Test suallari iqtisadiyyata dövlətin müdaxiləsi hansı əsrdən başlanmışdır?



Yüklə 1,15 Mb.
səhifə1/10
tarix17.11.2018
ölçüsü1,15 Mb.
#84132
  1   2   3   4   5   6   7   8   9   10

İQTISADİYYATIN TƏNZİMLƏNMƏSİ” FƏNNİ ÜZRƏ

TEST SUALLARI
1. İqtisadiyyata dövlətin müdaxiləsi hansı əsrdən başlanmışdır?

A)) XI əsrdən;

B) VII əsrdən;

C) VIII əsrdən;

D) IX əsrdən;

E) X əsrdən.



2. Əmtəə - pul münasibətləri hansı əsrlərdə formalaşmağa başlamışdır?

A)) XI – XVI əsrlərdə;

B) VI – VII əsrlərdə;

C) VII – VIII əsrlərdə;

D) VIII – IX əsrlərdə;

E) IX – X əsrlərdə.



3. Merkantilizm nəzəriyyəsinə görə sərvətin mənbəyinin hansı sahədə olduğu göstərilir?

A)) xarici ticarətdə;

B) fermer təsərrüfatında;

C) sənayedə;

D) istehsalda;

E) maliyyədə.



4. Fizokratlar sərvətin mənbəyinin hansı sahə olduğunu göstərirlər:

A)) istehsalda;

B) sənayedə;

C) ticarətdə;

D) sənətkarlıqda;

E) maliyyədə.



5. A. Smitə görə sərvət harada yaradılır və onun mənbəyini nə təşkil edir?

A)) istehsalda - əmək;

B) ticarətdə - alqı-satqı;

C) sənayedə - əmək;

D) fermer – təsərrüfatında – torpaq;

E) kommersiyada – pul.



6. Fransız iqtisadçısı Jan Batist Sey sərvətin yaranma mənbəyini nədə görür?

A)) əmək, kapital, torpaqda;

B) əmək, kapital, təşkildə;

C) torpaq, əmək, təşkildə;

D) kapital, torpaq, ideyada;

E) ideya, əmək, torpaqda.



7. Neoklassik nəzəriyyənin əsas nümayəndələrinin iqtisadi fikir baxışları hansıdır?

A)) iqtisadiyyat tarazlı harmonik sistemdir;

B) iqtisadiyyat açıq sistemdir;

C) iqtisadiyyat maddi və həvəsləndirmə sistemdir;

D) İqtisadiyyat həm açıq və həm də qapalı sistemdir;

E) iqtisadiyyat yeniliklərin balanslı sistemidir.



8. İqtisadi liberalizm nəzəriyyəsinin yaradıcılarına görə dövlətin funksiyası nədən ibarətdir?

A)) dövlət sahibkarlığın və bazarın fəaliyyət üçün əlverişli şərait yaratmalıdır;

B) dövlət bazarın inkişafı üçün məhdud şərait yaratmamalıdır;

C) dövlət iqtisadi sistemi tam tənzimləməlidir;

D) dövlət sosial infrastrukturu formalaşdırmalıdır;

E) dövlətin iqtisadiyyata müdaxiləsi uzunmüddətli olmalıdır.



9. Bu bəndlərdən hansı C.M. Keynsin iqtisadi təliminin əsaslarına aid deyil?

A)) kor – təbii bazar mexanizmi sistemində cəmiyyətin bütünlükdə əhval – ruhiyyəsinin yaxşılaşdırılması səbəbləri;

B) kor – təbii bazar mexanizminin qiymətləndirilməsi;

C) iqtisadiyyata dövlət müdaxiləsinin səbəbləri;

D) iqtisadiyyata dövlət müdaxiləsinin məqsədinin formalaşdırılması;

E) İDT –nin forma və metodlarının istiqamətinin müəyyən edilməsi.



10. Keyisçilərə görə hansı bənd bazar mexanizminin mənfi cəhətləri deyil?

A)) Bütün nemət və xidmətlər bazar sistemi ilə qiymətləndirilir;

B) Bazar daxilən dəyanətli deyildir;

C) bazar sistemində yüksək tərəqqidən sonra tənəzzül baş verir;

D) bazara tsiklik təkrar istehsal xasdır;

E) bazar sistemi sosial nəticələrə biganədir.



11. Monetarizm nəzəriyyəsinin yaradıcısı Milton Fridmenə görə iqtisadiyyata dövlətin müdaxiləsi hansı vasitə ilə olmalıdır?

A)) pul parametrləri vasitəsilə;

B) sosial proseslərin qiymətləndirilməsi vasitəsilə;

C) istehsalın həcminin dinamik artımı vasitəsilə;

D) ictimai sərvət və milli təhlükəsizlik vasitəsilə;

E) məcmu tələbin və maliyyə vəsaitlərinin genişləndirilməsi vasitəsilə.



12. Bu bəndlərdən hansı hiperinflyasiya şətaitində iqtisadi böhrandan çıxmaq üçün monotaristərin dövlətə təklif etdikləri proqrama aid deyil?

A)) yüksək valyuta faizinin tətbiq olunması;

B) yüksək bank faizinin tətbiq olunması;

C) dövlət tərəfindən pul kütləsinin həcminə ciddi nəzarət edilməsi;

D) əmək haqqı artımının tənzimlənməsi;

E) dövlət büdcəsi xərclərinin azaldılması.



13. Hansı bənd iqtisadiyyatın dövlət tənzimlənməsinin vəzifəsinə aid deyil?

A)) idxalı dəstəkləmək, üstün sahələrə yiyələnmək;

B) prioritet sahələri müəyyənləşdirmək;

C) iqtisadi artımı stimullaşdırmaq;

D) ayrı – ayrı sahələrin struktur irəliləyişlərini maraqlandırmaq;

E) regional sahələrin strukturunun inkişafını həvəsləndirmək.



14. Bu bənddən hansı iqtisadi strategiyanın məqsədinin istiqamətlərinə aid deyil?

A)) qiymətlərin tələb və təklif vasitəsilə tənzimləməsinin qeyri – stabil səviyyəsi;

B) iqtisadi artım;

C) iqtisadi azadlıq;

D) iqtisadi təminat;

E) tam məşğuliyyət.



15. Bunlardan hansı İDT –nin inkişaf mərhələsinin təsnifatına aid deyil?

A)) seriyalı istehsal mərhələsi;

B) kütləvi istehsal mərhələsi;

C) azad rəqabət mərhələsi;

D) satış mərhələsi;

E) industrial mərhələ.



16. Bunlardan hansı geniş təkrar istehsalın ardıcıl mərhələsini əhatə edir?

A)) istehsal, bölgü, mübadilə istehlak;

B) istehsal, mübadilə, bölgü, istehlak;

C) istehsal, tədavül, bölgü istehlak;

D) istehsal, satış, istehlak;

E) əmtəə, istehsal, istehlak.



17. Dövriyyə üçün zəruri olan pulun həcmi necə hesablanır?

A)) məhsul kütləsinin ümumi qiymətinin pulun dövretmə sürətinə nisbəti ilə;

B) pulun dövretmə sürətinin məhsulun kütləsinin ümumi qiymətinə nisbəti ilə;

C) milli gəlirin həcminin pulun dövretmə sürətinə nisbəti ilə;

D) məhsulun qiymətinin məhsulun ümumi həcminə nisbəti ilə;

E) məhsulun kütləsinin ümumi qiymətinin faiz stavkasının funksional həcminə nisbəti ilə.



18. Ticarət və xidmət sahələrində dövr etmək üçün lazım olan pulun həcmi hansı düsturla hesablanır?

A)) ;

B) ;

C)

D) ;

E) .



19. Bunlardan hansı dövlətin daxili funksiyasına aid deyil?

A)) maliyyə sistemi vasitəsilə reallaşdırılan tarazlıq funksiyası;

B) dövlətin iqtisadi funksiyası;

C) dövlətin sosial funksiyası;

D) dövlət qanunçuluğunun qorunması ilə bağlı funksiya;

E) ekologiya sahəsində dövlətin funksiyası.



20. Müasir iqtisadi ədəbiyyatlarda göstərilən bu bəndlərdən hansı dövlətin iqtisadi funksiyasına aid deyil?

A)) bazar sisteminin qeyri – rasional fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi;

B) bazar sisteminin fəaliyyətinə şərait yaradan hüquqi bazanın təmin edilməsi;

C) rəqabətin qorunub saxlanması;

D) gəlir və sərvətlərin yenidən bölgüsü;

E) iqtisadiyyatın sabitləşməsi.



21. İqtisadiyyatın birbaşa dövlət tənzimlənməsi hansı iqtisadi vasitə ilə həyata keçirilir?

A)) büdcə siyasəti vasitəsilə;

B) maliyyə siyasəti vasitəsilə;

C) vergi siyasəti vasitəsilə;

D) pul – kredit siyasəti vasitəsilə;

E) investisiya siyasəti vasitəsilə.



22. Bu bənddən hansı İDT –nin obyektinə aid deyil?

A)) tədarükçülər;

B) rəqabət şəraiti;

C) pul dövriyyəsi;

D) xarici iqtisadi əlaqələr;

E) qiymətlər.



23. Bu bənddən hansı İDT –nin subyektinə aiddir?

A)) sosial qruplar;

B) sosial münasibətlər;

C) kadrların hazırlanması;

D) məşğulluq;

E) ətraf mühit.



24. Bu bənddən hansı bazar iqtisadiyyatlarına keçidin qarşısında duran əsas vəzifəyə aid deyil:

A)) maliyyənin sadələşdirilməsi;

B) qiymətin sərbəstləşdirilməsi;

C) özəlləşdirmə;

D) iqtisadiyyatın inhisarsızlaşdırılması;

E) bazar infrastrukturunun formalaşdırılması.



25. İqtisadiyyata dövlət müdaxiləsi ilk dəfə hansı ölkədə olmuşdur?

A)) ABŞ –da;

B) İngiltərədə;

C) Yaponiyada;

D) Çində;

E) Misirdə.



26. Müasir dünya iqtisadiyyatında dövlətin iqtisadiyyatda iştirakı neçə səviyyədə qruplaşdırılır?

A)) üç qrupda;

B) iki qrupda;

C) bir qrupda;

D) dörd qrupda;

E) beş qrupda.


27. Kreditin əsas mənbəyi bunlardan biri deyil:

A)) sosial inkişaf fondu;

B) yığım fondu;

C) amortizasiya fondu;

D) fiziki şəxslərin əmanətləri;

E) dövriyyə kapitalının bir hissəsi (pul formasında).



28. Ölkədə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” neçənci ildə və neçə ölkənin iştirakı ilə bağlanmışdır?

A)) 1994 –cü il 20 sentyabr – 15 ölkənin;

B) 1993 –cü il 25 sentyabr – 20 ölkənin;

C) 1994 –cü il 19 sentyabr – 15 ölkənin;

D) 1995 –ci il 15 sentyabr – 13 ölkənin;

E) 1992 –ci il 20 sentyabr – 23 ölkənin.



29. Bu bəndlərdən hansı bazar iqtisadiyyatına keçidin təkamül yolunun əsas əlamətlərinə aiddir?

A)) xüsusi sektorda istehlak məhsulları istehsalı genişləndirmək;

B) dövlət bölməsində istehlak məhsulları istehsalının genişləndirilməsinə nail olmaq;

C) istehsal olunan məhsulların azalması bazara münasibətlərinın dəyişməsi;

D) bazarın konyukturasının dayanıqlı olması;

E) stabil antiinflyasiya proqramının hazırlanması.



30. Bunlardan hansı şok terapiyasının əsas elementlərinə aiddir?

A)) geniş institusional islahatın aparılması;

B) stabil investisiya proqramının aparılması;

C) stabil innovasiya siyasətinin aparılması;

D) qiymətin liberallaşdırılımasının dönərliyinin müəyyənləşdirilməsi;

E) iqtisadiyyatın bütün sahələrində qarışıq bölmənin dinamik inkişafının təmin edilməsi.



31. Bu bənddən iqtisadiyyatın dövlət tənzimlənməsi problemini həll etmir?

A)) özəl müəssisələrin idarə olunması;

B) İDT məşğulluğa nail olunmasını;

C) iqtisadi artımın sürətlənməsini;

D) qiymətli kağızların məzənnəsinin müəyyən edilməsi;

E) ölkənin iqtisadi təhlükəsizliyinin tənzim olunması.



32. “Ümumi iqtisadi tarazlıq” sisteminin yaradıcısı kimdir?

A)) Valras;

B) Marşal;

C) Rikardo;

D) Marks;

E) Keyns.



33. Bunlardan hansı iqtisadi resurs kateqoriyasına aid deyil?

A)) idarəetmə;

B) əmək resursları;

C) istehsal vasitələri;

D) sahibkarlıq qabiliyyəti;

E) ölkənin təbii sərvəti.



34. Aşağıdakılardan hansı məhsuldar iqtisadi resurs anlayışına aiddir?

A)) istehsal vasitələri;

B) əhali sərvətinin toplanması;

C) faiz;


D) mənfəət;

E) istehlak məhsulları.



35. İstehsal amilləri iqtisadi resurslardan fərqlənirmi?

A)) istehsal amilləri – iqtisadi dövriyyəyə cəlb edilmiş iqtisadi resurslardır;

B) istehsal resursları anlayışına əmək resursları aid deyil;

C) hər ikisi eyni mahiyyətlidir;

D) iqtisadi resursa daxil olan sahibkarlıq qabiliyyəti istehsal amillərinin tərkibinə daxil edilmir;

E) elmi – texniki tərəqqi.



36. Ümumi daxili məhsul nədir?

A)) ölkədə müəyyən dövr ərzində (adətən 1 ildə) istehsal olunmuş nemət və xidmətlərin dəyərlərinin mövcud bazar qiymətilə ifadə olunan məcmusu;

B) müəyyən dövr ərzində (adətən 1 ildə) ölkədə istehsal olunmuş maddi nemət və xidmətlərin məcmusu;

C) son məhsul və xidmətlərin məcmusu;

D) istehsal sahələrinin məhsullarının məcmusu;

E) maddi nemətlərin dəyəri ilə aralıq məhsulun dəyər fərqi.



37. Milli gəlirin müəyyən edilməsi qaydası necədir?

A)) il ərzində ümumi daxili məhsulun dəyərindən amortizasiya ayırmaları, dövlət subsidiyaları və dolayı vergilər çıxılmalıdır;

B) ümumi daxili məhsulun dəyərindən əsas kapitalın köhnəlmə dəyəri çıxılmalıdır;

C) ümumi daxili məhsula dolayı vergilər və dövlət subsidiyaları daxil edilməlidir;

D) ümumi daxili məhsula vətəndaşların xaricdən aldıqları gəlirləri daxil edilməlidir;

E) ümumi daxili məhsulla xarici ticarət dövriyyəsinin qalıq fərqidir.



38. Sosial – iqtisadi inkişafın məqsədi nədir?

A)) əhalinin həyat səviyyəsinin yüksəldilməsi;

B) hökmran sinfin həyat səviyyəsinin yüksəldilməsi;

C) əhali gəlirlərinin səviyyəsinin artırılması;

D) inflyasiya ilə mübarizə;

E) korrupsiya ilə mübarizə.



39. İnflyasiya şəraitində əhalinin hansı sosial qrupunun dövlətin köməyinə ehtiyacı vardır?

A)) nominal gəlirləri qeyd olunmuş qrup;

B) “gizli” iqtisadiyyatın iştirakçıları;

C) nominal gəlirinin artımının qiymət artımından aşağı səviyyəli olan qrup;

D) istehlak məhsulu istehsal edən sahibkarlar;

E) yüksək nominal əmək haqqı olan dövlət məmurları.



40. Yoxsulluq səviyyəsi nə ilə müəyyən olunur?

A)) yaşayış minimumu ilə;

B) faktiki əmək haqqı ilə;

C) minimum əmək haqqı ilə;

D) nominal əmək haqqı ilə;

E) real əmək haqqı ilə.



41. Neqativ şok təklif nəyə səbəb ola bilər?

A)) qiymət və məhsul buraxılışının artmasına;

B) qiymətlərin yüklənməsinə və məhsul buraxılışının azalmasına;

C) qiymətlərin aşağı düşməsinə və məhsul buraxılışının artmasına;

D) məhsul həcminin və qiymətlərin aşağı düşməsinə;

E) işsizliyin artmasına.



42. İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

A)) infrastruktur sahələrində;

B) pərakəndə ticarətdə;

C) ictimai iaşədə;

D) kənd təsərrüfatında;

E) sənayedə.



43. İqtisadiyyatın sahə strukturunun əsaslandırılması vasitəsi hansıdır?

A)) sahələr arası balans;

B) iqtisadiyyat sahələrində istehsal dinamikasını əks etdirən balans cədvəlləri;

C) iqtisadiyyatda məhsul istehsalı və bölgüsünün balans cədvəlləri sistemi;

D) material balansları;

E) SAB –ın dinamik modeli.



44. Mərkəzi Bank öz fəaliyyətini hansı əməliyyatlar vasitəsilə həyata keçirir?

A)) bankın xüsusi əməliyyatları;

B) bankın ümumi əməliyyatları;

C) bank servisləri və xidmətləri;

D) bankın qarışıq əməliyyatları;

E) bankın borc əməliyyatları.



45. Bank xidmətləri üzrə əməliyyatlar hansı növə bölünür?

A)) etibarlılıq;

B) tarazlıq;

C) balans;

D) kassa;

E) kredit;



46. Dünya valyuta sisteminin inkişafının 1 –ci mərhələsi başlanır:

A)) XIX əsrin əvvəli XX əsrə qədər;

B) XVII əsrin sonu XVIII əsrin əvvəli;

C) XVIII əsrin sonu XIX əsrə qədər;

D) XVI əsrin sonu XVII əsrin əvvəli;

E) XX əsrin əvvəli.



47. Dünya valyuta sisteminin inkişafının 2 –ci mərhələsi başlayır:

A)) 1914 –cü ildən başlayır;

B) 1912 –ci ildən başlayır;

C) 1910 –cu ildən başlayır;

D) 1915 –ci ildən başlayır;

E) 1916 –cı ildən başlayır.



48. Dünya valyuta sisteminin inkişafının 3 –cü mərhələsi başlayır:

A)) 1971 –ci il;

B) 1970 –ci il;

C) 1972 –ci il;

D) 1974 –cü il;

E) 1976 –cı il.



49. Dünya valyuta sistemi nə vaxt hüquqi cəhətdən qeydiyyatdan keçib?

A)) 1976 –cı il;

B) 1975 –ci il;

C) 1977 –ci il;

D) 1978 –ci il;

E) 1980 –ci il.



50. Valyuta dönərliyinin forması hansıdır?

A)) dönərli olmayan valyuta;

B) optimal valyuta;

C) çevik valyuta;

D) etibarlı valyuta;

E) köçürmə valyuta;



51. Beynəlxalq Valyuta Fondunun vəzifələrinə aid deyil:

A)) daxili ticarəti inkişaf etdirmək;

B) xarici ticarəti inkişaf etdirmək;

C) BVF –na daxil olan ölkələrin valyuta kursunu nizama salmaq;

D) dünya iqtisadiyyatında aparılan iqtisadi islahatlara yardım etmək;

E) hamısı birlikdə.



52. Dövlət Neft Fondu nəyin hesabına formalaşır?

A)) hamısı birlikdə.

B) fondun fəaliyyətindən əldə edilən gəlirlər;

C) aktivlərin satışından əldə edilən gəlirlər;

D) neft və qazın satışından əldə edilən gəlirlər;

E) bonus ödənişləri;



53. İşsizlik səviyyəsi necə müəyyən edilir?

A)) işsizlərin sayının işçi qüvvəsinə olan nisbətidir;

B) friksion və struktur işsizlik səviyyələrinin cəmidir;

C) işləyənlərin sayına uyğun olaraq normativ səviyyəli işsizlikdir;

D) friksion işsizlərin struktur işsizliyə olan nisbətidir;

E) struktur işsizliyin işçi qüvvəsinə olan nisbətidir.



54. Hansı bənd əmək bazarına aid deyil?

A)) pul – kredit münasibətlərinin xüsusi növüdür;

B) işçi qüvvəsinin icarəyə götürülməsi və təklif ilə əlaqədar ictimai münasibətlər sistemidir;

C) əmtəə bazarının xüsusi növüdür;

D) əmtəə münasibətlərinin reallaşdığı məkandır;

E) bazar iqtisadiyyatı strukturunun əsas tərkib hissəsidir.



55. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin ümumi sosial iqtisadi və hüquqi şərtlərini müəyyən edir?

A)) Müvafiq fəaliyyət haqqında qanun;

B) Nazirlər Kabinetinin qərarı;

C) prezident fərmanı;

D) Naxçıvan MR –nın Ali Məclisinin qərarı;

E) İqtisad məhkəməsinin qətnaməsi.



56. Kapital qoyuluşları hansı istiqamətdə reallaşdırılan investisiyaları əhatə edir?

A)) əsas fondların yaradılması və təkrar istehsalı istiqamətində;

B) elmi – tədqiqatların aparılması istiqamətində;

C) kadrların yenidən hazırlanması istiqamətində;

D) əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində;

E) bütün istiqamətlərdə.



57. İnvestisiya fəaliyyəti nəyi əks etdirir?

A)) investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini;

B) investisiya resurslarının formalaşdırılmasını;

C) investisiyanın strukturunun müəyyənləşdirilməsini;

D) reinvestisiyanı;

E) investisiya müsabiqəsində iştirakı.



58. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü yoxdur?

A)) şəxsi;

B) dövlət;

C) özəl;


D) birğə;

E) xarici.



59. İnvestor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilər?

A)) əmanətçi, kreditor, alıcı;

B) kreditor;

C) alıcı;

D) əmanətçi;

E) debitor.



60. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilməz?

A)) beynəlxalq təşkilatlar;

B) xarici ölkələrin hüquqi və fiziki şəxsləri;

C) AR –nın hüquqi və fiziki şəxsləri;

D) vətəndaşlığı olmayan şəxslər;

E) xarici dövlətlər.



61. Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilir?

A)) beynəlxalq müqavilələr;

B) investisiya proqramları;

C) tərəfdaşlıq protokolları;

D) investisiya layihələri;

E) podrat müqaviləsi.



62. Rezidentlərin xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

A)) müvafiq xarici dövlətin qanunvericiliyi ilə;

B) Azərbaycan Respublikasının müvafiq qanunu ilə;

C) Azərbaycan Respublikasının Konstitusiyası ilə;

D) beynəlxalq öhdəliklə;

E) BMT –nin qətnaməsi ilə.



63. Azərbaycan Respublikası ərazisində bütün investorların fərqlənməyən cəhəti hansıdır?

A)) investisiya fəaliyyəti ilə bağlı bərabər hüquqları;

B) investisiya fəaliyyəti ilə bağlı müstəsna hüquqları;

C) dövlət tərəfindən edilən güzəşt;

D) dövlət qarşısındakı öhdəliklər;

E) fəaliyyət sferasının seçilməsi.



64. Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilər?

A)) kredit, borc, qiymətli kağız buraxılışı;

B) borc;

C) qiymətli kağız;

D) kredit;

E) kredit, borc.



65. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyektlərinin ümumi vəzifələri nəyin əsasında müəyyən olunur?

A)) müvafiq qanun əsasında;

B) “Əsrin müqaviləsi” əsasında;

C) hökümətin qərarı əsasında;

D) şirkətlərin əsasnamələri əsasında;

E) dövlətlərarası sazişlər əsasında.



66. Aşağıdakılardan hansı attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunur?

A)) lisenziya;

B) təsis aktı;

C) əsasnamə;

D) qiymətli kağız;

E) akkreditiv.



67. Attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

A)) Nazirlər Kabineti;

B) Maliyyə Nazirliyi;

C) İqtisadi İnkişaf Nazirliyi;

D) Milli Məclis;

E) Ali məhkəmə.


68. Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

A)) Milli Məclis;

B) Xarici İşlər Nazirliyi;

C) Nazirlər Kabineti;

D) Maliyyə Nazirliyi;

E) İqtisadi İnkişaf Nazirliyi.



69. İnvestisiya riski nədir?

A)) arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri – müəyyənlik;

B) dövlət tərəfindən edilən güzəşt;

C) investisiya fəaliyyətinin bir mərhələsi;

D) investisiya fəaliyyətinin məqsədəuyğun istiqaməti;

E) arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik.



70. Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilməz?

A)) xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları;

B) xarici dövlətlər;

C) beynəlxalq təşkilatlar;

D) xarici vətəndaşlar;

E) xarici hüquqi şəxslər;



71. Bu dövlətlərdən biri “Əsrin müqaviləsi” neft kontraktının bağlanılmasının iştirakçısı deyil:

A)) Avstriya;

B) İspaniya;

C) Belçika;

D) Norveç;

E) Səudiyyə Ərəbistanın.



72. Azərbaycan neftinin ixrac strategiyası neçənci ildən həyata keçirilməyə başlamışdır?

A)) 1996 –cı il;

B) 1995 –ci il;

C) 1997 –ci il;

D) 1998 –ci il;

E) 1999 –cu il.



73. “Bakı – Tbilisi – Ceyhan” əsas ixrac boru kəmərinin ümumi uzunluğu neçə km –dir?

A)) 1730 km.;

B) 1625 km.;

C) 1710 km.;

D) 1530 km.;

E) 1750 km.



74. Dövlət borcunun artması səbəb olur:

A)) özünü doğrultmayan emissiyasının hesabına inflyasiyanın güclənməsi;

B) əhalinin real gəlirlərinin aşağı düşməsi;

C) milli iqtisadiyyatın istehsal imkanlarının aşağı düşməsi;

D) dövlətin investisiya fəaliyyətinin genişlənməsi;

E) fiziki və hüquqi şəxslərin gəlirlərinə vergi stavkalarının yüksəlməsi.



75. Pul təklifi yüksələcək, əgər:

A)) “nəqd - depozit” münasibəti artarsa;

B) ehtiyat norması artırsa;

C) pul bazarı artarsa;

D) pul multiplikatoru azalarsa;

E) pul multiplikatoru artarsa.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin