1164) Poliemielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?
A) Periferik hərəki və hissi neyronlar
B) Ekstrapiramid sistem
C) Mərkəzi və periferik hərəki neyronlar
D) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi
E) Onurğa beyninin seqmentar aparatı
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1165) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?
A) 30-40 yaş
B) 21-25 yaş
C) 50-60 yaş
D) 7-8 yaş
E) 10-15 yaş
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1166) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?
A) Ənsə əzələlərinin rigidliyi
B) Üzün bir tərəfində tutmaşəkilli ağrılar
C) Burun-dodaq büküşünün hamarlanması
D) Qaşları qaldıran zaman alında qırışların olmaması
E) Qusma
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1167) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?
A) Dağınıq skleroz
B) Yan amiotrofik skleroz
C) Bel tabesi
D) Serinqomieliya
E) Ensefolomielit
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
Dostları ilə paylaş: |