1034) Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir? A) Aşağı ətrafların qızıl yelində
B) Flebit və tromboflebitlərdə
C) Xəstə koma vəziyyətində olduqda +
D) Yuxarı ətrafın zədələnmələrində
E) İnfeksiyadan sonra baş verən hematomalarda
1035) Periferik venanın punksiyasında kateterin iynəsi neçə dərəcəli bucaq altında yeridilməlidir? A) 10-40
B) 20-40
C) 15-30 +
D) 10-20
E) 5-10
1036) Periferik venanın punksiyasında iynənin kəsiyi dəri səthinə münasibətdə hansı istiqamətə yönəldilməlidir? A) Aşağı
B) Köndələn
C) Sola
D) Yuxarı +
E) Sağa
1037) Periferik venaya kateter yeridilən zaman iynə-stilet daxili konyula ilə minimum hansı məsafəyə yeridilir? A) 4 ml.
B) 6 ml.
C) 2 ml.
D) 3 ml.
E) 5 ml. +
1038) Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür? A) sidik kisəsinə borunun yeridilməsi
B) Sidik kanalına borunun yeridilməsi
C) Boşluğa borunun yeridilməsi
D) Sistostomaya borunun yeridilməsi
E) Sidik kanalı ilə sidik kisəsinə borunun yeridilməsi
1039) Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur? A) 100-200
B) 500-1000 +
C) 20-50
D) 100-150
E) 200-300
1040) Kişilərdə kateter sidik kanlına hansı məsafəyə qədər yeridilir? A) 12 sm.
B) 19-20 sm.(sidik xaric olana qədər) +
C) 15 sm.
D) 14 sm.
E) 10 sm.
1041) Qadınlarda kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir? A) 2 sm.
B) 3 sm.
C) 4 sm.
D) 8 sm.
E) 5-6sm.(sidik xaric olana qədər) +
1042) Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir? A) 2-3
B) 3
C) 4-6 +
D) 1-3
E) 1-2
1043) Autoimmoblizasiya nədir? A) Zədələnmiş nahiyənin karton parçasına təsbit edilməsi
B) Zədələnmiş nahiyənin şinaya təsbit edilməsi
C) Zədələnmiş nahiyəyə gips sarğısının qoyulması
D) Zədələnmiş nahiyənin taxta parçasına təsbit edilməsi
E) Zədələnmiş nahiyənin sağlam tərəfə təsbit edilməsi +