Külək turbinləri, külək enerjisinin elektrik enerjisinə generasiyası
Bakı Dövlət Universiteti
Fizika fakültəsi
Qrup: FZM196
Tələbə: Gülməmmədov Əhməd
Müəllim: Güləhmədov Orxan
Külək turbini
küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır.
Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur.
Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur.
Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır.
Növləri:
Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür.
Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər:
Horizontal oxlu külək turbinlərində (HOKT) (ingiliscə: Horizontal-axis wind turbines – HAWT) qüllə başında küləyə yönəldilən rotor valı və elektrik generator mövcüd olur. Kiçik turbinlər adi yelqovan ilə küləyin istiqamətini tutur, böyük turbinlər isə külək sensoru və servomotor ilə işlənilir. Turbinlərin çoxunda sürət qutusu mövcüddur. Həmin sürət qutusu qanadların yavaş fırlanmasını elektrik generatoru üçün daha uyğun olan sürətli fırlanmaya çevirir. Çünki qüllə öz arxa tərəfində burulmanı (turbulensiyanı) yaradır, turbin küləyə qarşı yerləşdirilir.