Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdən, xüsusilə 2000-ci ildən başlayaraq Azərbaycanda infrastruktur sahəsində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdir. İnfrastrukturda infrastruktura iri həcmli investisiyaların qoyulması və dövlət idarələri və digər maraqlı şəxslər arasında potensialın artırılmasının tələb olunması arasında boşluqların olduğu güman olunur. Buna görə də, Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının artırılması Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır. DİKPGL layihəsinin əsas məqsədi əsas prioritet sahələr, xüsusilə infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı keyfiyyətin və səmərəliliyinin artırılmasıdır. DİKPGL aşağıda göstərilən dörd komponentdən ibarətdir:
Komponent1: Ümumi mövzular üzrə potensialın gücləndirilməsi
Komponent 2: Konkret sektorlar üzrə potensialın gücləndirilməsi
DİKPGL layihəsinin komponentlərindən biri olan konkret sektorlar üzrə Potensialın Gücləndirilməsi Komponenti dövlət nazirlikləri və orqanları tərəfindən layihələrin hazırlanması və icra olunması üzrə potensialın artırılması məqsədi daşıyır, bura Layihə müddətində təklif olunacaq ümumi idarəetmə modulu üzrə təlimlərin keçirilməsi daxildir. Bu komponent üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur, xüsusilə də “Tikintinin idarə olunmasında FIDIC (Məsləhətçi-mühəndislərin beynəlxalq federasiyası) müqavilə şərtlərinin izahı” mövzusunda təlim kursu prioritet təşkil edən məsələlərdəndir. Buna görə “Tikintinin idarə olunmasında FIDIC (Məsləhətçi-mühəndislərin beynəlxalq federasiyası) müqavilə şərtlərinin izahı” mövzusunda təlim kursu mövzusunda təlim kursu DİKPGL tərəfindən təşkil ediləcək və
maliyyələşdiriləcəkdir.
TAPŞIRIĞIN MƏQSƏDİ:
Tapşırığın əsas məqsədi FIDIC Müqavilə şərtlərinin tam başa düşülməsi və onun səmərəli qaydada tətbiq olunmasını təmin etməkdir. Təlim kursu təlim iştirakçılarına müqavilələrin idarə olunması, müqavilə üzrə yerinə yetirilən işlərin gedişinə nəzarət, xərclərə nəzarət və keyfiyyətin idarə olunması, ətraf mühitin idarə olunması məqsədilə müvafiq üsullar məlumatlandırmaq, bununla yanaşı hər bir Beynəlxalq Maliyyə Agentliyi (BMA) tərəfindən maliyyələşdirilən tikinti layihələrinin uğurlu şəkildə idarə olunması məqsədilə təlim iştirakçılarını potensial bilik və bacarıqlarla təmin etməkdir.
Təlimə aşağıdakı mövzular daxildir, lakin siyahı bununla bitmir:
İnşaatın İdarə olunması ilə Tanışlıq
Keyfiyyətə Zəmanət üzrə Təlimat Kitabçası
Yerinə Yetirilən işlərə dair Müqavilələrlə Tanışlıq (Qırmızı Kitab, Sarı Kitab )
FİDİC-ə həsr olunan II hissə: xüsusi tətbiqin şərtləri
İşlərin xeyli hissəsinin başa çatdırılması və qəbul edilməsi
Qüsurların düzəldilməsi müddəti (QDM) və şəhadətnaməsi
İşçi cizgilər
Yekun attestasiya və ödəniş
TƏLİM İŞTİRAKÇILARI:
Təlim kursu geniş işlərə dair müqavilələrin icrası və idarə olunmasına cəlb olunmuş bütün şəxslər üçün nəzərdə tutulmuşdur. Təlimin müddəti minimum 30 saat olmalıdır.
Təlimin hədəf qrupu aşağıdakı mütəxəsislər üçün nəzərdə tutulmuşdur, lakin, bununla məhdudlaşmayacaqdır:
İşlərə dair müqavilələr yerinə yetirilən layihələrin menecerləri;
Hüquq məsləhətçiləri;
Müvafiq mövzu və yaxud ixtisaslar üzrə ali təhsil müəsisələrinin fakültə üzvləri.
Məsləhətçi təşkilat təlim proqramını 15 nəfər təlim iştirakçısından ibarət 1 qrup üçün Bakı şəhərində və 15 nəfər təlim iştirakçısından ibarət digər bir qrup üçün Naxçıvan şəhərində keçirilməsini təklif edə bilər.
Buna baxmayaraq, Məsləhətçi təşkilata şəxsi təşəbbüs əsasında əlavə təlim iştirakçılarını dəvət etmək üçün icazə verilir və hazırkı TVD (Təkliflərin Verilməsi üçün Dəvət) çərçivəsində bu iştirakçıların təlim kursunda iştirakı üçün xərc tələb etmir. Bununla yanaşı təlim kursunda iştirak edən şəxslərin sayı 25 nəfərdən artıq olmamalıdır.
MƏSLƏHƏTÇİ TƏŞKILATIN YERİNƏ YETİRƏCƏYİ ƏSAS TAPŞIRIQLAR VƏ ÖHDƏLİKLƏR:
Məsləhətçi təşkilat Sifarişçi ilə sıx əməkdaşlıq edərək aşağıda qeyd edilən tapşırıqları yerinə yetirəcəkdir:
Bilik, bacarıq və baxışların ilkin səviyyəsinin müəyyən olunması məqsədilə Azərbaycan dilində tərtib olunmuş müvafiq qısa testlərdən (ilkin qiymətləndirmə) istifadə etməklə təlim iştirakçılarının ilkin qiymətləndirilməsini həyata keçirmək;
Təlim iştirakçılarının təlimdə iştirakına dair qeydləri razılaşdırılmış formada aparmaq;
Təlim kursunun bütün mərhələlərində, təlim təchizatçısından təlim iştirakçılarının təlim kursunda vaxtaşırı iştirak etmədiyi və yaxud təlimin keyfiyyəti və qavranılmasına təsir edə biləcək bu və ya digər hallar barədə dərhal birbaşa olaraq Sifarişçini məlumatlandırmaq;
Təlim zamanı bütün qarşılıqlı fəaliyyətləri yüksək peşəkar və pedaqoji yanaşma üsullarından istifadə etməklə Azərbaycan dilində hər bir proqrama uyğun olaraq vaxtı-vaxtında həyata keçirmək ;
Razılaşdırılmış təlim materiallarını təlim iştirakçılarına Azərbaycan dilində gündəlik olaraq təqdim etmək;
Bütün təlim iştirakçılarının öyrəndiklərini və qavradıqlarını dəqiqləşdirmək məqsədilə hər günün sonunda Sual və Cavab sesiyyalarını həyata keçirmək;
Təlim iştirakçılarına yerinə yetirmək məqsədilə verilən bu və ya digər tapşırıqların nəticələrini yoxlamaq;
Hər bir təlim kursu müddətində və onun sonunda( yekun qiymətləndirmə Sifarışçi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir) təlim iştirakçılarını onların təlim müddətində göstərdikləri fəallıq və diqqətlilik dərəcəsi ,həmçinin qavrama və başa düşmə bacarıqlarına əsasən yoxlamaq.
Təlim iştirakçılarına yekun qiymətləndirmənin nəticələrindən asılı olaraq iki növ sertifikat verilməlidir:
1) İştirak haqqında sertifikat;
2) Təlim kursunun müvəffəqiyyətlə bitirilməsi barədə sertifikat.
Buna baxmayaraq, əgər Təlim Təchizatçısı sertifikatların verilməsi (sinif/kateqoriya/ səviyyə və.s)məqsədilə özü tərəfindən hazırlanmış qiymətləndirmə mexanizmi istifadə etdiyi halda, oxşar üsul həmçinin təlim iştirakçılarına sertifikatların verilməsi zamanı tətbiq olunmalıdır;
Hər bir təlim tapşırığının sonunda təlim materialları və təlimçilərin keyfiyyəti və müvafiqliyini müəyyənləşdirmək, həmçinin satınalmaların idarə olunmasına dair proseduralarla əlaqədar potensialın gücləndirilməsi üçün gələcək tələbatlar və digər inkişaf tədbirləri ( təlim, Texniki Yardım və s) barədə təlim iştirakçılarının fikirlərini öyrənmək məqsədilə təlim iştirakçılarına sorğu anketləri (cavablandırma formaları) təqdim etmək ;
İnzibati məsələlərlə bağlı bütün işləri təşkil və təmin etmək, lakin görüləcək fəaliyyətlər aşağıda göstərilənlərlə məhdudlaşmır:
Təlimin keçirilməsi üçün təlim mərkəzinin lazım olan bütün növ avadanlıqlar və mebel avadanlığı ilə təchiz olunması;
Təlimin keçirilməsi üçün lazım olan bütün növ dəftərxana ləvazimatlarının alınması və təlim materialların çap olunması;
Təlim müddətində çəkilmiş şəkil və video kliplər ( hər biri 10 dəqiqə müddətində olmaqla 5 -10 klip)
TƏŞKİLATİ TƏDBİRLƏR:
Müqavilənin əlaqələndirilməsi
Sifarişçi tərəfindən DİKPGL layihəsinin Layihə Əlaqələndirmə Qrupunun (LƏQ) direktoru cənab Elvin Rüstəmov Təhsil Nazirliyi (TN) və Məsləhətçi təşkilat arasında rəsmi əlaqələndirici olacaqdır. Bu TT çərçivəsində görülən işlərdən irəli gələn bütün hesabatlar, nəticələr və əsas sənədlər ona təqdim edilməlidir;
Məsləhətçi təşkilat koordinasiya fəaliyyətlərini təlim koordinatoru (ları) ilə birgə həyata keçirəcəkdir.
Sifarişçi həmçinin təlim iştirakçılarının təlimlərdə iştirakını təmin etmək məqsədilə Məsləhətçi təşkilatla birgə əməkdaşlıq edəcəkdir.
MƏSLƏHƏTÇİ TƏŞKİLATIN
İXTİSAS TƏLƏBLƏRİ:
FIDIC müqavilə şərtləri mövzusunda təlimlərin keçirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təşkilat olmalıdır;
Təşkilatın təlimçiləri müvafiq sahədə təhsilə və infrastruktur tikinti layihələrinin idarə olunması və müvafiq sahədə təlimlərin keçirilməsi üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır;
Azərbaycanda təcrübəsi olan təşkilatlara üstünlük veriləcəkdir.