Təsdiq edirəm: Kafedra müdiri Sərdarov B. S. “ ” sentyabr 2016-cı IL



Yüklə 62.01 Kb.
tarix14.06.2018
ölçüsü62.01 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

Sərdarov B.S.

___” sentyabr 2016-cı il


Fənn proqramı (sillabusu)

Kafedra: Yapışdırıcı materiallar və betonlar texnologiyası

Fənnin adı: Mineralogiya və kristalloqrafiya

1. Fənn haqqında məlumat:

Kodu 060601

Tədris ili 2016- 2017, semestr I (payız)

Fakültə: İnşaat texnologiyası

Qrup ­­­: M 695 a

Tədris yükü: mühazirə - 30 saat, laboratoriya - 30 saat. Cəmi – 60 saat.

Kredit: ___4______

Auditoriya: № ________

Saat: ________

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi t.e.d., dos., Quvalov Abbas Abdurəhman oğlu

Kafedranın ünvanı: Ayna Sultanova küçəsi 5

Məsləhət saatları: ______________

E-mail ünvanı: abbas-guvalov@mail.ru

İş telefonu: 539-10-25 (6-18)



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Гумилевский С.А., В. М. Киршон, Г.П.Луговской «Кристаллография и минералогия», Учебн. Пособие для втузов. М., «Высшая школа», 1972

2. M.İ.Çıraqov, M.B.Babanlı “Kristallokimya”, 1997
4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Süxur, filiz və qeyri-filiz əmələ gətirən mineralların hərtərəfli öyrənilməsi ilə mineralogiya elmi məşğul olur. Deməli mineralogiya minerallar haqqında təlimdir (elmdir) və onun öyrəndiyi obyekt mineraldır.

Kristalloqrafiya və mineralogiya fənnində kristalloqrafiyanın inkişaf tarixinin qısa icmalı kristal və kristallik maddələr haqqında geniş məlumat verilir. Kristalloqrafiyanın bölmələri olan həndəsi kristalloqrafiya, fiziki kristalloqrafiya və kristallokimya haqqında geniş məlumat verilir.Kristallik maddələri təşkil edən mineralların fiziki xassələri, kimyəvi tərkibi və quruluş formulları, həmçinin, minerallarda olan suyun növləri izah edilmişdir. Bu fənndə, həmçinin,_mineralların tədqiqat üsulları, baxışla öyrənilməsi, laboratoriya tədqiqatı və onların təsnifatı geniş şərh edilmişdir.



Bu fənni öyrənməklə tələbələr kristallar və minerallar haqqında ətraflı məlumatları biləcəklər, inşaat materiallarının bərkiməsi zamanı struktur əmələgətirmə proseslərinin yüksək səviyyədə izah olunmasına nail olacaqlar, mikroskop, rentgen və termiki analiz aparmaq üçün istifadə olunan cihazlarla işləmə vərdişlərinə yiyələnəcəklər.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1. Mineralogiya haqqında anlayış. Mineralogiyanın qısa inkişaf tarixi. Mineralogiyanın mineral xammal bazarının inkişafında rolu. Mineralogiya elminin qarşısında duran əsas məsələlər.

2

21.09.2016

2

Mövzu№2. Mineralların fiziki xassələri. Kimyəvi rabitənin mineralların fiziki xassələrinə təsiri. Mineralların optik xassələri. Mineralların rəngi. Mineral parıltısı. Mineralların şəffaflığı

2

28.09.2016

3

Mövzu№3. Mineralların mexaniki xassələri. Mineralların ayrılma qabiliyyəti. Mineralların sınıqları.

2

05.10.2016

4

Mövzu№4. Mineralların kimyəvi tərkibi və formulu. Kimyəvi tərkibindən asılı olaraq mineralların xassələrinin dəyişməsi. Kimyəvi analizin nəticələrinə görə mineralların formulunun hesablanması. Emprik formullar. Quruluş formulları.

2

12.10.2016

5

Mövzu№5. Minerallarda suyun növü. Konstitusion su. Kristallaşma suyu. Quruluşdakı sərbəst su. Adsorbsiya suyu. Hiqroskopik su.

2

19.10.2016

6

Mövzu№6. Kolloidlər və kolloid minerallar. Kolloid məhlullar və onların xassələri. Dispers sistemlərin növləri. Kollodilərin koaqulyasiyası. Kolloid mineralların xüsusiyyətləri.

2

26.10.2016

7

Mövzu№7. Metamikt minerallar. Metamikt mineralların çevrilmələri. Titan qrupu mineralları. Silikatlar.

2

02.11.2016

8

Mövzu№8. Mineralların genezisi. Endogen proseslər. Ekzogen proseslər. Metamorfik proseslər.

2

09.11.2016

9

Mövzu№9. Mineralların tədqiqat metodları. Mineralların vizual öyrənilməsi. Mikroskopik, elektronomikroskopik üsulları. Rentgenometrik və termiki üsullar. Analitik üsulları.

2

16.11.2016

10

Mövzu№10. Mineralların təsnifatı. Xarici görünüşünə görə təsnifat. Kimyəvi tərkibinə görə təsnifat. Kristallokimyəvi təsnifat. Mineralların təsnifat sxemi.

2

23.11.2016

11

Mövzu№11. Mineralların şərhi. Özüyaranan elementlər sinifi. Sulfidlər sinifi. Oksidlər sinifi. Karbonatlar sinfi. Silikatlar sinifi.

2

30.11.2016

12

Mövzu№12. Kristalloqrafiya kristallar haqqında elmdir. Kristalloqrafiya kristalların formasını, daxili quruluşunu, həmçinin, fiziki-kimyəvi xassələrini və mənşəyini öyrənir.

2

07.12.2016

13

Mövzu№13. Kristal və kristal qəfəsləri haqqında məlumat. Kristallik maddələrin xassələri. Eynicinslilik. Anizotropluq. Sabit ərimə nöqtəsinə malik olmaq.

2

14.12.2016

14

Mövzu№14. Həndəsi kristalloqrafiya. Kristalların simmetriyaları. Simmetriya elementləri. Sinqoniyalar.

2

21.12.2016

15

Mövzu№15. Kristalların formaları. Təbəqəli, iynəvari, izometrik kristallar. Kristalların sadə formaları. Sadə formaların kombinasiyaları.

2

28.12.2016

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Mineralların baxışla təyini



2

15.09.16

2

Mövzu№2

Mineralların mikroskopik təyini



4

22.09.16

29.09.16


3

Mövzu№3

Mineralların elektron mikroskopu ilə təyini



4

06.10.16

13.10.16



4

Mövzu№4

Mineralların termiki analiz üsulu ilə təyini



4

20.10.16

27.10.16


5


Mövzu№5

Mineralların fiziki xassələrinin təyini üsulları



4

03.11.16

10.11.16


6

Mövzu№6

Kristalların xarici formalarına görə təyini



2

17.11.16

7

Mövzu№7

Kristallik sinqoniyaların parametrlərə görə vurulması



2

24.11.16

8

Mövzu№8

Rentgen üsulu ilə mineralların təyini



4

01.12.16

08.12.16


9

Mövzu№9

Kristallarda atom müstəviləri arasındakı məsafənin təyini



4

15.12.16

22.12.16


5.3. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Rentgen quruluş təhlili

2.

Quruluşun təyin üsulları

3.

İzomorfizm

4.

Polimorfizm

5.

Politipizm

6.

Orta kateqoriyaya daxil olan sinqoniyalar

7.

Sementin bərkiməsi zamanı quruluşəmələ gəlmənin getməsi

8.

Kristalloqrafiyada parametrlər nisbətinin sabitliyi qanunu

9.

Van-der-Valls rabitəsi və onun qarşılıqlı təsirləri

10.

Materialların mikroquruluşu və onun ölçülməsi üsulları

11.

Kristal maddələrdə simmetriya

12.

Moos şkalasının mahiyyəti və onun quruluşu

13.

Elektrik mikroskopunun iş prinsipi və kristalların təyiniKovalent tip rabitə

14.

Kovalent tip rabitə

15.

Van-der-Valls rabitəsi


6. Davamiyyətə verilən tələblər

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


Mühazirə rəhbəri: ____________ dos. Quvalov A.A.
Laboratoriya işlərinin rəhbəri:___________baş müəl. Şahmarov V.Ü.
09” sentyabr 2016-cı il

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə