884) Yumurtalıq hansı hormonu ifraz edir?
A) Algesteron
B) Progesteron
C) Prolaktin
D) Testesteron
E) Kortizol
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
885) Uşaqlıq boynunun patoloji vəziyyətinin diaqnostikası üçün hansı əlavə müayinə üsulları istifadə olunur?
A) Laporoskopiya
B) Uşaqlığın zondlanması
C) Kolposkopiya
D) Diaqnostik qaşınma
E) Histerosalpinqoqrafiya
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
886) Aşağıdakı xəstəliklərin hansında uşaqlıq yolu şırınqa edilir?
A) Retension kistalar
B) Salpinqit
C) Kolpit
D) Uşaqlıq mioması
E) Peritonit
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
887) Yumurtalığın funksiyasını yoxlamaq üçün hansı metoddan istifadə olunur?
A) Kolposkopiya
B) Qanda qadın cinsiyyət hormonlarının təyini
C) Ultrasəs müayinə
D) Laporoskopiya
E) Uşaqlığın zondlanması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
888) Amenoreya nədir?
A) Aybaşının zəifləməsi
B) Aybaşının 2 ay və daha çox olmaması
C) Aybaşının 3 ay və daha çox olmaması
D) Aybaşının 6 ay və daha çox olmaması
E) Aybaşı günlərinin azalması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
889) Anovulyator uşaqlıq qanaxmalarına hansılar aiddir?
A) Metroragiya
B) Yuvenil qanaxmalar, perimenopauza qanaxmaları
C) Uzunsürən, tez – tez baş verən, gur aybaşılar
D) Ağrılı, uzunsürən qanaxmalar
E) Aybaşı sikli ilə bağlı olan qanaxmalar
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
890) Aybaşı qabağı sindrom üçün nə xarakterdir?
A) Proteinuriya
B) Süd vəzilərinin şişməsi, ağrılı olması
C) Arterial təzyiqin düşməsi
D) Baş gicəllənmə
E) Arterial təzyiqin qalxması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
891) Uşaqlığın selikli qişasının diaqnostik qaşınmasına göstəriş hansıdır?
A) Endometrit
B) Asiklik uşaqlıq qanaxması
C) Subseroz mioma
D) Hamiləlik
E) Submukoz mioma
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
892) Ginekoloji xəstələrin əlavə müayinə üsullarına hansı aiddir?
A) Bimanual müayinə
B) Güzgülərlə müayinə
C) Sitoloji müayinə
D) Xarici cinsiyyət orqanlarını nəzərdən keçirmək
E) Anamnezin toplanması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
893) Daha çox süzənəyə qadın cinsiyyət üzvünün hansı şöbələri məruz qalır?
A) Vulva və uşaqlıq yolu
B) Uşaqlıq yolu və artımlar
C) Uretra və servikal kanal
D) Artımlar və uşaqlıq
E) Uşaqlıq və uşaqlıq boynu
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
894) Aşağıdakı səbəblərdən hansı adətən qadın sonsuzluğuna səbəb olur?
A) Yuvenil qanaxmalar
B) Alqodismenoreya
C) Endoservisit, kolpit
D) Süzənəkli salpinqooforit
E) Vulvovaqinit
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
895) Yuvenil qanaxmalar, adətən hansı səbəblərdən baş verə bilər?
A) Stress
B) Uşaqlıq mioması
C) Vulvit
D) Kolpit
E) Şereşevski – Tener sindromu
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002, В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991
896) Postkastrasion sindrom hansı əməliyyatdan sonra əmələ gəlir?
A) Uşaqlığın amputasiyası
B) Yumurtalıqların rezeksiyası
C) Yumurtalıqların çıxarılması
D) Uşaqlıq boynunun çıxarılması
E) Uşaqlığın çıxarılması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
897) Uşaqlıq boynu psevdoerroziyasının effektli müalicə metoduna hansı aiddir?
A) Qısa dalğalı UB - şualandırılma
B) Biopsiya
C) Uşaqlıq yolu vannaları
D) Diatermokoaqulyasiya
E) Uşaqlıq yolunun şırınqalanması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
898) Uşaqlıq yolu arxa tağının punksiyası nəyə şübhə olduqda göstərişdir?
A) Endometrit
B) Xorionepitelioma
C) Boru hamiləliyin pozulması
D) Endometrioz
E) Adneksit
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
899) Xarici qanaxmaya səbəb olan ginekoloji xəstəlik hansıdır?
A) Boru abortu
B) Şiş ayaqcığının burulması
C) Endometriumun və uşaqlıq boynunun xərçəngi
D) Salpinqooforit
E) Yumurtalığın apopleksiyası
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
900) Birincili sonsuzluq nəyə deyilir?
A) Əgər qadın 1 il müddətində heç bir formada hamilə qalmayıbsa
B) Əgər uşaqlıqdan kənar hamiləlikdən sonra qadın hamilə qalmırsa
C) I hamiləlik düşüklə nəticələnibsə
D) Əgər qadın abort etdikdən sonra 1 il müddətində hamilə qalmazsa
E) Əgər qadın bir neçə dəfə uşaq salarsa
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
901) Bu üsullardan hansı beçəxorun müalicəsində istifadə edilir?
A) Parazit əleyhinə terapiya
B) Kimyaterapiya
C) Balneoterapiya
D) Antianemik terapiya
E) Antibakterial terapiya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
902) Uşaqlıq boynunun müayinəsi üçün hansı üsul istifadə olunur?
A) Laporoskopiya
B) Hidrotubasiya
C) Kolposkopiya
D) Histerosalpinqoqrafiya
E) Histeroskopiya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
903) Uşaqlıq cisminin xərçənginə şübhə olduqda hansı müayinə aparılır?
A) Histoloji
B) Kolposkopiya
C) Histerosalpinqoqrafiya
D) Hidrotubasiya
E) Bakterioskopiya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
904) Uşaqlığın selikli qişasının qaşınması üçün göstəriş hansıdır?
A) Subseroz mioma
B) Parametrit
C) Atsiklik uşaqlıq qanaxması
D) Endometrioz
E) Submukoz mioma
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
905) Hipomenoreya nədir?
A) Nadir baş verən aybaşılar
B) Aybaşı vaxtı xaric olan qanın miqdarının azalması
C) Aybaşı günlərinin azalması
D) Aybaşı günlərinin çoxalması
E) Aybaşı vaxtı xaric olan qanın miqdarının çoxalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
906) Cinsiyyət üzvləıinin aşağı şöbəsinin süzənəyinə aiddir?
A) Suzənəkli salpinqooforit
B) Suzənəkli pelveoperitonit
C) Suzənəkli endometrit
D) Suzənəkli endoservisit
E) Suzənəkli salpinqit
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
907) Aşağıdakı simptomlardan hansı endometrioz üçün xarakterik deyil?
A) Ağrılar
B) Amenoreya
C) Uşaqlıq boynunda gözcüklər
D) Qanaxma
E) Uşaqlığın siklik qanaxması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
908) Uşaqlıq mioması üçün xarakterik olmayan şikayət hansıdır?
A) Ağrılar
B) Arxa tağdan alınan punktatda irinin olması
C) Qonşu orqanların funksiyasının pozulması
D) Qanaxmalar
E) Menorraqiya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
909) Eyakulyatda neçə faiz aktiv spermatazoid morfoloji cəhətdən normal olmalıdır?
A) 60%
B) 25%
C) 45%
D) 30 %
E) 100%
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
910) Uşaqlıq boynu xərçənginin erkən mərhələsində hansı simptom xarakterikdir?
A) Qarında ağrı
B) Kontakt qanaxmalar
C) Hematuriya
D) Qonşu orqanların funksiyasının pozulması
E) Uşaqlıq qanaxması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
911) Uşaqlıq boynu xərçəngini hansı xəstəliklə differensiasiya etmək lazımdır?
A) Şteyin – Levental sindromu
B) Apopleksiya
C) Şereşevski – Terner sindromu
D) Polip
E) Sixan sindromu
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
912) Birinci əlləmə üsulu ilə nə təyin edilir?
A) Dölün mövqeyi
B) Uşaqlıq dibinin hündürdə durma səviyyəsi
C) Dölün vəziyyəti
D) Dölün gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibəti
E) Dölün gələcək hissəsi
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
913) Hamiləliyin hansı ayında dölün uzunluğu 16 sm, çəkisi 120q olur?
A) 5 - ci ayda
B) 2 – ci ayda
C) 6 – cı ayda
D) 4 - cü ayda
E) 3 – cü ayda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
914) Keysər kəsiyi əməliyyatına əsas göstəriş hansıdır?
A) Dölyani mayenin vaxtından qabaq axması
B) Hamiləlik ödemi
C) Ölü döl
D) Doğum fəaliyyətinin birincili zəifliyi
E) III – IV dərəcəli dar çanaqlar
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
915) Neqele formulası ilə doğuşun vaxtını hesablamaq üçün axırıncı aybaşının birinci günündən necə çıxmaq lazımdır?
A) 3 ay çıxmaq və 7 - gün üstə gəlmək
B) 4 ay çıxmaq
C) 4 ay çıxmaq və 7 – 10 gün üstə gəlmək
D) 3 ay çıxmaq
E) 3 həftə çıxmaq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
916) Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir?
A) 14 həftə
B) 22 həftə
C) 12 həftə
D) 20 həftə
E) 16 həftə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
917) Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır?
A) Xarici dəlik barmağın ucunu buraxır
B) Uşaqlıq boynunun uzunluğu 3 sm - dir
C) Uşaqlıq boynu arxaya yönəlmişdir
D) Uşaqlıq boynunun uzunluğu 4 sm - dir
E) Uşaqlıq boynunun 1 sm-ə qədər qısalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
918) Doğuşun başlanmasını göstərən əlamət hansıdır?
A) Sancıların 5 – 8 dəqiqədən bir olması
B) Sancıların 10 – 12 dəqiqədən bir olması
C) Selikli tıxacın xaric olması
D) Dölyani mayenin axması
E) Qanaxma
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
919) Doğum fəaliyyətinin başlanmasını hansı əlamət göstərir?
A) Qanaxmanın olması
B) Döl başının kiçik çanaq girəcəyinə pərcim olması
C) Dölyani mayenin olması
D) Requlyar sancıların əmələ gəlməsi və uşaqlıq boynunun hamarlaşması
E) Uşaqlıq boynunun qısalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
920) Doğuşun ikinci dövrü necə adlanır?
A) Son
B) Qovulma
C) Preliminar
D) Acılma
E) Zahılıq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
921) Ənsə gəlişi ön görkəmdə aparıcı nöqtə hansıdır?
A) Kiçik əmgək
B) Ənsəaltı qabar
C) Ənsəaltı çuxur
D) Promontorium
E) Böyük əmgək
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
922) Doğuşun ikinci dövrü nə vaxt başlayır?
A) Uşaqlıq boynu tam acıldıqdan sonra
B) Qanaxma olduqda
C) Gücvermə olmadıqda
D) Sancılar 5 dəqiqədən bir və 40 saniyə müddətində olduqda
E) Dölyani mayenin axması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
923) Nə vaxt doğan qadın güc verməməlidir?
A) Çiyinlər doğularkən
B) Döl başının xarici fırlanması zamanı
C) Döl başı ənse doğulandan sonra
D) Ciftin ayrılma əlamətləri müsbət olduqda
E) Təpə qabarları doğularkən
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
924) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?
A) Qadına nəfəs almasını təklif etmək
B) Qadına gücənmək təklif etmək
C) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq
D) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək
E) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
925) Doğan qadının çəkisi 80 kq olduqda, doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?
A) 1%
B) 2%
C) 0,3%
D) 5%
E) 0,7%
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
926) Sancıların agrısını azaltmaq üçün nədən istifadə edilir?
A) Sidikqovucular
B) Spazmolitiklər
C) Antibiotiklər
D) Uterotoniklər
E) Trankvilizatorlar
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
927) Hipogalaktiya zamanı hansı dərman istifadə edilir?
A) Bromkriptin
B) Kamfora
C) Sinestrol
D) Apilak
E) Parlodel
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
928) Keysər əməliyyatı hansı halda təcili aparılır?
A) Ana və döl üçün təhlükəli hallar olduqda
B) Hidrosefaliya
C) Birincili doğum fəaliyyətinin zəifliyi
D) Dölyani mayenin vaxtından qabaq axması
E) Ölü döl
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
929) Normal doğuşdan sonra uşaqlığın involyusiyası üçün rasional olaraq nə etmək lazımdır?
A) Yataqda 3 gün qalmaq
B) Bir həftə yataqda qalmaq
C) Doğuşdan bir neçə saat sonra durmaq
D) Doğuşdan 5 gün sonra durmaq
E) Doğuşdan 2 gün sonra durmaq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
930) Erkən zahılıq dövrünün davamiyyəti nə qədərdir?
A) 2 saat
B) 40 gün
C) 5 – 6 gün
D) 12 saat
E) 1 gün
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
931) Doğuşdan sonra hansı qadınlarda uşaqlıq boynu yoxlanılır?
A) Bütün qadınlarda
B) Hipertoniyası olan qadınlarda
C) Yalnız ilk hamiləlikdə
D) Yalnız təkrar hamiləlikdə
E) Risk qrupuna aid olan qadınlarda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
932) 28 günlük aybaşı siklində ovulyasiya neçənci günə təsadüf edir?
A) 8 – 10 günə
B) 1 – 3 günə
C) 18 – 26 günə
D) 10 – 16 günə
E) 5 – 6 günə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
933) Qadın məsləhətxanasında uşaqlıq yolu müayinəsi sağlam hamilə qadınlarda nə vaxt aparılır?
A) 6 aydan sonra
B) Hər üç aydan bir
C) Analıq məzuniyyətinə çıxdıqda
D) İlk dəfə qeydiyyata götürüləndə
E) Heç aparılmır
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
934) Normal hamiləliyin müddəti nə qədər olmalıdır?
A) 320 gün
B) 240 gün
C) 280 gün
D) 380 gün
E) 300 gün
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
935) Təkrar doğan qadın dölün tərpənməsini nə vaxt hiss edir?
A) 18 həftədə
B) 20 həftədə
C) 8 həftədə
D) 22 həftədə
E) 16 həftədə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
936) Dölün ürək döyüntüsü 1 dəqiqədə necə vurğu olur?
A) 90 – 100
B) 130 – 140
C) 50 – 60
D) 150 – 160
E) 110 – 120
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
937) Hamilənin qidalanması necə olmalıdır?
A) Karbohidratlarla zəngin
B) Meyvə və tərəvəz
C) Zülal və vitaminlərlə zəngin
D) Tez həzm olunan
E) Yağlı və karbohidratla zəngin
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
938) Normada dölyani maye nə vaxt axmalıdır?
A) Uşaqlıq boynu tam açıq və buna yaxın olan halda
B) Qovulma dövrü başlayarkən
C) Sancı dövrü başlayandan 5 -10 dəqiqə sonra
D) Dölyani maye doğuşdan qabaq axarsa
E) Uşaqlıq boynu 3 – 4 sm açıldıqda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
939) Uşaq doğulduqdan sonra mama nə etməlidir?
A) Uşaqlığın üzərinə buz yükü qoymalı
B) Cifti xaric etməli
C) Qadına gücənmə təklif etməli
D) Simfizin üstündən basmalı
E) Sidiyi kateterlə boşaltmalı
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
940) Son dövrünü idarə etmək üçün mama nə etməlidir?
A) Anaya güc verməyi təklif etməli
B) Simfizin üstündən basmalı
C) Uşaqlığın dibindən basmalı
D) Uşaqlığı yığan preparatdan istifadə etməli
E) Göbək ciyəsinin ucundan tutub xaric etməli
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
941) İlk doğan qadınlarda doğuşun müddəti nə qədər olur?
A) 5 – 6 saat
B) 8 – 12 saat
C) 3 – 4 saat
D) 12 – 15 saat
E) 15 – 24 saat
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
942) Yeni doğulmuş uşaq neçə saatdan bir əmizdirilməlidir?
A) Gecə 6 saat istirahət verməklə
B) Hər 3 saatdan bir
C) Yeni doğulmuş nə qədər tələb edərsə
D) 6 saatdan bir
E) Hər bələkdən sonra
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
943) Çoxdöllü hamilə qadın stasionara nə vaxt göndərilməlidir?
A) 40 həftədə
B) Doğuşun II-ci dövründə
C) Dölyani maye açıldıqdan sonra
D) Doğum sancıları başlayandan sonra
E) Doğuşa iki həftə qalmış
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
944) Çanaq gəlişlərində aşağıdakılardan hansı göstərişdir?
A) Hamilələrin doğuşa 2 həftə qalmış stasionara göndərilməsi
B) Doğuşun tezləşdirilməsi
C) Döl qişasının süni açılması
D) Dölün klassik üsulla döndərilməsi
E) Planlı Keysəriyyə əməliyyatının aparılması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
945) Həddindən artıq qusmada hamilədə nə baş verir?
A) Aritmiya
B) Anemiya
C) Bradikardiya
D) Taxikardiya
E) Hipertoniya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
946) Nadir forma toksikoza nə aiddir?
A) Ürək bulanma
B) Tüpürcək ifrazının çoxalması
C) Qusma
D) Qaraciyərin kəskin sarı atrofiyası
E) Ödem
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
947) Hansı hamilənin sidiyini şəkərə görə yoxlamaq lazımdır?
A) Uşaqlıqda köhnə çapıq toxuma varsa
B) Gecikmiş doğuş olarsa
C) Çoxlu abort olunubsa
D) Iri döl doğan
E) Tezləşmiş doğuşlarda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
948) Şəkərli diabeti olan anadan doğulan uşaqda ilk növbədə nəyi yoxlamaq lazımdır?
A) Sidiyin miqdarını
B) Qanda şəkərin miqdarını
C) Qan qrupunu və Rh-faktoru
D) Dərisinin rəngini
E) Ürək və tənəffüs sisteminin vəziyyətini
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
949) Dölün bətndaxili anomaliyalarına əsasən hansı xəstəliklərdə rast gəlinir?
A) Məxmərək
B) Difteriya
C) Kəskin bronxit
D) Suçiçəyi
E) Kəskin rinit
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
950) Dölyani maye çox olarsa doğuş vaxtı döl qişası nə vaxt süni açılır?
A) Uşaqlıq boynu tam açıq olan halda
B) Güc vaxtı
C) Uşaqlıq boynu 6 sm açıq olanda
D) Sancı vaxtı
E) Uşaqlıq boynu 2 sm açıq olanda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
951) Qorxulu düşük üçün xarakterik əlamət nə ola bilər?
A) Hamiləliyin müddəti axırıncı aybaşıya uyğun gəlmir
B) Qarının aşağı hissəsində ağrıların olması
C) Qanaxma
D) Uşaqlıq boynunun qısalması
E) Sancı şəkilli ağrılar
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |