«Ərihni ya Bilal!» Ey Bilal! Bizi rahat et. Yəni azanı verməklə ruhumuz rahatlıq tapsın. Möminin rahatlığı Allahı zikr etməklədir.
NƏFSİMİN İSTƏYİNDƏN ALLAHA ŞİKAYƏT EDİRƏM
Qəlbin hicablarını aradan aparan əməllərdən biri də münacatdır. Əlbəttə söhbət dillə gəlmələri qiraət etməkdən deyil, həqiqi razi-niyaz və münacatdan gedir. Yəni insan münacat edəndə Allahı öz yanında hazır və nazir bilməli, Onun qüdrət, elm və ucalığını tanımalı, özünü isə Onun qarşısında gücsüz və çarəsiz hesab etməlidir. O, artıq nəfsin caynağından qurtulmaq üçün Allahın köməyinə möhtac olduğunu başa düşməlidir.
«Məfatihul-cinan» kitabının haşiyəsində gecə namazından sonra oxunan belə bir dua yazılmışdır: «Pərvərdikara! Mənə qələbə etmiş nəfsimdən qurtulmaq üçün dadıma yetiş. İlahi! İman və irfan xəzinəsindən məhrum etmiş bu düşmənin əlindən yaxa qurtarmaq üçün kim mənə çarə edə bilər?»
«Pərvərdikara! Sənin tofiqin olmasa, nəfsim məni çox pis şeylərə vadar edir və Sənin hidayətin olmasa, o batil və bəyənilməyən şeyləri ixtiyar edir».
Dostları ilə paylaş: |