347) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?
A) Dəri içi
B) Düz bağırsağa
C) Əzələdaxili
D) Dərialtı
E) Venadaxili
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
348) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir:
A) Düz bağırsağa
B) Əzələdaxili, venadaxili
C) Uşaqlıq yolu ilə
D) Tənəffüs yolları ilə
E) Dilaltı
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
349) Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?
A) Ödem
B) Nekroz
C) Tromboflebit
D) İnfiltrat
E) Hava emboliyası
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
350) Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Xəstədə narahatlıq yaratmaması
B) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması
C) Qaraciyərin baryer rolunun kənarda qalması
D) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması
E) Asan olması
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |