1052) “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz? A) Ağrıkəsicilərin yeridilməsi
B) Xəstəyə horizontal vəziyyətin verilməsi
C) Xəstənin xəstəxanaya çatdırılması
D) Qarın nahiyəsinə buz qovuğunun qoyulması +
E) Təxirə salınmaz yardımın çağırılması
1053) Əməliyyatdan sonrakı ağırlaşmaya hansı aid deyil? A) Yara ətrafında qızartı
B) Tikişlərin aralanması
C) Ağrının olması
D) Yaradan qanaxma
E) Yaranın çapıqlaşması +
1054) Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb bacısı nə etməlidir? A) Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək
B) Xəstəyə yuxugətirici preparat təyin etmək
C) Palatanın havasını dəyişdirmək
D) Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq
E) Əməliyyat sahəsinə buz qovuğunu qoymaq +
1055) Üz-çənə nahiyəsinin zədələnməsində tibb bacısı ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə edir? A) 0.1%-li kalium permanqanat +
B) 33%-li hidrogen peroksid
C) 70%-li spirt
D) 2%-li kalium permanqanat
E) 0.5-li xlorheksidin biqlyukonat
1056) Qastrostomaya qulluq tibb bacısı tərəfindən gündə neçə dəfə aparılmalıdır? A) Gündə üç dəfə
B) Bir gündən bir
C) Hər qidalanmadan sonar +
D) Sutkada bir dəfə
E) Səhər və axşam
1057) Reanimasiya tədbirləri zamanı dil kökünün qatlanmaması üçün xəstənin başına hansı vəziyyət verilir? A) Önə əyilmiş
B) Sağa, yana çevrilmiş
C) Arxaya əyilmiş +
D) İlkin vəziyyətdə saxlanılmış
E) Sola, yana çevrilmiş
1058) Müalicəvi immobilizasiyaya nə aiddir? A) Kramer şinası
B) Diteriks şinası
C) Ləçəkvari sarğı
D) Pnevmatik şina
E) Gips sarğısı +
1059) Natamam gips sarğısına hansı aiddir? A) Dairəvi
B) Gips korseti
C) Longet +
D) Gips yaxalığı
E) Pəncərəli