ŞEYXUL ÜLƏMA VƏ ŞEYX ƏNSARİNİN MÜCTƏHİDLİYİ
Şeyxul Üləma mərhum Hacı Mirzə Hüseyn, Nəcəfül-əşrəfdə vəfat edəndən sonra, Nəcəf hövzəsinin alim və böyük şəxsiyyətləri Ağa Mirzə Məhəmməd Təqi Şirazinin hüzuruna gəlib dedilər: Mərhum Mirzə Hüseyn dünyadan köçmüşdür, hamı sizin ələm olmağınızı təsdiq edir. İzn verin sizin risalənizi çap etdirək.
Ağa Mirzə Şirazi (r.ə) buyurdu: Çox təəccüblüdür! O qədər alim qıtlığı oldu ki, axır mənim ələm olmağımı təsdiq edirsiniz? Zərurətdə və carəsizlikdən ölü heyvanın ətini yemək halal olduğu kimi, mənim risaləmi də çap etməyin eybi yoxdur.
Məşhur «Cəvahir» kitabının müəllifi vəfat edəndən sonra Nəcəfin böyük şəxsiyyətləri Şeyx Mürtəza Ənsarinin ətrafına toplanıb, onun mərçəiyyət və ələm olmağını təsdiq etdilər və ondan risaləsinin çap olunmasına izn verməsinini istədilər.
Şeyx onlara müraciət edərək buyurur: Mən dərs oxuduğum illərdə Səidul-üləma Mazandarani adında bir təhsil yoldaşım var idi. O, dərs oxumaqda məndən də çalışqan və bilikli idi. Onun yanına getməyiniz daha məsləhətlidir. Alimlər dedilər: O, Mazandarandadır, yol da çox uzaqdır. Şeyx buyurur: Mənim axır sözüm budur. O, məndən çox çalışqan və bilikli idi. O, ola-ola mənim risaləmin çap olunması yaxşı deyil.
Alimlər naçar qalıb Səidül-üləmanın xidmətinə gedirlər. Ayətullah Mazandaranı buyurur: Cənab şeyx doğru buyurmuşdur. Mən Nəcəfdə onunla bir yerdə dərs oxuyanda ondan irəlidə idim. Amma İrana qayıdandan sonra dərsdən ayırılmışam. O, isə Nəcəfdə hələ də dərs oxumaqla məşğuldur, onun mərcəiyyəti daha məqsədə uyğundur.
Alimlər qayıdıb bu məsələni şeyx Ənsariyə çatdırdılar. Şeyx buyurdu:
- İndiki Səidul-üləma mənim ələm olmağımı təsdiq etdi, risaləmin çap olunmasının eybi yoxdur.
Biz bu misallarla risalə çap olunmasına müxalif deyilik. Amma risalə çap etdirməklə özünü hamıdan qabağa atmağı inkar edirik. Çünki mərcəiyyəti nəfsindən ötrü istəyən alim özünə zülm edən adamdır. Amma bu iş Allaha xatir olsa onun bəhrəsini axirətdə də görəcəkdir.
Ölkə başçısı, nazir, vəkil və müdir kimi hökümət vəzifələrində də nəfsani istəklərin ardınca getmək çox təhlükəlidir. Amma əgər bu cür vəzifələr qarşıya gəlsə, müsəlmanların işlərini qaydaya salmaq üçün onu qəbul etmək lazımdır. «Özünə zülm etməyin» səbəbi nəfsani istəklərin dalınca gedib ona itaət etməkdir. Bu məsələ haqqında alimlərdən biri gözəl buyurmuşdur: Özünüzü irəliyə atmayın. Amma əgər sizi qabağa çəksələr heç vaxt naz etməyin. Ən yaxşı işlər belə, əgər həfsani istəklə görülsə batildir. Bu məsələ o qədər dəqiqdir ki, adam özü də çaşıb qalır. Nəfs allahlıq iddiası edib insanı başa düşmədiyi bir işə vadar edir.
İnsan nə qədər ki, özünə zülm edir, elm sahibi olması və qəlbinin nurlanmasına səbəb olan iman, geniş köks, qəlb təsdiqi, xatircəmlik və kamillik kimi məqamlardan məhrum olacaqdır.
Amma nəfsinin hicablı olduğunu başa düşüb onu paklamaq fikrində olanlar mötədil şəxsiyyətlərdir. Bunlar qəlbin nuraniləşməsinə hicabların çox böyük mane olduğunu dərk edirlər. Həqiqi elmə çatmaqdan ötrü nəfsləri ilə hicad edərək daim qəlblərini paklamağa çalışırlar. Bunlar həmin kəslərdilər ki, nəfslərinə itaət etməyib, hicabların daha qəliz və zülmətli olmasının qarşısını alırlar.
Əmirəl-möminin (ə) «Nəhcül-bəlağə»də möminlər haqqında buyurur: «Mömin gecə-gündüz özü haqqında narahat olaraq, daim nəfsini paklamaqla məşğuldur. Şeytan min-bir cildə girib onun nəfsini aldatmasın deyə, fikrini həmişə sayıq saxlayır. Niyyətin sırf Allaha xatir olmasından ötrü hər bir işi görməmişdən əvvəl yüz dəfə ölçüb-biçir. Həmişə özünü çətinliyə salıb cihad edib, gündən-günə nəfsi ilə mübarizəni daha da artırır».1
Dostları ilə paylaş: |