibinin fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəklin sağında kart sahibinin adı, soyadı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı və kartın qeydiyyat nömrəsi əks olunur;

3.3. orta hissənin altında kartın üz tərəfində əks olunan nişanların izahı təsvir olunur;

3.4. alt hissədə kart sahibinin daxil ola biləcəyi ərazi və idman obyektində oturacağı yerin kodu təsvir olunur.

4. Kartın üzərindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Avropa Olimpiya Komitəsinin tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.




__________________
Yüklə 181,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin