Test suallari iqtisadiyyata dövlətin müdaxiləsi hansı əsrdən başlanmışdır?


İnvestisiyanın artımı 13,2 mlrd manat olarsa nəticədə ümumi milli məhsul 23,3 mlrd. manat artarsa multiplikator neçə olar?



Yüklə 1,15 Mb.
səhifə2/10
tarix17.11.2018
ölçüsü1,15 Mb.
#84132
1   2   3   4   5   6   7   8   9   10
76. İnvestisiyanın artımı 13,2 mlrd manat olarsa nəticədə ümumi milli məhsul 23,3 mlrd. manat artarsa multiplikator neçə olar?

A)) 1,76;

B) 1,35;

C) 1,25;


D) 1,78;

E) 1,86.


77. Müəssisə və təşkilatlara əvəzsiz verilir:

A)) dotasiya;

B) subvensiya;

C) subsidiya;

D) investisiya;

E) hamısı birlikdə.



78. Bunlardan hansı İDT –nin prinsiplərinə aid deyil?

A)) iqtisadiyyatin bütün sahələrində xüsusi bölmənin dinamik inkişafı;

B) məqsədin aydın və dəqiq olması;

C) İDT –nin hüquqi – normativ bazanın əsaslandırılması;

D) məqsədin yerinə yetirilməsi zəruriliyi və onun elmi cəhətdən əsaslandırılması;

E) ictimai – iqtisadi quruluşla dövlətin fəaliyyət məqsədinin uyğunluğu.



79. Bunlardan hansı respublika iqtisadiyyatında aparılan radikal islahatların 1 –ci mərhələsinin nəticəsinə aid deyil?

A)) investorların fəaliyyət sferası daha da artdı;

B) bazar iqtisadiyyatına keçid başlandı;

C) bazar iqtisadiyyatına keçidin əsasları formalaşmağa başladı;

D) iqtisadiyyatda ilk struktur dəyişiklikləri aparılmağa başlandı;

E) ənənəvi mərkəzləşdirilmiş planlaşdırmaya son qoyuldu;



80. Bunlardan hansı keçid dövrünün iqtisadi tədbirlər sisteminə aid deyil?

A)) dövlət iqtisadi böhrandan çıxış yolunu, sifarişlərin artırılması istiqamətini seçməlidir;

B) keçid proqramının əsasını xüsusi mülkiyyətçiliyin getdikcə artırılması təşkil etməlidir;

C) bazar iqtisadiyyatına keçid proqramı hazırlanmaqla daxili ehtiyyatlarla əsaslandırılmalıdır;

D) müəssisə rəhbərləri bazar iqtisadiyyatı qanunlarına və onun tələblərinə düzgün əməl etməlidirlər;

E) iqtisadiyyatın inkişafı və tənzimlənməsində müvafiq hüquqi normativ aktlara əməl olunması təmin edilməlidir.



81. Bunlardan hansı bazar məfhumuna aid deyil?

A)) ölkə iqtisadiyyatında dərin struktur dəyişikliklərin həyata keçirilməsi mexanizmidir;

B) alıcı və satıcı arasında əlaqəni əks etdirən mexanizm və üsulların fəaliyyət göstərdiyi yerdir;

C) Bazar iqtisadi münasibətlərdə tələblə - təklifin məcmusudur;

D) satıcı və alıcının qarşılıqlı münasibət mexanizmidir;

E) istehsal olunan əmtəələrin sərbəst ekvivalent mübadiləsidir;



82. Bunlardan hansı bazarın strukturuna aid deyil?

A)) idarəetmə bazarı;

B) işçi qüvvəsi bazarı;

C) maliyyə bazarı;

D) informasiya bazarı;

E) əmtəə bazarı;



83. Bunlardan hansı bazarın funksiyasına aid deyil?

A)) maarifçilik;

B) vasitəçilik;

C) informasiya;

D) tənzimləmə;

E) müflisləşdirmə;



84. Bazar şəraitində tənzimlənmənin hansı formasından istifadə olunmur?

A)) strateji uzaqgörmə;

B) proqnozlaşdırma;

C) proqramlaşdırma;

D) dövlət sifarişləri;

E) indiqativ planlaşdırma



85. İndiqativ planlaşdırma nədir?

A)) inflyasiya və rəqabətin müəyyən edilməsi sistemidir;

B) iqtisadi inkişafın tənzim olunması üçün dövlət tədbirləri sistemidir;

C) mərkəzləşdirilmiş planlaşdırmanın əksidir;

D) milli iqtisadiyyatın inkişaf etdirilməsinin əsas formalarından biridir;

E) şəxsi, fərdi təsərrüfatların inkişaf etdirilməsinin əsas formalarından biridir;



86. Bu bəndlərdən hansı konkret olaraq indiqativ planlaşdırmanın məqsədinə aid deyil?

A)) iqtisadi forma və mexanizmlərin sistemləşdirilməsini hazırlamaq.

B) dövlət investisiyası tədbirlərini yaxşılaşdırmaq;

C) büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri yaxşılaşdırmaq;

D) konyuktur məlumatların sistemləşdirilməsini yaxşılaşdırmaq;

E) iqtisadi göstəricilər sistemini hazırlamaq;



87. Dövlət sifarişini hansı dövlət idarəetmə orqanı müəyyən edir?

A)) İqtisadiyyat və Sənaye Nazirliyi;

B) Vergilər Nazirliyi;

C) Maliyyə Nazirliyi;

D) Nazirlər Kabineti;

E) Mərkəzi Bank.



88. Dövlət sifarişinin yerinə yetirilməsinə hansı idarəetmə orqanı nəzarət edir?

A)) İqtisadi İnkişaf Nazirliyi;

B) Fövqaladə Hallar Nazirliyi;

C) Maliyyə Nazirliyi;

D) Vergilər Nazirliyi;

E) Nazirlər Kabineti.



89. Bu bəndlərdən hansı indiqativ planlaşdırmanın həyata keçirilməsi mərhələsinə aid deyil?

A)) mikrosəviyyəli məcmuu göstəricilərin proqnozlarının tərtib edilməsi.

B) məqsəd və proqnozların diferensasiyasının aparılması;

C) istehsalın inkişaf proqnozunun verilməsi;

D) plan göstəricilərinin uyğunlaşdırılması balanslaşdırılması;

E) planın məqsədinin müəyyən edilməsi və proqnozların verilməsi



90. Bu bəndlərdən hansı indiqativ planın bölmələrinə aid deyil?

A)) makrketinq bölməsi;

B) investisiya qoyuluşları;

C) iqtisadi artımın müəyyən edilməsi;

D) iqtisadi balanslaşdırma bölməsi;

E) inflyasiya və rəqabətin müəyyən edilməsi.



91. Bu bəndlərdən hansı strateji planlaşdırmanın modifikasiyasına aid deyil?

A)) sistemə iqtisadi məhdud üsul kimi yanaşma;

B) sistemə proqramlı yanaşma;

C) sistemə dinamik yanaşma;

D) sistemə kompleks yanaşma;

E) sistemə normativ kimi yanaşma.



92. Bu bəndlərdən hansı strateji planlaşdırmanın prinsiplərinə aid deyil?

A)) hüquq və səlahiyyətlərin vəhdətliyi.

B) müstəqillik və mərkəziyyətin vəhdətliyi;

C) iqtisadiyyatla siyasətin vəhdətliyi;

D) ümumi və yerli (lokal) maraqların uzlaşdırılması;

E) idarəetmə həllinin elmi əsaslandırılması;



93. Hökümətin işçi orqanlarından hansı dövlətin vahid sosial – iqtisadi siyasətini haəyata keçirən idarəedici orqan statusuna malikdir?

A)) İqtisadi İnkişaf Nazirliyi;

B) Rabitə və İnformasiya Nazirliyi;

C) Maliyyə Nazirliyi;

D) Fövqaladə Hallar Nazirliyi;

E) Kənd Təsərrüfatı Nazirliyi.



94. Bunlardan hansı İqtisadi İnkişaf Nazirliyinin funksiyalarına aid deyil?

A)) sosial – iqtisadi tərəqqini təmin edən yollar axtarmaq və metodlar tərtib etmək;

B) informatik;

C) dövlət büdcəsini proqnozlaşdırmaq və reallaşdırmaq;

D) analitik;

E) müvafiq sərəncamlar vermək.



95. Bu bəndlərdən hansı DT –də hökümət tərəfindən istifadə olunan iqtisadi – sosial inkişaf proqramının bölməsinə aid deyil?

A)) mikroiqtisadi siyasət;

B) makroiqtisadi siyasət;

C) əvvəlki dövrlərdə ölkənin iqtisadi – sosial inkişafının nəticələri;

D) aqrar siyasət;

E) xarici iqtisadi siyasət.



96. Bu bəndlərdən hansı İDT –nin metoduna aid deyil?

A)) idarəetmə metodu;

B) büdcə metodu;

C) indeks metodu;

D) iqtisadi qruplaşdırma metodu;

E) kredit metodu.



97. Bu bəndlərdən hansı dolayı iqtisadi tənzimləmə metoduna aid deyil?

A)) dövlətin məqsədli proqram siaysəti.

B) dövlətin büdcə və vergi siyasəti;

C) dövlətin idxal ixrac siyasəti;

D) dövlətin valyuta siyasəti;

E) dövlətin maliyyə - kredit siyasəti;



98. Bu bəndlərdən hansı birbaşa iqtisadi tənzimləmə metoduna aid deyil?

A)) kapitalın hərəkəti balansı;

B) inhisar bazarının tənzim olunması;

C) standartların hazırlanması və onun üzərində nəzarət;

D) əhalinin yaşayışının minimum parametrlərinin qorunub saxlanması;

E) ixracın lisenziyalaşdırılması və xarici investisiyaların üzərində dövlət nəzarəti.



99. İDT –nin Yapon modelində hansı amil birinci dərəcəli məsələ sayılır?

A) ) keyfiyyət;

B) əmək məhsuldarlığı;

C) əmək haqqı;

D) heyyətin idarəedilməsi;

E) mənfəət.



100. İDT –nin İsveç modeli Yapon modelindən nə ilə fərqlənir?

A)) güclü sosial siyasəti ilə;

B) güclü iqtisadiyyatı ilə;

C) sənayenin güclü inkişafı ilə;

D) kənd təsərrüfatının güclü inkişafı ilə;

E) məhsulun keyfiyyətinin yüksək olması.



101. İDT –nin Amerika modeli nəyə əsaslanır?

A)) sahibkarlığın gücləndirilməsinə, onların daha da həvəsləndirilməsinə;

B) sosial ədalət prinsipinə;

C) sosial bərabərlik prinsipinə;

D) idarəetmə metodlarının gücləndirilməsinə;

E) əmək məhsuldarlığının gücləndirilməsinə.



102. İDT Çin modeli hansı ideyaya əsaslanır?

A)) planla – bazarın əlaqələndirilməsi ideyasına.

B) əmək haqqının artırılmasına;

C) keyfiyyətin yüksəldilməsinə;

D) ölkə əhalinin psixoloji həyat tərzinə;

E) azad bazar ideyasına;



103. Bazar şəraitində müxtəlif mülkiyyət formalarının yaranmasının mahiyyəti nədən ibarətdir?

A)) insanların mülkiyyətə münasibətini dəyişdirir, sahibkarlıq hissini gücləndirir və məhsul bolluğu yaratmağa olan marağını artırır;

B) mənfəət əldə etmək marağını artırır;

C) xərcləri azaltmaq marağını gücləndirir;

D) gəlir əldə etmək marağını artırır;

E) məhsul bolluğuna marağı məhdudlaşdırır.



104. Fransız iqtisadçısı Andre Marşall ilk dəfə olaraq istehsalın hansı amilini göstərmişdir?

A)) təşkilatçılıq qabiliyyəti;

B) torpaq;

C) kapital;

D) əmək;

E) texnologiya.



105. AR –da “Sahibkarlıq fəaliyyəti haqqında qanun” neçənci ildə qəbul edilmişdir?

A)) 15.12.1992 –ci ildə;

B) 25.02.1994 –cü ildə;

C) 18.01.1993 –cü ildə;

D) 21.03.1995 –ci ildə;

E) 15.12.1991 –ci ildə.



106. Sahibkar anlayışını ilk dəfə iqtisad elminə kim və nə vaxt gətirmişdir?

A)) R. Kantilyon – 1725 –ci ildə;

B) A. Smit – 1770 –ci ildə;

C) Y.B. Sey – 1775 –ci ildə;

D) K. Marks – 1625 –ci ildə;

E) A. Marşall – 1800 –cü ildə.



107. Dövlət sahibkarlığın formalaşması zamanı hansı funksiyanı yerinə yetirmir?

A)) istehsal və xidmət üçün müxtəlif yeni kombinasiyalar formalaşdırır.

B) dövlət rəqabət mühitini formalaşdırır;

C) dövlət innovasiya əsasında yüksək keyfiyyətli məhsul istehsalına nail olur;

D) sahibkarlığın təşkilini və bazar infrastrukturunu formalaşdırır;

E) dövlət sahibkarlıq subyektini formalaşdırır;



108. AR –da sahibkarlığın hansı formaları fəaliyyət göstərir?

A)) fərdi, kollektiv, dövlət;

B) dövlət, bələdiyyə, fərdi.

C) kollektiv, kooperativ, dövlət;

D) bələdiyyə, kooperativ, kollektiv;

E) fərdi, dövlət, bələdiyyə.



109. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətinə aid deyil?

A)) sahədə rəqabətin tənzimlənməsi;

B) yeni ideyaların və innovasiyaların tətbiqi ilə məhsul istehsal etmək;

C) risk etmək;

D) dəyərə malik olan yeniliklər yaratmaq;

E) yeni istehsal, yeni bazar və yeni alıcılar qrupunu formalaşdırmaq.



110. Bunlardan hansı sahibkarının qiymətqoyma siyasətinin rəqabətlə bağlı məqsədlərinə aiddir?

A)) bazarda liderliyi ələ keçirmək;

B) satış həcminin artım sürətinə nail olmaq;

C) nəğd pulun əldə edilməsi;

D) mənfəətin artırılması;

E) keyfiyyətin artırılması.



111. Bunlardan hansı respublikada sahibkarlığın inkişafını dəstəkləmək üçün elmi əsaslandırılmış qanunlara aid deyil?

A)) haqlı rəqabət haqqında AR –nın qanunu;

B) müəssisələr haqqında AR –nın qanunu;

C) SC haqqında AR –nın qanunu;

D) mülkiyyət haqqında AR –nin qanunu;

E) büdcə sistemi haqqında AR –nın qanunu.



112. Bazarın hansı rəqabət strukturunda rəqiblərin sayı daha çox olur?

A)) xalis (azad) rəqabət;

B) xalis inhisar;

C) inhisarçı rəqabət;

D) oliqopoliya;

E) diopoliya.



113. Hansı bənd rəqabət metodlarına aid edilir?

A)) qiymət;

B) inhisar;

C) müəssisələrarası rəqabət;

D) azad rəqabət;

E) müəssisədaxili rəqabət.



114. Dövlətin struktur siyasətinin əsasında nə dayanır?

A)) iqtisadiyyatın prioritet sahələrinin seçilməsi və onların inkişaf etdirilməsi;

B) ağır və yüngül sənaye sahələrinin inkişaf etdirilməsi;

C) sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi;

D) neft və qaz sənayesinin inkişaf etdirilməsi;

E) tikinti, nəqliyyat, rabitə sahələrinin inkişaf etdirilməsi.



115. Bunlardan hansı təkmil rəqabətin əsas əlamətlərinə aid deyil?

A)) istehsal vasitələri üzərində dövlət mülkiyyətinin mövcudluğu.

B) inkişaf etmiş əmtəə münasibətləri, alıcı və satıcıların çoxluğu;

C) ümumi bazar sövdələşməsində alıcı və satıcıların xüsusi çəkisinin az olması;

D) müxtəlif istehlakçıların məhsullarının keyfiyyətinin eyni olması;

E) istehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu;



116. İnhisar hansı ardıcıl prosesin nəticəsi kimi meydana çıxır?

A)) polipolya → oliqopoliya → duopoliya → monopoliya;

B) qeyri –təkmil rəqabət → oliqopoliya → duopoliya → monopoliya;

C) oliqopoliya → polipolya → duopoliya → monopoliya;

D) duopoliya → oliqopoliya → polipolya → monopoliya;

E) polipolya → duopoliya → oliqopoliya → monopoliya;



117. Aşağıdakı sahələrdən hansına səmərəli inhisar tətbiq edilə bilər?

A)) pərakəndə ticarətdə;

B) televiziya və radioda;

C) su şəbəkəsində;

D) kosmik tədqiqatlarda;

E) hava limanında.



118. Bunlardan hansı təbii inhisar sahəsinə nümunə ola bilər?

A)) Şəhər metropoliteni;

B) Milli Bank;

C) Xalq qəzeti;

D) Lukoyl kompaniyası;

E) özəl banklar.



119. Aşağıdakı məhsul bazarından hansı daha çox təkmil rəqabətin sərvətlərinə uyğun gəlir?

A)) polad;

B) bərbərxana xidməti;

C) avtomobil;

D) firmanın səhm və istiqrazları;

E) benzin.



120. Əmtəələr və xidmətlər üzrə qiymət indeksi 2010 –cu ildə 103,7%, 2011 –ci ildə 103,2% olarsa inflyasiyanın artım tempi neçə olar?

A)) – 0,5;

B) – 0,57;

C) – 0,45;

D) + 0,65;

E) + 0,6.



121. İnflyasiyanı doğuran səbəb deyil:

A) istehsal xərclərinin artması;

B)) tələb və təklifin tarazlığı.

C) əmək haqqının yüksəlməsi;

D) təklif mexanizminin pozulması;

E) tələbin artması;



122. Açıq və qapalı inflyasiyaya qarşı yönəldilən tədbirlərə aid deyil:

A)) əmək məhsuldarlığının artımının əmək haqqının artımından aşağı olması;

B) qiymət və gəlirlərin artımının yuxarı həddinin müəyyən edilməsi;

C) qiymət və gəlirlərin müvəqqəti dayandırılması;

D) qiymət və gəlir üzərində inzibati nəzarətin olması zəruriliyi;

E) heç biri düz deyil.



123. Bunlardan hansı dövlətin struktur siyasətinin birbaşa metodlarına aid deyil?

A)) hüquqi şəxs tərəfindən əmtəə və xidmətlərin alınması;

B) dövlət tərəfindən əmtəə və xidmətlərin alınması;

C) elmi – tədqiqat və təcrübə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi;

D) konstruktor və layihə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi;

E) iqtisadiyyatın ayrı – ayrı sahələrinin kreditləşməsi.



124. “Multiplikator” anlayışı iqtisadiyyata neçənci ildə və kim tərəfindən daxil edilmişdir?

A)) ingilis iqtisadçısı R.F. Kan tərəfindən – 1931 –ci ildə;

B) ingilis iqtisadçısı A. Smit tərəfindən – 1935 –ci ildə;

C) fransız iqtisadçısı A. Marşall tərəfindən – 1933 –cü ildə;

D) amerika iqtisadçısı M. Fridmen tərəfindən – 1931 –ci ildə;

E) alman iqtisadçısı K. Marks tərəfindən – 1921 –ci ildə.



125. Bunlardan hansı sərbəst (azad) iqtisadi zonaların formalarına aid deyil?

A)) valyuta zonası;

B) sənaye zonası;

C) iqtisadi zona;

D) elmi – texniki zona;

E) Sərbəst işgüzar zona.



126. Dotasiyalar ən çox hansı sahələrə tətbiq edilir?

A)) hasilat sənayesinə;

B) emal sənayesinə;

C) ağır sənayeyə;

D) yüngül sənayeyə;

E) maşınqayırma sənayesinə.



127. Subvensiyalar müəssisə və təşkilatlara nə üçün verilir?

A)) konkret olaraq müəyyən tədbirləri həyata keçirmək üçün;

B) hüquqi şəxslərəkredit vermək üçün;

C) fiziki şəxslərin tələbatlarını ödəmək üçün;

D) heyətin mükafatlandırılması üçün;

E) özəlləşdirilmiş müəssisələrə borc vermək üçün.



128. Orta daimi xərc necə hesablanır?

A)) orta daimi xərcin məhsulun həcminə nisbəti ilə;

B) məhsul istehsalına çəkilən ümumi xərcin satılan məhsulun həcminə nisbəti ilə;

C) orta daimi xərcin satışın həcminə nisbəti ilə;

D) orta dəyişən xərcin milli gəlirin həcminə nisbəti ilə;

E) Orta dolayı daimi xərcin məhsulun həcminə nisbəti ilə.



129. Bu bənddən hansı bazar şəraitində qiymətin növlərinə aiddir?

A)) azad qiymətlər;

B) diskont qiymətlər;

C) akkord qiymətlər;

D) dunpiq qiymətlər;

E) heç biri.



130. Bunlardan hansı iqtisadi artımın ekstensiv tipinin əsas amillərinə aid deyil?

A)) işçilərin ixtisasının artırılması;

B) işçilərin sayının artırılması;

C) iş vaxtının artırılması;

D) əsas və dövriyyə fondlarının artırılması;

E) texnologiyanın stabil vəziyyətində investisiyaların artırılması.



131. Bu bəndlərdən hansı iqtisadi inkişafın intensiv tipinin amillərinə təsir göstərmir;

A)) əməyin elmi təşkili;

B) istehsal tsiklinin qısaldılması;

C) mövcud fondların dövriyyəsinin artırılması;

D) istehsalın təşkilinin yaxşılaşdırılması;

E) iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması.



132. Keyns nəzəriyyəsinə görə multiplikator:

A)) investisiyanın dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini göstərən əmsaldır;

B) əmək haqqının dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini göstərən əmsaldır;

C) satışın həcminin dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini göstərən əmsaldır;

D) səhmin qiymətinin dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini göstərən əmsaldır;

E) heç biri düz deyil.



133. Bu bənddən hansı ÜDM və ÜMM gəlirlər üzrə hesablanarkən nəzərdə tutulmur?

A)) son istehlak dəyəri;

B) ssuda kapitalına görə faizlər;

C) amortizasiya ayırmaları;

D) muzdlu fəhlələrin əmək haqqı;

E) firma və korporasiyaların gəlirləri.



134. Bu vergilərdən hansı istehlak vergisi adlanır?

A)) əlavə dəyər vergisi;

B) vərəsəliyə vergilər;

C) şəxsi gəlir vergisi;

D) firmaların gəlirlərinə vergilər;

E) sosial ödəmələr.



135. Pul təklifi və qiymət dəyişməz qalarsa, gəlirin artması halında pul bazarında hansı dəyişiklik ola bilər?

A)) pula tələbat və faiz stavkası yüksələcək;

B) pula tələbat artacaq, faiz stavkası azalacaq;

C) pula tələbat azalacaq, faiz stavkası artacaq;

D) pula tələbat və faiz stavkası azalacaq;

E) A,B,C,D birlikdə.



136. Tələb və məhsulun real həcmi arasındakı asılılıq qrafikində Keyns kəsiyi nəyi göstərir?

A)) məhsulun həcmi aşağı düşür, qiymət sabitdir,işsizlik var;

B) qiymət sabitləşir, istehsal artır, işsizlik azalır;

C) qiymət aşağı düşür, ümumi təmayüllü qiymətlər yüksəlir;

D) istehsalda irəliləmə müşahidə edilir, işsizlik get – gedə azalır, qiymətlər tədricən aşağı düşür;

E) A,B,C,D birlikdə.



137. Əhalinin həyat səviyyəsinin dinamikası necə müəyyəın olunur?

A)) ümumi daxili məhsulun əhalinin sayına olan nisbəti ilə;

B) ümumi milli məhsulun əhalinin siyahı sayına nisbəti ilə;

C) ümumi milli gəlirin əhalinin sayına olan nisbəti ilə;

D) xalis milli gəlirin fəaliyyət qabiliyyəti olan əhalinin sayına olan nisbəti ilə;

E) xalis milli məhsulun əhalinin ümumi siyahı sayına olan nisbəti ilə.



138. İctimai əmək məhsuldarlığı necə hesablanır?

A)) Ümumi daxili məhsulun işləyənlərin sayına olan nisbəti ilə;

B) xali məhsulun işləyənlərin ümumi sayına olan nisbəti ilə;

C) Ümumi milli məhsulun işləyənlərin orta siyahı sayına olan nisbəti ilə;

D) ümumi milli gəlirin işləyənlərin sayına olan nisbəti ilə;

E) xalis gəlirin işləyənlərin orta siyahı sayına olan nisbəti ilə.



139. Ölkədə xarici investisiyaların fəaliyyət göstərməsinin hüquqi rejimi hansı səviyyədə tənzimlənir?

A)) hamısı birlikdə

B) qanin və digər normativ – hüquqi aktlar;

C) ikitərəfli və çoxtərəfli dövlətlərarası (hökümətlərarası) müqavilələr;

D) beynəlxalq çoxtərəfli müqavilələr səviyyəsində;

E) konstitusiya;



140. Dünya təcrübəsinə əsasən bunlardan hansı inflyasiya üzrə proqrama aiddir?

A)) sabit ardıcıl;

B) sabit və dəyişən;

C) sadə və mürəkkəb;

D) ardıcıl və sadə;

E) əsas və köməkçi.



141. Hansı bənd dövlətin antiinflyasiya siyasətinin istiqamətinə aiddir?

A)) strateji istiqamətlər;

B) normal istiqamətlər;

C) cari istiqamətlər;

D) iqtisadi istiqamətlər;

E) heç biri.



142. Bu bənddən hansı dövlətin antiinflyasiya siyasətinin taktiki istiqamətlərinə aiddir?

A)) özəlləşdirmə;

B) pul məhdudiyyətliliyi;

C) vergi sistemində islahatlar;

D) bank sistemində islahatlar;

E) Heç biri.



143. Bazar iqtisadiyyatı şəraitində vergi aşağıdakı funksiyalardan hansını yerinə yetirir?

A)) fiskal;

B) tənzimedici;

C) sosial;

D) stimullaşdırıcı;

E) hamısını birlikdə.



144. Dövlətin sosial – müdafiə resursları hansı mənbələrdən formalaşır?

A)) məcburi dövlət sosial sığorta ödəmələri;

B) bütün variantlar üzrə;

C) büdcədənkənar fondlar üzrə ödəmələr;

D) mənfəət fondu hesabına ödəmələr;

E) amortizasiya fondu hesabına ödəmələr.



145. Dövlət borcu hansıdır?

A)) xarici borcun gələcəkdə ödənilməsi;

B) dövlət xərcləri;

C) sosial xərcləri;

D) müdafiə xərcləri;

E) iqtisadi inkişaf xərcləri.



146. Əsas vergi mənbələri hansıdır?

A)) xidmət və əmtəələrə görə vergilər;

B) qısa müddətli vergilər;

C) orta müddətli vergilər;

D) uzunmüddətli vergilər;

E) kredit vergiləri.



147. Birbaşa vergilər hansıdır?

A)) mülkiyyətə görə gəlir vergisi;

B) qiymətli kağızlarla əlaqədar vergilər;

C) xüsusi lisenziya tələb edən məhsulların satışından əldə edən vergilər;

D) istehlakçılardan tutulan vergilər;

E) heç biri.



148. Hansı bənd dövlətin azad qiymətlərə təsir formalarına aid deyil?

A)) qiymətlərin minimal və maksimal hədlərinin müəyyən edilməsi;

B) qiymətlərin üfiqi razılaşdırılmasının qadağan edilməsi;

C) qiymətlərin şaquli razılaşdırılmasının qadağan edilməsi;

D) qiymət diskriminasiyasının qadağan edilməsi;

E) həqiqətə uyğun olmayan qiymət reklamının qadağan edilməsi.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin