9. Tarix müəllimi tədris vahidlərinin (dərslər blokunun) və mövzuların ardıcıllığını planlaşdırarkən nələri nəzərə almalıdır?
1 – Fəndaxili inteqrasiyanı
2 – Xarici əks - əlaqənin yaradılması prinsipini
3 – Ardıcıllığın qurulması prinsipini
4 – Tədris vahidlərinin sayını
5 – Fənlərarası inteqrasiyanı
A) 1, 2, 4
B) 1, 3, 5
C) 2, 3, 4
D) 1, 3, 4
E) 2, 4, 5
10. Cari plamlaşdırmada məzmunun müəyyənləşdirən zaman nələr edilir?
1 – İllik planlaşdırma nəzərdən keçirilir
2 – Dərslikdəki mövzulara nəzər salınır
3 – Tematik plana əsasən dərsin mövzusu seçilir
4 – Əlavə ədəbiyyatlar müəyyənləşdirilir
5 – Həftəlik tədris vahidi nəzərdən keçirilir
6 – Praktiki məşğələlərin sayı müəyyənləşdirilir
A) 1, 3, 5
B) 2, 4, 6
C) 1, 4, 6
D) 2, 3, 4
E) 4, 5, 6
11. Cari planlaşdırmada məqsədlərin müəyyən olunması zamanı nələr edilir?
1 – Tematik plana əsasən dərsin mövzusu seçilir
2 – Müəllim tədris vahidi üçün planlaşdırılmış məzmun standartlarını nəzərdən
küçirir.
3 – İllik planlaşdırma nəzərdən keçirilir
4 – Məzmun standartlarının alt standartları nəzərdən keçirilir
5 – Həftəlik tədris vahidi nəzərdən keçirilir
6 – Dərsin məqsədləri müəyyənləşdirilir
A) 1, 3, 4
B) 1, 3, 5
C) 2, 3, 5
D) 2, 4, 6
E) 3, 5, 6
12. Cari planlaşdırmada strategiyaların hazırlıanması zamanı nələr edilir?
1 – Məqsədlərin reallaşdırılmasına yararlı təlim forması seçilir
2 – İnteqrasiya imkanları müəyyən edilir
3 – Didaktik materiallar müəyyənləşdirilir
4 – Standartlar əsasında dərsin məqsədləri müəyyən olunur
5– Məqsədlərin reallaşmasına yararlı təlim üsulları seçilir
6– Həftəlik tədris vahidi nəzərdən keçirilir
A)1, 3, 5
B)2, 4, 6
C)1, 2, 4
D)2, 4, 5
E) 3, 4, 6
13. Tarix dərslərində qarşıya qoyulan məqsədə nail olmaq üçün müəllim tədris
prosesinin hansı komponentlərini əsas götürməlidir?
1 – Tarix təliminin köməkçi formalarını
2 – Tədrisin məqsədini
3 – Şagirdlərin yaş xüsusiyyətlərini
4 – Tarix tədrisi prosesinin məzmununu
5 – Təlimin üsul, priyom və vasitələrini
6 – Tədris prosesinin modelini
7 – Tədrisi (Tarix müəlliminin fəaliyyətini)
8 – Didaktik materialın həcmini
9 – Öyrənməni (Tarixnı öyrənən şagirdlərin) fəaliyyətini
A) 1, 3, 6, 8
B) 2, 4, 5, 7, 9
C) 2, 3, 5, 7, 8
D) 4, 5, 7, 8
E) 1, 2, 3, 5, 7
14. Tədrisin inkişafetdirici funksiyasını həyata keçirmək üçün hansı üsullardan
istifadə edilməlidir?
1 – Şagirdlərə yüksək bilik vemək
2 – Dərsdə və sinifdənxaric tədbirlərdə tərbiyəvi işləri pedaqoji baxımdan düzgün
təşkil etmək
3 – Dərsdə məntiqi və eksperimental məsələlər həll etdirmək
4 – Uşaqları yaradıcı əmək prosesinə qoşmaq
5 – Şagirdlərin təxəyyülünü və digər qabiliyyətlərini inkişaf etdirmək
6 – Dərsdə əldə edilən bilikləri müntəzəm olaraq təkrarlatmaq
A) 1, 3, 6
B) 1, 4, 6
C) 2, 4, 5
D) 1, 2, 4
E) 2, 3, 5
15. Müəllimin təşkilatçılıq fəaliyyətinə nələr daxildir?
1 – Şagirdlər arasında, müəllimlə şagirdlər arasında ünsiyyət yaratmaq
2 – Problem xarakterli suallardan, yaradıcı tapşırıqlardan istifadə etməklə şagirdlərin idrak fəaliyyətinin maksimum aktivləşməsinə fəaliyyət göstərmək
3 – Şagirdlər üzərində müşahidə aparmaq
4 – Şagirdləri müxtəlif fəaliyyət növlərinə və ictimai işlərə cəlb etmək
5 – Təlim - tərbiyə materiallarını şagirdlərin bilik və yaş səviyyələırinə , həmçinin
dərsin məqsədində qarşıya qoyulmuş vəzifələrə uyğun şəkildə seçə bilməsi
6 – Şagirdlər arasında düzgün vəzifə bölgüsü aparmaq
7 – Kütləvi siyasi tədbirlərdə, hökumətin qərar və göstərişlərini geniş xalq kütləsi
içərisində yaymaqda fəal iştirak eymək
8 – Şagirdlərin dərsdənkənar vaxtlarını və işlərini düzgün planlaşdırmaq
A) 2, 4, 5, 7
B) 1, 3, 5, 7
C) 2, 4, 6, 8
D) 1, 3, 6, 8
E) 1, 2, 3, 4
16.Biri doğru deyil. Kurikulum əsasında prespektiv planlaşdırma:
A) Daha çevikdir
B) Qiymətləndirmə standartları müəyyənləşdirilməlidir
C) Müəllim planlaşdırmada əlavələr və dəyişikliklər edə bilər
D) Qiymətləndirmə vasitələri müəyyənləşdirilməlidir
E) daha passivdir
17. Tarix müəlliminin dərsə hazırlaşması hansı yollarla həyata keçirilməlidir?
1 – Müəllim özünün ümumi elmi, siyasi, pedaqoji, psixoloji və metodik hazırlığını
daim artırmağa çalışmalı
2 – Müəllim öz üzərində müntəzəm surətdə məqsədyönlü şəkildə ciddi işləməli
3 – Tarix müəllimi şagirdlərin tərbiyəsi ilə ciddi məşğul olmalı
4 – Şagirdlərin ev tapşırıqlarını dəqiqliklə yoxlamalı
5 – Tarix fənninin əhatə etdiyi didaktik materiallar üzərində sistematik və ardıcıl
surətdə işləməli
6 – Şagirdlərin biliklərinin qiymətləndirilməsində obyektiv olmalı
7 – Tarix dərslərinin təşkili və keçirilməsinə aid dövlət proqramı (kutikulumu) ,
dərsliklər, elmi - kütləvi və metodik ədəbiyyatlar ilə yaxından tanış olmalı
A) 3, 4
B) 2, 4, 6, 7
C) 1, 2, 5, 7
D) 1, 4, 6
E) 1, 4, 6, 7
18. Müasir təhsildə hansı planlaşdırmadan istifadə edilir? Düzgün cavabları seçin
1 – İllik
2 – gündəlik
4 – rüblük
5 – cari
6 – həftəlik
A) 2, 3
B) 1, 5
C) 5, 6
D) 1, 4
E) 2, 6
19. Perspektiv planlaşdırma hansı ardıcıllıqla aparılır?
1 – Tədris vahidləri müəyyən edilir
2 – Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir
3 – Sinif üzrə standartlar nəzərdən keçirilir
4 – Resurslar seçilir
5 – İnteqrasiya imkanları müəyyənləşdirilir
6 – Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır
7 – Qiymətləndirmə texnologiyası seçilir
8 – Təlim strategiyaları müəyyən edilir
A) 2, 6, 7, 1, 8, 4, 5, 3
B) 1, 2, 3, 4, 6, 7, 8, 5
C) 3, 1, 2, 6, 8, 5, 4, 7
D) 7, 2, 1 , 4, 3, 5, 6, 8
E) 4, 2, 1, 3, 8, 7, 6, 5
20. Cari planlaşdırmanın aparılması ardıcıllığı hansı halda düzgündür?
1 – Standartlara əsasən məqsədlər müəyyən olunur
2 – Dərsin planı hazırlanır
3 – İllik planlaşdırmadan istifadə edərək məzmun müəyyənləşdirir
4 – Qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir
5 – İnteqrasiya imkanları müəyyən edilir
6 – Resurslar seçilir
7 – Strategiya hazırlanır
A) 1, 2, 3, 4, 5, 6, 7
B) 1, 2, 4, 5, 6, 7, 3
C) 1, 3, 5, 6, 7, 4, 2
D) 3, 1, 7, 5, 6, 4, 2
E) 2, 3, 4, 6, 7, 5, 1
21. Dərsin planının tərtibi ardıcıllığını müəyyən edin.
1 – Dərsin məqsədləri
2 – Təlim üsulları
3 – Standartlar
4 – Sinifdə iş forması
5 – Dərsin mərhələlərinin gedişinin təsviri
6 – İstifadə ediləcək resurslar
7 – Dərsin mövzusu
A) 1, 2, 3, 4, 5, 6, 7
B) 3, 7, 1, 2, 4, 6, 5
C) 5, 6, 4, 2, 1, 7, 3
D) 3, 5, 7, 6, 1, 2, 4
E) 1, 2, 7, 6, 3, 4, 5
22. Perspektiv planlaşdırma sxeminin ardıcıllığını müəyyən edin.
1 – Standartlar
2 – Tədris vahidi
3 – Resurslar
4 – İnteqrasiya
5 – Saat
6 – Qiymətləndirmə
7 – Tarix
8 – Mövzular
A) 2, 7, 8, 6, 1, 3, 5, 4
B) 7, 5, 3, 4, 1, 8, 2, 6
C)2, 8, 1, 4, 3, 6, 5, 7
D) 1, 4, 8, 6, 2, 3, 7, 5
E) 6, 8, 2, 3, 5, 4, 7, 1
23. Müasir təhsildə illik planlaşdırılmada ardıcıllığı müəyyən edin
1 – Tədris vahidləri müəyyən edilir
2 – Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır
3 – Sinif üzrə standartlar nəzərdən keçirilir
4 – Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir
5 – Təlim strategiyaları müəyyən edilir
6 – Resurslar seçilir
A) 6, 5, 2, 4, 1, 2
B) 1, 2, 3, 4, 5, 6
C) 3, 1, 4, 2, 5, 6
D) 3, 6, 1, 5, 4, 2
E) 4, 2, 1, 5, 3, 6
24. Müasir təhsildə cari planlaşdırmada ardıcıllığı müəyyən edin
1 – Strategiya hazırlanır
2 – Standartlar əsasında məqsədlər müəyyən olunur
3 – Məzmun müəyyənləşdirilir
4 – Qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir
5 – Resuslar seçilir
6 – Dərsin planı hazırlanr
A) 1, 5, 2, 6, 3, 4
B) 5, 4, 6, 3, 2, 1
C) 3, 6, 2, 4, 1, 5
D) 2, 6, 5, 4, 1, 3
E) 3, 2, 1, 5, 4, 6
25. Müasir dərsin planının tərtibi ardıcıllığını müəyyən edin
1 – Təlim üsulları
2 – Dərsin məqsədləri
3 – Standartlar
4 – Dərsin mövzusu
5 – Dərsin mərhələlərlə gedişinin təsviri
6 – İstifadə ediləcək resurslar
7 – Sinifdə iş formaları
A) 4, 2, 3, 7, 1, 5, 6
B) 3, 5, 4, 6, 2, 7, 1
C) 4, 3, 2, 1, 7, 6, 5
D) 1, 7, 2, 6, 5, 3, 4
E) 2, 1, 5, 4, 6, 3, 7
26. Tarix müəllimi dərsə hansı ardıcıllıqla hazırlaşmalıdır?
1 – həm dərslikdə olan, həm də əlavə materialları dərindən öyrənməli
2 – dərsin mövzusunu, məqsədini, necə təşkil edəcəyini müəyyənləşdirməlidir
3 – təcrübələri əvvəlcədən diqqətlə yoxlamalı və onları nümayiş etdirmək üçün
hazırlamalı
4 – keçən dərsin nəticələrini təhlil etməli
5 – dərsə müvafiq demonstrasiya və ya illüstrasiya materialını, laborator
təcrübələrini və praktik məşğələ üçün lazım olan materialı hazırlamalı
A) 5, 1, 4, 3, 2
B) 1, 2, 3, 4, 5
C) 2, 4, 5, 1, 3
D) 1, 3, 2, 5, 4
E) 4, 2, 5, 3, 1
27. Uyğunluğu müəyyən edin.
I – Perspektiv planlaşdırmada nələr edilir
II – Cari planlaşdırmada nələr edilir
1 - məzmun müəyyənləşdirilir
2 - standartlar nəzərdən keçirilir
3 - tədris vahidləri müəyyən edilir
4 - dərsin planı hazırlanır
5 - tədris vahidləri üzrə vaxt bölgüsü aparılır
6 - məqsədlər müəyyən olunur
7 - qiymətləndirmə texnologiyası seçilir
8 - qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir
A) I - 1, 4, 6, 8; II - 2, 3, 5, 7
B) I - 2, 3, 5, 7; II - 1, 4, 6, 8
C) I - 2, 3, 6, 8; II - 1, 4, 5, 7
D) I - 4, 5, 6, 8; II - 1, 2, 3, 7
E) I - 3, 4, 5, 6; II - 1, 2, 7, 8
28. Tarix müəlliminin həyata keçirdiyi təlim prosesinin istiqamətləri ilə onlara aid olanlar arasında uyğuluğu müəyyən edin
I – Şagirdlərin idrak prosesləri
II – Şagirdlərin şəxsiyyətinin inkişafı
1 - təxəyyül
2 - sosial - psixoloji
3 - təfəkkür
4 - emosional - iradi
5 - hafizə
6 - diqqət
A) I - 2, 4; II - 1, 3
B) I - 2, 4; II - 1, 3, 5, 6
C) I - 5, 6; II - 1, 2, 3, 4
D) I - 1, 3, 5, 6; II - 2, 4
E) I - 3, 2, 4; II - 1, 5, 6
29. Cari planlaşdırmada uyğunluğu müəyyən edin
I – Strategiyaların hazırlanması zamanı nələrə baxılır
II – Məzmunun müəyyənləşdirilməsi zamanı nələrə baxılır
1 - illik planlaşdırma
2 - didaktik materiallar
3 - həftəlik tədris vahidi
4 - təlim üsulları
5 - təlim forması
6 – dərsin mövzusu
A) I - 2, 3, 6: II - 1, 4, 5
B) I - 1, 3, 6; II - 2, 4, 5
C) I - 2, 4, 5; II - 1, 3, 6
D) I - 4, 5; II - 2, 3, 6
E) I - 2, 6; II - 1, 4, 5
30. Uyğunluğu müəyyən edin
I – Məzmun müəyyənləşdirilən zaman
II – Məqsədlərin müəyyən olunması zamanı
III – Strategiyaların hazırlanması zamanı
1 - məqsədlərin reallaşmasına yararlı təlim forması və üsulları seçilir
2 - illik planlaşdırılma nəzərdən keçirilir
3 - müəllim tədris vahidi üçün planlaşdırılmış məzmun standartlarını və onun alt
standartlarını nəzərdən keçirir
4 - həftəlik tədris vahidi nəzərdən keçirilir
5 - strategiyaların həyata keçirilməsi üçün uyğun didaktik materiallar
müəyyənləşdirilir
6 - tematik plana əsasən dərsin mövzusu seçilir
A) I - 1, 5; II - 2, 4; III - 3, 6
B) I - 2, 4, 6; II - 3; III - 1, 5
C) I - 2, 5; II - 3, 4, 6; III - 1
D) I - 3; II - 6; III - 4
E) I - 1; II - 5; III – 2
31. Tarix müəlliminin funksiya və vəzifələri ilə onlara aid olanlar arasında
uyğunluğu müəyyən edin.
I – Öyrədici
II – Tərbiyəedici
III – İnkişafetdirici
IV –Konstruktiv
V – Kommunikativ
1 - şagirdlər və şagirdlərlə müəllim arasında qarşılıqlı əlaqə yaratmaq
2 - elmi - dünyagörüş
3 - ideya - siyasi əqidə
4 - hafizənin, təxəyyülün inkişafı
5 - Tarix elmi və sənayesinə, Tarix proqramında müəyyən edilmiş mövzulara aid
bilikləri mənimsətmək
6 - müəllimin əməli fəaliyyəfi
7 - ünsiyyət yaratmaq
A) I - 5; II - 2, 3; III - 4; IV - 6, V - 1, 7
B) I - 4; II - 5; III - 2; IV - 1, 7; V - 6
C) I - 2; II - 6; III - 1; IV - 3; V - 4
D) I - 7; II - 1; III - 6; IV - 2; V - 3
E) I - 3, 7; II - 6; III - 2, 4; V – 5
32. Tarix fənn kurikulumunda neçə cür planlaşma vardır?
A) 3
B) 2
C) 4
D) 5
E) 1
33. Perspektiv planlaşmada hansı nəzərdə tutulmayıb
A) Alt standartlar
B) İnteqrasiya
C) dərsin mərhələləri
D) Resurslar
E) Qiymətləndirmə
34. Cari planlaşmanın həyata keçirilmə alqoritmini göstərin?
A) Məzmun xətti, təlim məqsədi, mövzu, inteqrasiya, təlim forması, təlim üsulu, resrslar, dərsin mərhələləri..
B) Əsas standart, alt standart, təlim məqsədi, mövzu, inteqrasiya, təlim forması, təlim üsulu, resrslar, dərsin mərhələləri.
C) Alt standart, təlim məqsədi, mövzu, inteqrasiya, təlim forması, təlim üsulu, resrslar, dərsin mərhələləri
D) Alt standart, inteqrasiya, təlim məqsədi, mövzu, təlim forması, təlim üsulu, resrslar, dərsin mərhələləri.
E) Alt standart, təlim məqsədi, inteqrasiya, mövzu, təlim üsulu, təlim forması, resrslar, dərsin mərhələləri.
35. Cari planlaşma nümunəsində nəzrdə tutulan dərsin mərhələlərinin alqoritmini müəyyən edin.
A) Motvasiya, tədqiqatın aparılması, məlumatın mübadiləsi və müzakirəsi, ümumiləşmə və nəticə, yaradıcı tətbiqetmə, refleksiya və qiymətləndirmə, ev tapşırığı.
B) Motvasiya, tədqiqatın aparılması, məlumatın mübadiləsi və müzakirəsi, yaradıcı tətbiqetmə, ümumiləşmə və nəticə, refleksiya və qiymətləndirmə.
C) Tədqiqatın aparılması, motvasiya, məlumatın mübadiləsi və müzakirəsi, ümumiləşmə və nəticə, yaradıcı tətbiqetmə, refleksiya və qiymətləndirmə.
D) Motvasiya, tədqiqatın aparılması, məlumatın mübadiləsi və müzakirəsi, ümumiləşmə və nəticə, refleksiya və qiymətləndirmə, yaradıcı tətbiqetmə.
E) Ev tapşırığının yoxlanılması, motvasiya, tədqiqatın aparılması, məlumatın mübadiləsi və müzakirəsi, ümumiləşmə və nəticə, yaradıcı tətbiqetmə, refleksiya və qiymətləndirmə.
36. İllik planlaşdırma zamanı müəllimdə olan bacarıqlara aid deyil?
A)dərsin mərhələlərinin alqoritminə diqqət etmək
B)vaxt bölgüsü aparmaq
C)mövzuların sadədən mürəkkəbə
D)məntiqi ardıcıllığını nəzərə almaq
E)mövzuları bölmək və ya birləşdirmək
37. Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllm üçün zəruri hesab edilən bacarıqlara aid olmayan variantı müəyyən edin:
A)İnteqrasiya imkanlarını müəyyən etmək.
B)Dərsliyə əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
C)Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
D)Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq və əlavə resurslar seçmək.
E)Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
38. Planlaşma apararkən müəllim nəyi əsas tutmaya bilər.
A) Dərsin təlim məqsədlərinə nail olmaq üçün müvafiq forma və üsulları, təlim tapşırıqlarını müəyyənləşdirir;
B) Məktəbin maddi-texniki bazasına, yerləşdiyi coğrafi şəraitə, sinfin səviyyəsinə uyğun illik planlaşdırma aparır və ya mövcud planlaşdırmanı məktəbin maddi-texniki bazasına, yerləşdiyi coğrafi şəraitə, sinfin səviyyəsinə uyğunlaşdırır;
C) Fəal dərsin mərhələlərini
D) Dərsin təlim məqsədlərinə müvafiq qiymətləndirmə meyar və vasitələrini tərtib edir;
E) Gündəlik dərs planı nümunəsi tərtib edir və hazırladığı nümunəvi dərsi nümayiş etdirir.
##num= 11// level= 1// sumtest= 67// name= Müasir qiymətləndirmənin istiqamətləri.Tarixin tədrisində məktəbdaxili qiymətləndirmənin aparılması metodikası //
1. Təhsildə qiymətləndirmə nədir?
A) Təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
B) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir
C) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi
D) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
E) Şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsidir
2. Qiymətləndirmə standartları neçə səviyyədə həyata keçirilir?
A) 3
B) 4
C) 5
D) 2
E) 7
3. Aşağıdakılardan hansı təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət
tələbidir?
A) Məzmun xətti
B) Təlim strategiyaları
C) Qiymətləndirmə standartı
D) Məzmun standartı
E) Alt – standart
4. Bunlardan biri məktəbdaxili qiymətləndirmənin tərkib hissəsi deyil?
A) Böyük summativ qiymətləndirmə
B) Diaqnostik qiymətləndirmə
C) Formativ qiymətləndirmə
D) Milli qiymətləndirmə
E) Kiçik summativ qiymətləndirmə
5. “Portfolio” nədir?
A) Müəllimlərin şagird haqqında rəyləri
B) Şagirdin yazı işləri və qiymətləri haqqında məlumat
C) Şagirdin davranışı barədə məlumatlar
D) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və
tövsiyələrindən ibarət sənədlər toplusu.
E) Şagirdin sağlamlıq göstəriciləri
6. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır?
A) Hər ayın əvvəlində
B) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində
C) Hər dərsdə
D) Bölmə və bəhslərin, yarımilin sonunda
E) Tədris ilinin sonunda
7. Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində
Qiymətləndirmə Konsepsiyası”na aid deyil.
A) Buraxılış imtahanları.
B) Qiymətləndirmə meyarları.
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xususiyyətləri.
D) Tərbiyyəsinə görə qiymətləndirmə.
E) Kurikulum uzrə qiymətləndirmə.
8. Məktəbdaxili qiymətləndirmənin neçə növu var?
9. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
A) Fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
B) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.
C) Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
D) Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
E) Şagirdlərin təlim sahəsində irəliləyişlərini və bacarıqlarını qiymətləndirmək.
10. Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
B) Təhsilin muəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dovlət tələbidir.
C) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin
yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir.
D) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
E) Siniflər uzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
Dostları ilə paylaş: |