Layihələr/Fəaliyyətlər Nəticə və nailiyyətlər

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 40.09 Kb.
tarix22.10.2017
ölçüsü40.09 Kb.

Layihələr/Fəaliyyətlər

Nəticə və nailiyyətlər

"Gənclərə kompüter texnikası və informativ texnologiyalar tədrisi üzrə informasiya tədris mərkəzinin inkişaf proqramı", "Şəbəkə ehtiyatlarından istifadənin öyrədilməsi daxil olmaqla "İnternet ünsiyyət" bölməsinin yaradılması ilə informasiya-tədris mərkəzinin genişləndirilməsi proqramı"

“Gənclərin, xüsusilə imkansız gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması” layihəsi

“Gəncə şəhəri və Qərb regionu rayonlarının kiçik və orta müəssisə rəhbərlərinə sahibkarlıq sahəsində yeni imkanlar təqdim edən informasiya-məsləhət tə’minatı proqramı” layihəsi


Layihələrin uğurlu nəticəsi olaraq, ölkənin qərb regionunda informasiya-kommunikasiya texnologiyalarının yayılmasına və ondan istifadəyə olan tələbatın ödənilməsində aparıcı rolu olan və daimi fəaliyyət göstərən treninq mərkəz yaradılmışdır.

Əldə etdiyimiz uğurlu nəticələrdən biri də 2000-ci ildən bu günə qədər 1457 nəfər dinləyicinin yaradılmış bu treninq mərkəzdə informasiya-kommunikasiya texnologiyaları üzrə təhsil alması və təşkilat daxili sertifikatlaşmadan keçməsidir. (Təşkilatın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən tərtib olunmuş MS Office paketinin Word, Excel, Windows əməliyyat sistemi, "İnternet şəbəkə resurslarından istifadə" üzrə tədris proqramları ən yüksək standartlara cavab verir).

Öz coğrafi hüdudlarına görə, informasiya-tədris mərkəzində təlim almış dinləyicilər, Azərbaycanın Xanlar, Samux, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Goranboy, Yevlax rayonlarını, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini əhatə edir.

Layihəyə cəlb edilmiş gənclərin, xüsusən imkansız gənclərin sahibkarlıq fəaliyyətinə və özünü məşğulluğa cəlb edilməsi cəmiyyətin bu əsas təbəqəsinin sosial müdafiəsini möhkəmləndirmiş, onların müstəqilliyinin formalaşmasını, həyat səviyyəsinin yaxşılaşmasını, ümumən isə onların yaşadığı və işlədiyi icmanın inkişafını stimullaşdırmışdır.


Layihə regionda kiçik və orta biznes sahəsində informasiya-konsaltinq xidmətinin təşkilinə yönəldilmişdir. Daimi fəaliyyət göstərən informasiya bazasına giriş punktu və informasiya saytı bilik.co-az.net yaradılmışdır.

Kiçik müəssisə rəhbərlərinə və mühasiblərə İnternet və “1C Бухгалтерия”/ “Az Mühasib” proqramları üzrə treninq-kurslar keçirilmiş, marketinq üzrə məsləhətlər verilmişdir.


“Gəncə regionunda yerli özünüidarəetmə orqanlarının kadr və texniki resurslarının gücləndirilməsi” layihəsi

"Bələdiyyə idarəçiliyində tətbiqi metodlar: problemlərin analizi və qərarların qəbul edilməsi" layihəsi



Layihə üzrə regionun 14 bələdiyyəsində kompüter-kommunikasiya resursları yaradılmış və genişləndirilmişdir. 14 bələdiyyə İnternet şəbəkəsinə qoşulmuş və bununla da, yerli özünüidarəetmə haqqında beynəlxalq təcrübə ilə tanış olmaq imkanını əldə etmişdirlər. Bələdiyyələrin institusional inkişafına yönəldilmiş məsləhət xidməti təşkil edilmiş və bələdiyyə quruculuğunun təşkilati əsaslarına dair metodik vəsaitlər hazırlanmışdır.
Layihə çərçivəsində, Gəncə regionu bələdiyyələri üçün "Bələdiyyələrin vətəndaş cəmiyyətində rolu" mövzusunda seminar-konfrans keçirilmiş, regionun 12 xidmət olunan rayonlarında bələdiyyələr üçün sosial problemlərin analizi, prioritetlərin müəyyənləşdirilməsi və qərarların qəbul edilməsi, strateji planlaşdırma və inkişaf məsələlərinə aid işçi seminarlar təşkil olunmuşdur. Yeni seçilmiş bələdiyyə üzvlərinə və qulluqçularına qəbul olunmuş qərarların həyata keçirilməsinin hüquqi təminatı ilə bağlı hüquqi məsləhətlər verilmişdir.

Tətbiqi metodların region bələdiyyələrinin cari fəaliyyətində istifadəsi, yeni seçilmiş bələdiyyə üzvlərinin artırılmış bilik və bacarıqları, region bələdiyyələrin yerli icmalarla, hakimiyyət orqanları ilə yaxşılaşdırılmış qarşılıqlı fəaliyyəti, strateji planlaşdırma elementlərinin bir neçə bələdiyyənin büdcə tərtibatında, perspektiv fəaliyyətində tətbiqi, sosial problemlərin həllində yaxşılaşdırılmış hüquqi səlahiyyətliliyin nümayiş etdirilməsi layihənin uğurlu nəticələridir.



«Gəncə şəhəri 17, 28 və 29 saylı orta məktəblərində «İctimai-fəal məktəb» modelinin inkişaf etdirilməsi» layihəsi

"Qeyri-formal məktəb fondlarının şəffaflığı" layihəsi



Layihə, Vətəndaş cəmiyyəti quruculuğu təşəbbüslərinin dəstəklənməsi çərçivəsində Gəncə şəhəri və region rayonlarında «İctimai-fəal məktəblər» şəbəkəsinin yaradılmasına yönəldilmişdir. Məktəb təhsili haqda yeni anlayış formalaşmış, məktəb təhsil, mədəniyyət, informasiya və ictimai mərkəzə çevrilmişdir. Ərazidə təhsil, ictimai-sosial problemlər məktəb və icmanın (yerli sakinlərin) birgə resursları ilə həll olunur.

Layihə məktəbin idarə olunmasında ictimai iştirakın (valideyn, məzun) gücləndirilməsinə, məktəbin inkişaf etdirilməsində və ehtiyaclarının ödənilməsində maliyyə-inzibati müstəqilliyinin artırılmasına istiqamətlənmişdir. Layihə məktəb ictimaiyyətinin qeyri-formal fondların leqal şəkildə formalaşmasında və istifadəsində maliyyə-təsərrüfat mədəniyyətinin formalaşmasına imkan yaratmışdır. Xüsusi vəsaitlərin idarəetmə bacarıqlarını əldə etməklə, məktəb ictimaiyyətinin (valideynlər, məzunlar) bütövlükdə məktəb büdcəsinə maraq və diqqəti artmışdır. Layihənin gedişində valideynlər məktəb nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə uyğun, real yaşayıb və idarə etməyi öyrənmişdirlər. Bu, onlara məktəbin idarə edilməsində və məktəbə əlavə dəstək olan maliyyə mənbələrinin formalaşmasında ictimai komponentin gücləndirilməsinə kifayət qədər geniş imkanlar yaradır.



«İqtisadi və sosial islahatlar şəraitində Gəncə şəhəri və regiondakı rayonlarda kadr hazırlığının təkminləşməsi» layihəsi
«Qaçqın və məcburi köçkün icmalarında kadr potensialının araşdırılması və işsizlik probleminin aradan qaldırılma yolları» layihəsi

"Təhsil vasitəsilə konfliktlərin həllində qaçqın məktəblərində işləyən müəllimlərin rolunun gücləndirilməsi" layihəsi




Layihə, «Şərq-Şərq» ölkələrarası əməkdaşlıq proqramı çərçivəsində, dayanıqlı inkişaf strategiyasında kadr hazırlığı problemlərinin araşdırılmasına həsr olunmuşdur. Gürcüstan nümayəndələrinin iştirakı ilə «Kadrlar, günümüzün reallıqları, kadr hazırlığının müasir meyarları» mövzusunda beynəlxalq seminar-konfrans keçirilmişdir.
 

Layihə qaçqın və köçkünlərin sosial-pixoloji vəziyyətləri və cəmiyyətdə adaptasiyası, habelə maddi vəziyyətlərinin yaxşılaşdırılması məsələlərinin dəstəklənməsi ilə, onların həyat səviyyələrinin qalxmasına təsir göstərilməsinə yönəldirilmişdir. Layihə çərçivəsində 72 köçkün statuslu benefisiar layihədən faydalanmışdır. Onlar, fərdi kompüter operatoru, biçmə-tikmə (modelyer), qadın bərbəri və rəngsaz ixtisasları üzrə, bazar tələbatı olan, yeni peşələrə yiyələnmiş və işlə təminat məsələlərində bərabər imkanlar qazanmışlar. Göstərilən psixoloji məsləhətlər onlarda özünətəşkil (icma daxilində fəaliyyət) xüsusiyyətlərini gücləndirmişdir. Layihə çərçivəsində habelə Gürcüstan və yerli qeyri-hökumət təşkilatları, biznes strukturları və məşğulluq mərkəzinin iştirakı ilə qaçqın və köçkünlər arasında işsizlik probleminin aradan qaldırılmasına həsr olunmuş dəyirmi masa keçirilmişdir.




Həm Azərbaycanda, həm də Gürcüstanda qaçqın və köçkün məktəblərində işləyən müəllimlərin (75 nəfərin) keçirilmiş xüsusi təhsil proqramları vasitəsilə konfliktlərin həllində bilik və bacarıqlarını artırılmaqla, onların cəmiyyətə təsiri güclənmişdir.

Azərbaycanda və Gürcüstanda qaçqın və köçkün məktəblərində işləyən müəllimlərin, qeyri-hökumət təşkilatlarının millətlərarası konfliktlərin həllində rolunun gücləndirilməsi məsələlərində təcrübə və informasiya mübadiləsi ilə bağlı dəyirmi masalar keçirilmişdir.

«İctimai maarifləndirmə və meşələrin qorunması mövzusunda debatların təşkili» layihəsi

"Gəncə şəhəri Sevinc qəsəbəsinin ərazisinin yaşıllaşdırılması" layihəsi


Layihə çərçivəsində, Hacıkənd, Göy-Göl meşələri, Gəncə və Gəncə ətrafı ərazilərdə, meşə zolaqları dairəsində yaşayan əhalinin, məcburi köçkün icmaların diqqətinin meşələrin və meşə zolaqlarının qorunmasına və inkişafına yönəldilmiş ekoloji maarifləndirmə işləri aparılmışdır. Ətraf mühitin mühafizəsinə olan ictimai diqqətin artırılması məqsədi ilə, Gəncə Müstəqil Jurnalistika Mərkəzinin iştirakı ilə 2 teledebat veriliş hazırlanmış və yerli TV-kanallar vasitəsi ilə geniş ictimaiyyətə çatdırılmışdır.


Layihə Gəncə şəhəri üçün hazırlanmış Ətraf Mühitin Mühafizəsinin Yerli Fəaliyyət Planları çərçivəsində ekoloji vəziyyətin yaxşılaşmasında ictimai iştirakın gücləndirilməsinə istiqamətlənmişdir. Layihə çərçivəsndə Gəncə şəhərinin Sevinc qəsəbəsində yerli icma, bələdiyyə və şəhər təsərrüfatı idarəsinin birgə resursları ilə yaşıllaşdırma işləri aparılmışdır.Birgə təşkil edilmiş ekoloji aksiyalar zamanı ərazi sənaye və məişət tullantılarından təmizlənmiş, 3000 ting və gül kolları əkilmişdir. Ekoloji vəziyytlə bağlı aparılmış izahat, maarifləndirmə işləri, yaşıllaşdırma ilə bağlı verilmiş praktik məsləhətlərvə təşkil edilmiş ictimai kampaniyalar icma üzvlərinin ekoloji təfəkkür tərzində pozitiv dəyişikliklərə gətirmişdir.



"Milli QHT-lərin bacarıqlarının inkişaf etdirilməsi" layihəsi

“Azərbaycanda İctimai Sərmayə Proqramı – III Faza” layihəsi

”İcma mikro layihələrinin idarəedilməsi” layihəsi


Layihə çərçivəsində "Bilik" QHT işçi heyəti icma əsaslı inkişaf proqramlarının həyata keçirilməsi sahəsində təşkilati fəaliyyət və texniki bacarıqların artırılmasını nəzərdə tutan təlim sessiyalarında iştirak etmişdir. Parallel olaraq, BTC/CQBK boru kəməri boyunca beş seçilmiş icmada (Şəmkir rayonu Qılıncbəyli və Məşədi Hüseynli, Tovuz rayonu Aşağı Ayıblı, Aşağı Quşçu və Düz Qırıqlı icmaları) icmaların inkişafına yönəldilən tədbirlər həyata keçirilmiş, icma mikrolayihələri hazırlanmış və uğurla başa çatdırılmışdır. Seçilmiş icmalarda icma qrupları formalaşdırılmış, İcma Fəaliyyət Planı qəbul edilmiş və “İcma İnkişaf Fondu” yaradılmışdır.

Növbəti mərhələdə “İcma İnkişaf Fondu”nun resurslarının artırılmasının təmin edilməsi, icmalarda gəlir gətirən sahələrin yaradılması üzrə layihələrin hazırlanması, bu sahədə marketinq və biznes-planlaşdırma üzrə təlim kurslarının təşkili planlaşdırılmışdır.

Layihənin tətbiqi, ümumi inkişaf metodologiyasının başa düşülməsi və icmalarla güclü münasibətlərin yaradılması sahəsində təşkilati təcrübəni artırmışdır; mikrolayihələrin tətbiq edilməsi icma üzvlərinin yaşayış səviyyələrinin və icma infrastrukturunun keyfiyyətini artmasına gətirmişdir.

İSP III fazasında SC-nin partnyoru olaraq, iştirak nəticəsində, icma inkişaf proqramlarının həyata keçirilməsi ilə əldə etdiyi bilik və bacarıqlar, mənimsədiyi icma inkişaf konsepsiyaları və təlim modulları, habelə institusional inkişaf nəticəsində artırılmış resurslar “Bilik” MQHT-nin gələcək İSP təşəbbüslərində kifayət qədər səriştəli və təcrübəli bir təşkilat kimi iştirak etməsinə zəmin yaratmışdır.

BTC boru kəməri boyunca hədəf icmalarda növbəti sosial infrastruktur layihələrinin yerli hökumət strukturları və bələdiyyələrlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi formatında icra edilməsi, icmaların davamlı inkişafınının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaratmışdır.


”Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sistemi istifadəçilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi

”Davamlı İnkişafla bağlı Fasiləsiz Təhsilə və Yeni Biliklərə olan Ehtiyacların Ödənilməsində İctimai Kitabxanaların Rolunun Artırılması” layihəsi



İRBİS 64 proqram təminatına daxil olan “Avtomatlaşdırılmış iş yerləri” proqram modullarının tətbiqi ilə Gəncə şəhər Mərkəzi Kitabxana istifadəçilərinə elektron kitab resurslarının təqdimi, kitabxana kataloq sisteminin avtomatlaşdırılması və Gəncə şəhər Mərkəzi Kitabxanasının Web resursları yaradılmışdır.

Pilot seçilmiş iki ictimai kitabxanalar tərəfindən yeni xidmətlərin göstərilməsi nəticəsində onların sosial statusu artmış, ictmai kitabxanalar müxtəlif insan qruplarının və icma təmsilçilərinin təhsil almaq, bilik və informasiya əldə etmək, sorğuları cavablandırmaq imkanlarının artırılmasına şərait yaradan bir ictimai inkişaf mərkəzinə çevrilmişdir.




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə