Testl ə r I Kadr axıcılığının qarşısının alınmasına yönәlmiş AnriFayolun idarәetmә prinsipi hansıdır?


Biznes təşkilatın qarşısında hansı strateji alternativlər ola bilər?



Yüklə 1,37 Mb.
səhifə3/10
tarix11.06.2018
ölçüsü1,37 Mb.
#53315
1   2   3   4   5   6   7   8   9   10

117. Biznes təşkilatın qarşısında hansı strateji alternativlər ola bilər?

A) məhdud artım, artım, ixtisar, uzlaşdırma

B) artım, ləğvetmə, ixtisar, uzlaşdırma;

C) artım, ixtisar, inkişaf, tərəqqi;

D) məhdud artım, inkişaf, tərəqaqi, tənəzzül;

E) məhdud artım, inkişaf, artım, tərəqqi.



118. Seçmə metodlarına aid deyildir?

A) normativləşdirmə;

B) testləşdirmə;

C) sınaqlar;

D) söhbət aparma.

E) attestasiya



119. Təşkilatın məqsədi onun missiyasından nə ilə fərqlənir?

A) konkretlilik dərəcəsinə görə ;

B) heçnə ilə;

C) məzmununa görə ;

D) mühitə münasibətinə görə;

E) gələcəyə istiqamətlənməsinə görə.



120. Hansı variant heyətin daxili mənbələr hesabına cəlb edilməsinin

üstünlüklərinə aid edilə bilməz?

A) böyük xərclərin yaranması;

B) kadr siyasətinin «şəffaflığı»;

C) xidməti yüksəliş şansı artır;

D) təşkilatda formalaşmış əmək haqqı səviyyəsinin qorunub saxlanılması.

E) Müsbət psixoloji iqlimin yaranması



121. Menecmentə proses kimi yanaşmaya görə hansı element əlaqələndirici proseslərə aid edilir?

A) qərarqəbuletmə;

B) proqnozlaşdırma;

C) nəzarət;

D) planladırma;

E) sövqetmə.



122. Strateji uzağıgörmə nədir?

A) Firmanın gələcək inkişaf perspektivləri barədə onun menecerlərin təsəvvür-ləridir ;

B) Firmanın fəaliyyətinin strateji planıdır;

C) Firmanın strategiyasının tətbiqi istiqamətidir;

D) Firmanın menecerlərinin yaratdığı strategiyadır;

E) Firmanın menecerləri tərəfindən düşünülmüş prosesdir.



123. Heyətin idarəsinin təkmilləşdirilməsində hansı metod daha çox inkişaf

edib?

A) analogiyalar metodu;

B) balans metodu;

C) normativ metod;

D) məqsədlərin struktrulaşdırılması metodu.

E) Heç biri kifayət qədər inkişaf etməyib



124. SWOT- təhlilə görə firmanın güclü cəhəti hesab edilir?

A) Məşhur ticarət markasının olması;

B) Rəqiblərin bazar payını tutmaq üçün yeni imkanların yaranması ;

C) Bazarın artım tempinin yavaşıması;

D) Rəqiblərə nisbətən xərclərin yüksək olması;

E) İstehlakçıların nəzərində firmanın reytinqi.



125. Menecerin karyerasında irəliləyiş mərhələsi hansı yaş həddini nəzərdə

tutur?

A) 45 yaşadək;

B) 30 yaşadək;

C) 25 yaşadək;

D) 60 yaşadək;

E) 70 yaşadək



126. SWOT –təhlilə görə firmanın zəif tərəfi hesab edilir:

A) Elektron kommersiyanın istifadəsində rəqiblərdən geri qalmaq;

B) Əvəzedici əmtəələrin satışının artması;

C) İstehlakçıların zövgünün dəyişməsi üzündən firmanın əmtəələrinə tələbin azalması;

D) İstehlakçıların yeni tələblərini ödəmək üçün istehsalın artırılması zərurəti;

E) Bazarın artım tempinin yavaşıması



127. Adaptasiya prosesinin mərhələlərinin ardıcıllıqla düzüldüyü variantı

tapın.

A) yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, ilkin tanışlıq,

adaptasiya proqramının işlənib hazırlanması, təsirli adaptasiya, fəaliyyətdə

olmaq;


B) adaptasiya proqramının işlənib hazırlanması, yeni işçinin hazırlıq

səviyyəsinin qiymətləndirilməsi, ilkin tanışlıq, təsirli adaptasiya, fəaliyyətdə

olma;

C) yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, adaptasiya



proqramının işlənib hazırlanması, ilkin tanışlıq, təsirli adaptasiya,

fəaliyyətdə olma.

D) ilkin tanışlıq, adaptasiya proqramının işlənib hazırlanması, yeni işçinin

hazırlıq səviyyəsinin qiymətləndirilməsi, fəaliyyətdə olma, təsirli adaptasiya;

E) ilkin tanışlıq, adaptasiya proqramının işlənib hazırlanması, yeni işçinin

hazırlıq səviyyəsinin qiymətləndirilməsi



128. SWOT- təhlilə görə firma üçün xarici təhlükə hesab edilir:

A) Əvvəlki məhsullara tələbin düşməsinə saəbəb olan innovasaiyalar;

B) Şaquli inteqrasiya ;

C) Geriyə şaquli inteqrasiya ;

D) İnnovasiya təcrübəsi;

E) Cəlb edilmiş kreditlərin çox olması üzündən qeyri-sabit maliyyə vəziyyəti.



129. SWOT- təhlilə görə firma üçün xarici imkan hesab edilir:

A) Şaquli intiqrasiya

B) İstehlakcı firmalar tərəfindən təzyigin artırılması ;

C) Əlverişsiz demoqrafik dəyişikliklər;

D) Miqyasdan qənaət imkanı;

E) Səmərəli reklam kompaniyası və əmtəələrin irəlilədilməsi metodikası;



130. Hansı variant adaptasiyanın mahiyyətini daha düzgün ifadə edir?

A) adaptasiya dedikdə - yeni işçinin şirkətin təşkilati mədəniyyətinə, öz ilkin

kollektivinə, şirkətin ondan gözlədiyi tələblərə və öz iş yerinə olan

uyğunlaşmanın idarə olunan prosesidir;

B) adaptasiya dedikdə - işçinin öz məqsəd və vəzifələrini düzgün başa düşmək

və onu məsuliyyətli şəkildə icra etmək prosesidir;

C) adaptasiya dedikdə - yeniliklərin dərk olunması prosesidir;

D) adaptasiya dedıkdə - seçmədə istifadə olunan geniş yayılmış metodudur.

E) Adaptasiya dedikdə-nəzarət forması başa düşülür.

131. Biznes təşkilatının missiyasının mühüm elementidir:

A) İstehlakçının tələbatı;

B) İşçilərin sayı;

C) Reklamın mövzusu ;

D) Təşkilatın miqyası;

E) Firmanın istehsal güçü.



132. Aşağıdakı variantlardan hansında biznes dəqiqləşdirilmişdir?

A) Alkoqolsuz içkilər istehsalı.

B) Səyahət və turizm;

C) Avtomobil istehsalı;

D) Məişət xidmətləri;

E ) Mebel istehsalı;



133. Heyətin idarə edilməsi sisteminin təşkili prinsipləri neçə yerə bölünür?

A) 2


B) 3

C) 4


D) 5

E) 6


134. Strateji planlaşdırma prosesi hansı ardıcıllıqla həyata keçirilir?

A ) 1. Strateji uzağıgörmə və missiyanın seçilməsi. 2. Məqsədlərin müəyyən edilməsi. 3. Xarici mühitin təhlili. 4. Təşkilatın daxili zəif və güclü tərəflərinin tədqiqi. 5. Strateji alternativlərin öyrənilməsi. 6. Strategiyanın seçilməsi. 7. Strateji planın reallaşdırılmasının idarə edilməsi. 8. Strategiyanın qiymətləndirilməsi

B) 1. Missiyanın seçilməsi. 2. Missiyanın müəyyən edilməsi. 3. Strategiyanın seçilməsi. 4. Strategiyanın qiymətləndirilməsi. 5. Strateji alternativlərin aşkar edilməsi. 6. Strategiyanın idarə edilməsi. 7. Xarici mühitin təhlili. 8. Son seçim.

C) 1. Məqsədlərin seçilməsi. 2. Vəzifələrin seçilməsi. 3. Missiyanın seçilməsi. 4. Daxili mühitin təhlili. 5. Strateji alternativlərin qiymətləndirilməsi. 6. Təşkilatın zəif tərəflərinin aşkar edilməsi. 7. Strategiyanın seçilməsi. 8. Strategiyanınqiymətləndirilməsi.

D) 1. Strateji uzağıgörmə və missiyanın seçilməsi. 2. Məqsədlərin seçilməsi. 3. Vəzifələrin seçilməsi. 4. Strategiyanın seçilməsi. 5. Strategiyanın reallaşdırılması. 6. Strategiyanın qiymətləndirilməsi. 7. Xarici mühitin təhlili. 8. Daxili mühitin təhlili.

E) 1. Strategiyanın seçilməsi. 2. Məqsədlərin seçilməsi. 3. Strateji təhlil. 4. Strateji alternativlərin aşkar edilməsi. 6. Daxili mühitin təhlili. 7. Xarici mühitin təhlili. 8. Strategiyanın reallaşdırılması.



135. Formal planlaşdırmanın əsas komponentləri hansılardır?

A) Taktika, siyasət, prosedura, qayda.

B) Taktika, strategiya, norma, normativ;

C) Taktika, strategiya, planlaşdırma, proqramlaşdırma;

D) Taktika, strategiya, siyasət, iqtisadiyyat;

E) Taktika, praktika, proqram, təhlil;



136.Aşağıda göstərilənlərdən hansı insan resurslarının idarə edilməsi

mərhələlərinə aid deyildir?

A) kadr axıcılığı;

B) peşəyə istiqamətlənmə və adaptasiya;

C) insan resurslarının planlaşdırılması;

D) əmək fəaliyyətinin qiymətləndirilməsi

E) ixtisasın artırılması



137. Təşkilati prosesin neçə aspekti vardır?

A) iki;


B) beş;

C) yeddi;

D) dörd;

E) üç.


138.Mülahizələrə əsaslanan qərarlar rasional qərarlardan hansı xüsusiyyətinə

görə fərqlənir

A) Keçmiş təcrübədən asılıdır

B) Keçmiş təcrübədən asılı deyil

C) Obyektinə görə

D) Subyektinə görə

E) Heç bir xüsusiyyətinə görə



139. Biznes təşkilatında siyasət hansı səviyyə rəhbərliyi tərəfindən işlənib hazırlanır?

A) Ali səviyyə rəhbərliyi tərəfindən;

B) Aşağı səviyyə rəhbərliyi tərəfindən;

C) Orta səviyyə rəhbərliyi tərəfindən;

D) Texniki səviyyə rəhbərliyi tərəfindən;

E) Kadrlar şöbəsi tərəfindən.



140. Rasional qərarlar mülahizələrə əsaslanan qərarlardan hansı xüsusiyyətinə görə fərqlənir

A) Keçmiş təcrübədən asılı deyil

B) Keçmiş təcrübədən asılıdır

C) Obyektinə görə

D) Subyektinə görə

E) Heç bir xüsusiyyətinə görə



141. Menecmentdə planlaşdırma və nəzarətin uzlaşdırılması vasitəsi hesab edilir:

A) Büdcənin tərtibi və icrası;

B) Taktiki məqsədlərin müəyyən edilməsi;

C) SWOT – təhlil;

D) Rəhbərlik stili;

E) Proseduraların tərtibi.



142.Orijinallıq müşahidə olunmayan, köhnə qərarların təkrarı kimi səslənən

qərarlar adlanır

A) İnert qərarlar

B) Intuitiv qərarlar

C) Impulsıv qərarlar

D) Tarazlaşmış qərarlar

E) İnsayt qərarlar



143. Məqsədlər üzrə idarəetmə prosesinin mərhələsi deyildir:

A) Formal səlahiyyətlərin bölüşdürülməsi.

B) Məqsədlərə nail olmaq üçün real planların işlənib hazırlanması;

C) Sistematik nəzarət və iş nəticələrinin ölçülməsi və qiymətləndirilməsi;

D) Planlaşdırılmış nəticələrə nail olmaq üçün təshihatlandırıcı hərəkətlər;

E) Dəqiq məqsədərin müəyyənləşdirilməsi;



144. Təşkilati prosesin aspektləri hansılardır?

A) 1. Təşkilatın məqsədlərinin müəyyən edilməsi. 2. Məqsədlərin təsnifatı;

B) 1. Təşkilatın qurulması. 2. Təşkilatın inkişafı;

C) 1. Təşkilatın ayrı – ayrı bölmələrə bölünməsi. 2. Səlahiyyət münasibətlərinin və qarşılıqlı əlaqələrin yaranması;

D) 1 . Təşkilatın bölünməsi. 2. Təşkilatın böyüdülməsi;

E) 1. Təşkilatın qurulması. 2. Təşkilatın məqsədləri.



145. Təşkiletmə funksiyasının mahiyyəti nədir?

A) Təşkilatın adamlara birgə səmərəli işləməyə imkan verən quruluşunun yaradılması prosesdir;

B) Təşkilatın məqsədlərinin müəyyən edilməsi və onlara nail olunmasını təminedən prosesdir;

C) Təşkilatın məqsədlərinə uyğun bölmələrə bölünməsi prosesdir;

D) Təşkilatın məqsədlərinin müəyyən edilməsi üçün mütəxəssislərin toplanması prosesidir;

E) Təşkilatın tərəqqisi naminə güclərin səfərbərliyə alınmasıdır.



146.Hamı tərəfindən başa düşülən qərar necə adlanır

A) İnsayt qərarlar

B) İntuitiv qərarlar

C) İnert qərarlar

D) Tarazlaşmış qərarlar

E) İmpulsiv qərarlar



147. Səlahiyyət nədir?

A) Səlahiyyət müəyyən vəzifələri yerinə yetirmək üçün təşkilatın ehtiyyatlarından istifadə etmək və onun bəzi əməkdaşlarının fəaliyyətini istiqamətləndirmək sahəsində verilmiş məhdud hüquqdur;

B) Səlahiyyət müəyyən rəhbərə verilən əmretmək və qərarqəbuletmək hüququdur;

C) Səlahiyyət rəhbəri hakimiyyətlə təmin etmək üçün bir vasitədir;

D) Səlahiyyət işçilərin davranışını tənzimləmək və onların fəaliyyətini təşkilatın məqsədlərinə doğru istiqamətləndirmək vasitəsidir;

E) Səlahiyyət hakimiyyətdir.



148. Biznes təşkilatlarında səlahiyyətin hansı tipləri var?

A) 1. Xətti səlahiyyət. 2. Apparat səlahiyyət.

B) 1. İnzibatı səlahiyyət. 2. İqtisadi səlahiyyət.

C) 1. Hüquqi səlahiyyət. 2. Real səlahiyyət.

D) 1. İlkin səlahiyyət. 2. Sonrakı səlahiyyət

E) 1. Adi səlahiyyət; 2. Mürəkkəb səlahiyyət.



149.Asinergetik qərarlar nədir?

A) Əməliyyatların və sistemin effektivliyini aşağı salır

B) Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır

C) Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır

D) Risk şəraitində qəbul edilən qərardır

E) Təsadüfən qəbul olunan qərarlardır.



150. Biznes təşkilatlarında apparat səlahiyyəti hansılardır?

A) 1. Tövsiyyəetmə səlahiyyəti. 2. Məcburi razılaşdırma. 3. Paralel səlahiyyət. 4. Funksional səlahiyyət. 5. Apparat daxilində xətti səlahiyyət.

B) 1. Əmretmə səlahiyyəti. 2. Təşkiletmə səlahiyyəti. 3. Paralel səlahiyyəti. 4. Funksional səlahiyyət. 5. Apparat daxilində xətti səlahiyyət.

C) 1. Sərəncamvermə səlahiyyəti. 2. Gözləmə səlahiyyəti. 3. Paralel səlahiyyət. 4. Funksional səlahiyyət. 5. Apparat daxilində xətti səlahiyyət.

D) 1. Əmretmə səlahiyyəti. 2. Təşəbbüskarlıq səlahiyyəti. 3. Paralel səlahiyyət.4. Funksional səlahiyyət. 5. Apparat daxilində xətti səlahiyyət.

E) 1. Tövsiyyəetmə səlahiyyəti. 2. Tələbetmə səlahiyyəti. 3. Paralel səlahiyyət. 4. Funksional səlahiyyət. 5. Apparat daxilində xətti səlahiyyət.



151. Xətti səlahiyyət nədir?

A) Xətti səlahiyyət – bilavasitə rəhbərdən öz tabeçiliyində olana, onun da öz tabeçiliyində olan verdiyi səlahiyyətdir.

B) Xətti səlahiyyət – tabeçilikdə olanın öz rəhbərlərindən onun da öz rəhbərindəntələb etdiyi səlahiyyətdir;

C) Xətti səlahiyyət – işçilərə verilən səlahiyyətdir;

D) Xətti səlahiyyət – işçilərdən qəbul edilən səlahiyyətdir;

E) Xətti səlahiyyət – müəyyən hüdudlara malikdir.



152.Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarların hansı növləri vardır?

A) Ordinar, asinergetik və sinergetik

B) Ordınar, inert və sinergetik

C) Ginergetik, bisinergetik və asinergetik

D) Ordinar, rasional və sinergetik

E) Ordinar,inert,asineretik.



153. Səlahiyyətin hüdudları nə ilə müəyyənləşdirilir?

A) Siyasətlə; prosedurlarla; qaydalarla; təlimatlarla.

B) Metrlə; kilometrlə; santimetrlə; kvadratmetrlə;

C) Siyasətlə; iqtisadiyyatla; tərəqqi ilə; inkişafla;

D) Siyasətlə; iqtisadiyyatla; təlimlərlə; təsadüflə;

E) Funksiyalarla; prinsiplərlə; münaqişələrlə; müdafiələrlə;



154. Uliyam Nyumenə görə rəhbərin səlahiyyəti həvalə etmək istəməməsinin səbəbləri hansılardır?

A) 1. “Mən bunu daha yaxşı edirəm” fikri; 2. Rəhbərlik qabiliyyətinin olmaması. 3. Tabeçiliyində olana etibar etməməsi. 4. Riskdən qorxmaq. 5. Seçmə nəzarətinin olmaması.

B) 1. “Mən bunu daha yaxşı edirəm” fikri; 2. İşçinin savadsızlığı. 3. Tabeçiliyində olana etibar etməməsi. 4. Riskdən qorxmaq. 5. Seçmə nəzarətinin olmaması.

C) 1. “Mən bunu daha yaxşı edirəm” fikri; 2. Paxıllıq; 3. Tabeçiliyində olana etibaretməməsi. 4. Riskdən qorxmaq. 5. Seçmə nəzarətinin olmaması.

D) 1. Hakimiyyətini azaltmamaq qorxusu. 2. Paxıllıq; 3. Tabeçiliyində olana etibar etməməsi. 4. Riskdən qorxmaq. 5. Seçmə nəzarətinin olmaması.

E) 1. İşçinin etimadsızlığı. 2. Paxıllıq; 3. Tabeçiliyində olana etibar etməməsi. 4. Riskdən qorxmaq. 5. Seçmə nəzarətinin olmaması.



155.Rasional qərarlar nədir?

A) Belə qərarlar keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proses

vasitəsi ilə əsaslandırılır

B) Risk şəraitində qəbul edilən qərarlardır

C) Keçmiş təcrübəyə əsaslanır

D) Ehtiyatlı axtarışın nəticəsidir

E) Kollegial şəkildə qəbul olunan qərarlardır

156. Təşkilatın quruluşunun formalaşdırılması prosesi hansı istiqamətdə gedir?

A) Yuxarıdan aşağıya.

B) Soldan sağa;

C) Sağdan sola;

D) Aşağıdan yuxarıya;

E) Üfiqi istiqamətdə;



157. Biznes təşkilatlarının idarə edilməsinin tipik təşkilati quruluşları hansılardır?

A) 1. Bürokratik təşkilati quruluş. 2. Funksional təşkilati quruluş. 3. Divizional təşkilati quruluş. 4. Layihə təşkilati quruluşu. 5. Matris quruluşu.

B) 1. Bürokratik təşkilati quruluş. 2. Loqarifmik təşkilati quruluş. 3. Divizional təşkilati quruluş. 4. Layihə təşkilati quruluşu. 5. Matris quruluşu.

C) 1. Demokratik təşkilati quruluş. 2. Sistematik təşkilati quruluş. 3. Divizional təşkilati quruluş. 4. Layihə təşkilati quruluşu. 5. Matris quruluşu.

D) 1. Demokratik təşkilati quruluş. 2. Riyazi quruluş. 3. Həndəsi quruluş. 4.Layihə təşkilati quruluşu. 5. Matris quruluşu.

E) 1. Demokratik təşkilati quruluş. 2. Xeotik təşkilati quruluş. 3. Divizional təşkilati quruluş. 4. Layihə təşkilati quruluşu. 5. Atom quruluşu.



158.İmpulsiv qərarlar nədir?

A) Belə qərarların müəllifləri çoxlu sayda ideyalar yaradırlar, lakin onları

yoxlaya bilmirlər. Buna görə də belə qərarlar çox vaxt tap reallaşmır

B) Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir

C) Belə qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilir və tam reallaşdırılır

D) Belə qərarlar keçmiş təcrübəyə əsaslanır

E) Ani qəbul edilən qərarlardır.

159. Bürokratik təşkilati quruluşun xarakteristikası deyil?

A) Kifayət qədər çeviklik;

B) İdarəetmə səviyyələrinin ierarxiyalılığı;

C) Çoxsaylı formal qaydalar və standartlar sisteminin mövcudluğu;

D) Dəqiq əmək bölgüsü;

E) Formal şəxsiyyətsizləşdirmə ruhu.



160. İnsayt qərarlar nədir?

A) Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir

B) Kompüter şirkətlərində qəbul edilən qərardır

C) İri şirkətlərdə qəbul edilən qərardır

D) Saytlarla bağlı qərardır

E) Gecikmiş qərarlardır.



161. Funksional təşkilati quruluşun əsas çatışmamazlığıdır:

A) Bölmələr özlərinin məqsədlərinin reallaşdırılmasında hər şeydən çox maraqlı olurlar;

B) İşgüzar və peşəkar ixtisaslaşmaya səbəb olur;

C) Funksional sahələrdə uzlaşdırmanı yaxşılaşdırır;

D) Funksional sahələrdə maddi resursların istifadəsinin təkrarlanması azalır.

162. İdarəetmə qərarlarının əsas növləri hansılardır?

A) İntuitiv, insayt və mülahizələrə əsaslanan

B) İnert, ordinar və mülahizələrə əsaslanan

C) İntuitiv, inert, insayt və ordinar

D) İntuitiv, inert və insayt

E) Insayt,qeyri-ordinar



163. Funksional quruluşdan divizional quruluşa keçidin səbəbi deyil:

A ) Funksional quruluş məhsuldarlığın aşağı düşməsinə zəmin yaratmır;

B) Funksional quruluş geniş nomenklaturada məhsul istehsal edən təşkilatlar üçünyaranır;

C) Funksional quruluş fəaliyyətin diversifikasiyasının tələblərinə cavab vermir;

D) Funksional quruluş təşkilatın böyüməsi tələblərinə cavab vermir;

E)Funksional quruluş təşkilatın ayrı – ayrı seqmentlərə diqqətlə yanaşmasını təmin etmir.



164. Divizional təşkilati quruluş deyil:

A) Bölmələr üzrə divizional quruluş;

B) İstehlakçı qrupları üzrə divizional quruluş;

C) Məhsul üzrə divizional quruluş;

D) Regional üzrə divizional

165. Idarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır?

A) Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq

B) Məqsəd, Vəzifə, Peşəkarlıq

C) Məqsəd, Məsuliyyət, Peşəkarlıq

D) Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü

E) Nəticə,məsuliyyət,işgüzarlıq



166. Düzgün cavabı müəyyən edin:

A) Təşkilatın quruluşunun seçilməsi onun strategiyasından asılıdır;

B) Təşkilatın quruluşunun seçilməsi onun prezidentindən asılıdır;

C) Təşkilatın quruluşunun seçilməsi onun səhmdarlarının sayından asılıdır;

D) Təşkilatın quruluşunun seçilməsi onun səhmlərinin bazar qiymətindən asılıdır;

E) Təşkilatın quruluşunun seçilməsi onun məqsədli bazarından asılıdır.



167. Aşağıdakılardan hansı adaptiv təşkilati quruluşdur?

A) Matris quruluş;

B) Bürokratik quruluş;

C) Funksional quruluş;

D) Divizional quruluş;

E) Xətti - funksional quruluş;



168.Qərar nədir?

A) Qərar – insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, onu hər hansı bir

nəticəyə və ya tələb edilən fəaliyyətə çıxarır

B) Qərar – insan əqlinin məhsuludur

C) Qərar – insanın təfəkkür fəaliyyətinin nəticəsidir

D) Qərar - insanı hər hansı bir nəticəyə gətirib çıxarır

E) Qərar-təsir üsuludur

169. Motivasiya nədir?

A) Özünü və başqalarını fəaliyyətə sövq etmə prosesidir.

B) Tabeçilikdə olan işçilərin vəzifələrini dəqiqləşdirmə prosesidir;

C) Əməyin ödənilməsinin mükafatlı sistemidir;

D) Özünü və başqalarını mükafatlandırma prosesidir;

E) Mükafatlandırma prosesinin tənzimləməsidir;



170. Müasir motivasiya nəzəriyyələri neçə kateqoriyaya bölünür?

A) İki;


B) Üç;

C) Beş;


D) Yeddi;

E) Dörd.


171. İnzibati-sərəncam metodunun aşağıdakı təsir vasitələrindən hansı

yanlışdır?

A) sosial-iqtisadi təsir

B) təşkilati normalaşdırma

C) təşkilati planlaşdırma

D) inzibati-sərəncamverici təsir

E) sərəncamverici təsir



172. Hansı nəzəriyyə məzmun motivasiya nəzəriyyələrinə aiddir?

A) İki amil nəzəriyyəsi;

B) Ədalət nəzəriyyəsi;

C) Porter – Louler modeli;

D) Şəxsiyyət nəzəriyyəsi;

E) Gözləmələr nəzəriyyəsi.



173. İnsanın tələbatını necə hiss etmək olar?

A) İnsanın davranışından;

B) Havanın temperaturundan;

C) Bazarın Həcmindən;

D) İnsanın qohumlarından;

E) İnsanın təbəssümündən.



174.İdarəetmə metodlarının əsas ... istehsalın səmərəliyini yüksəltməklə,

idarəetmə kamandalarının dürüst və vaxtında yerinə yetirilməsində maraq

yaratmaq və onu inkişaf etdirməkdir. Bu cümləni tamamlayın

A) vəzifəsi

B) yeri və rolu

C) məqsədi

D) mexanizmi

E) funksiyası



175. Sövqetmə nədir nə nəyə təsir göstərir?

A) Sövqetmə tələbatın davranışda təzahürüdür, məqsədə çatmağa təsir göstərir;

B) Sövqetmə təhrikdir və münaqişə ehtimalına təsir göstərir;

C) Sövqetmə hakimiyyətdir. Cinayətkarlığın azalmasına təsir göstərir;

D) Sövqetmə menecmentdir, bilik səviyyəsinə təsir göstərir;

E) Sövqetmə məharətdir, qabiliyyətə təsir göstərir.



176. Nəzarətin neçə əsas növü var?

A) 3;


B) 7;

C) 5;


D) 6;

E) 4.


177. İdarəetmə metodlarının ... idarəetmənin obyektiv qanunauyğunluqları

ilə bağlıdır. Bu cümləni tamamlayın

A) məzmunu

B) təşkili prinsiplərini

C) sistemini

D) məqsədini

E) mexanizmi



178. Nəzarət prosesi neçə mərhələlərdən ibarətdir?

A) 3;


B) 7;

C) 5;


D) 2;

E) 4;


179. Nəzarətin əsas növləri hansı ardıcıllıqla həyata keçirilir?

A) 1. İlkin nəzarət; 2. Cari nəzarət; 3. Yekun nəzarət;

B) 1. İlkin nəzarət; 2. Yekun nəzarət; 3. Cari nəzarət;

C) 1. Cari nəzarət; 2. İlkin nəzarət; 3. Yekun nəzarət;

D) 1. Cari nəzarət; 2. Yekun nəzarət; 3. İlkin nəzarət;

E) 1. Yekun nəzarət; 2. İlkin nəzarət; 3. Cari nəzarət;



180. İdarəetmə metodunun tərifi aşağıdakılardan hansılardır?

A) İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və

taktiki məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə

təsir metodudur

B) İdarəetmə metodu elmi yanaşmaların, idarəetmə funksiya və metodlarının,

məqsədi, təminedici, idarə olunan və idarə edən yarımsistemlərin

məcmusudur

C) İdarəetmə metodu xarici, yaxud daxili bazarlarda hasil edilən məhsulun,

yerinə yetirilən xidmətlərin və təşkilatın rəqabət qabiliyyətinə nail olmaqdan

ibarətdir

D) İdarəetmə metodu istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə

məqsədyönlü təsir edilməsi vasitəsidir

E) İdarəetmə metodu dedikdə bir- biri ilə əlaqədə olan elementlərin məcmusu

başa düşülür.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin